“Yolayrıcı”dan boylanan əsərlər

 

Xanım Abrahamsen sanki, yol ayrıcındadır - hara tarixi vətəndir: Azərbaycan və ya Norveç?

 

Abşeron” Rəsm Qalereyasında “Yolayırıcı” adlı sərgi açılıb. 13-cü Beynəlxalq Şəki İncəsənət Simpoziumunun yekun tədbiri kimi nəzərdə tutulan bu sərginin təşkilatçıları Norveç Krallığının Azərbaycandakı səfirliyi, “AbşeronRəsm Qalereyasıart-kurator İnna Kostinadır.

Sərgidə 6 ölkədən olan sənət ustaları iştirak edir: Norveç Krallığından Miree Abrahamsen, Kvam Thomas Bugge Liv, Xorvatiyadan Sanya Pribiç, Rusiyadan Svetlana Rumak, Türkiyədən Kurtay Ayşecan, Gürcüstandan Mamuka Tsetsxladze. Azərbaycanı isə İnna Kostina, Adil Yusif, Eldar İbadullayev, Zərnişan Alqayeva Aytən Mehdiyeva təmsil edirlər. Sərgidə rəngkarlıq, qrafika, bədii fotoqrafiya, heykəltəraşlıq və bədii installyasiya nümunələri nümayiş olunur. Bu əsərlərin köməyi ilə iştirakçılar sərginin əsas qayəsini sənətsevərlərin nəzərinə çatdırırlar - dünya çox vaxt bir-birinin əksi olan ideyaların, başlanğıcların, enerjilərin təsirinə məruz qalır. Bəzən bu əks qütblər elə güclü təsirə malik olur ki, insan bir növ yolayrıcında qalır. Düzgün qərarı qəbul etməkdə, özünə yol seçməkdə çətinlik çəkir. İnsan həyatı dərk etməyə başladığı andan etibarən yolayrıcındadır. Miree Abrahamsen Şəkidə yandırılan böyük tonqalın ətrafında əks olunan insan kölgələrinin təsiri altında iki maraqlı qrafik kompozisiya tərtib edib. Bu kompozisiyadakı simpozium iştirakçıları Qobustan qayalıqlarındakı qaya rəsmlərini xatırladırlar. Məlum olduğu kimi, Norveçdə də Qobustan rəsmlərinin eyni olan qaya rəsmləri vardır. Xanım Abrahamsen sanki, yol ayrıcındadır - hara tarixi vətəndir: Azərbaycan və ya Norveç? Xorvatiyalı Sanya Pribiç öz triptixində insanın xeyir şər arasında çırpındığını təsvir edir. İnsan bu mübarizənin əsiridir, sanki, barmaqlıqlar arasındadır. Sərginin təşkilatçısı İnna Kostina isə həm konseptual tablolarını, həm də fotokompozisiyalarını diqqətimizə təqdim edir. Foto-kompozisiyaların birində “yolayrıcında” olan adamların baxışları, digərində isə əl və barmaqları obyektivə alınıb. Ən maraqlısı budur ki, həmin baxışlar və əllər beynəlxalq simpoziumun iştirakçılarına məxsusdur.

Qeyd edək ki, Şəki Beynəlxalq Simpoziumu ilk dəfə mərhum rəssam və aktyor Elçin Məmmədovun təşəbbüsü ilə keçirilib.

 

 

İsmət Tapdıq

 

Zaman.- 2009.- 24-25 sentyabr.- S. 12.