Çaydaşı ustası “Müqəddəs
cütlüy”ünü
təqdim etdi
Ədalət Elmanın
çay daşları üzərinə həkk etdiyi rəsm əsərlərinin
növbəti sərgisi keçirildi
Dünən
Müşfiqabad qəsəbəsinin Mədəniyyət
Sarayının təşəbbüsü ilə Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümü münasibətilə
Ədalət Elmanın çay daşları üzərinə
həkk etdiyi rəsm əsərlərinin növbəti sərgisi
keçirildi. Sərgidə sənətkarın, digər əsərləri
ilə yanaşı, ilk dəfə olaraq ulu öndər Heydər
Əliyev və Zərifə xanım Əliyevanın portretlərindən
ibarət “Müqəddəs cütlük” əsəri
nümayiş etdirildi. Çaydaşı ustasının
dediyinə görə, o, bu əsəri ərsəyə gətirmək
üçün 5-6 ay vaxt sərf edib.
Sərgidə Azərbaycanın
tanınmış şəxsiyyətlərinin
portretləri, tarixi abidələri və müxtəlif mövzulara
həsr olunmuş 50-yə yaxın əl işi nümayiş etdirilir. İndiyədək 10-dan çox
sərgisi keçirilən
və 200-dən artıq sənət əsərinin müəllifi
olan Ədalət Elmanın ən böyük arzusu Bakıda “Dil açan daşlar” adlı muzey təşkil etməkdir.
Məftun Salmanov
Zaman.-2009.-7 may.-S.8.