Ramazandan bizə qaldı.

 

Gəldi də, keçdi də. Bir ay boyunca fərqli bir atmosferdə yaşadıq. Hər il 10-11 gün yayın mərkəzinə doğru yaxınlaşdığından çoxumuz bu il Ramazanın daha çətin üzücü keçəcəyini düşünmüşdü. Amma bu mübarək ay girər-girməz iqlim necə dəyişdisə, nə isti hiss elədik, nə də susuzluq. Qurban olduğum göydəki kondisionerləri qoşdu evində ventilyatoru olmayan kasıblar da rahatlandılar. Çox ağızdan eşitdiyim bir həqiqət bir daha öz gücünü hiss etdirdi: sənin niyyətin xalis olsa, Rəbbin yox yerdən qapı açar. Ümumiyyətlə, Ramazan ayrılığı hər dəfə mənə “Məlikməmməd” nağılını xatırladır: simurq quşu Məlikməmmədi qaranlıq dünyadan işıqlı günyaya gətirir, ayrılıq zamanı öz lələyindən bir neçəsini çəkib ona verir deyir:

- zaman dara düşsən, bu lələklərdən birini yandır, imdadına yetişəcəm.

Əminəm ki, bu Ramazan da bizə öz lələklərini verib getdi köməyə ehtiyacımız olduğu yerlərdə zamanlarda bu Ramazanlar o simurq quşu kimi imdadımıza yetişəcək.

 

Basırıqda bayram namazı

 

Bayram namazdan başlayır. Bayramın ilk günü məsciddə namaz qılan müsəlmanlar bir-birini təbrik edər, sonra da hər kəs öz doğması, yaxınları ilə görüşə, bayramlaşmağa gedər. Rəsulullahın (s.ə.s.) belə bir sünnəti (adəti) var ki, Ramazan bayramının namazına gedərkən bir şey yeyib-içəndən sonra evdən çıxarmış, Qurban bayramının namazına isə ac gedər, o günün ilk yeməyi kəsdiyi qurbanın ətindən olarmış.

Bayram namazını qılmaq üçün İlahiyyat fakültəsinin məscidinə getdim. Heç zaman görmədiyim bir basırıq vardı orda. İstər-istəməz eyni zamanda fərqli duyğular yaşamalı oldum: sevindim ki, maşallah, qədər namaz qılan var, üzüldüm ki, daha çox məscidə ehtiyacımız olduğu halda, şəhərimizdəki mövcud məscidlərin başı üzərində qara buludlar dolaşmaqdadır.

 

Bu hesabı kim verəcək?

 

Şəhərimizin ən böyük məscidləri bağlanıb. Kimlərsə bu məsələni təmir, təmizləmə və digər bu kimi inandırıcı olmayan səbəblərlə izah edirlər. Amma kim deyir-desin, Allah evini bağlamağın nə qədər böyük bir xəta olduğunu kimsə inkar edə bilməz. Sən şəhərində Allah evini bağlayırsansa, nə üzlə əl açıb bir şey diləyə bilirsən? Telekanallarımızda aparılan müzakirələrə baxıram, özünü alim hesab edən məmurlar məsləhət görürlər ki, məscid tikintisindənsə məktəb tikintisinə üstünlük verilsə, daha yaxşı olar. Bilirsinizmi, niyə belə deyirlər?- Çünki onların dini düşüncəsi yalnışdır, İslamın mahiyyətindən xəbərdar deyillər, ən böyük mədəniyyətin də, maarifin də, elminİslam olduğunu bilmirlər. Məktəblər tikilsin, əlbəttə, məktəb tikmək də gözəl işdir. Amma bayram günü məsciddəki o basabası görənlər əmin ola bilərlər ki, heç bir məktəbdə o qələbəlik olmayıb, olmaz da. Yeni məscidlər tikmək bir yana qalsın, hazır məscidləri həbsdə tutmağın nə qədər günah olduğunu anlamırıqmı? O məscidlərdə “Allahkəlməsi dalğa-dalğa yüksəlmirsə, bunun hesabının sorulacağını düşünən yoxdurmu? Kim o məscidlərin namazdan məhrum qoyulmasının hesabını boynuna götürəcək? Ölçüyə görə normal müsəlman şəhəri elə olmalıdır ki, azanın ilkAllahu Əkbəri səslənəndə sən evdən çıxıb o çağırışın sonuna qədər məscidə çatmalısan. Bu gün bir çox islam ölkələrində bu cür şəhərlərin olması hər kəsə məlumdur. Bizdəki vəziyyəti isə özünüz təsəvvür edin, daha heç demirik.

 

İftar süfrələrində

 

Bu Ramazanda ilk dəfə olaraq Xəzər TV-nin başladığı bir təşəbbüsə qatılaraq tanınmış sənətçilərimizin açdıqları iftar süfrələrinə qonaq oldum. qədər təzadlı, kontrast görünsə Ay Zaur iftarda” layihəsini uğurlu hesab edironun təşəbbüskarlarına, xüsusilə də, proqramın aparıcısı Zaur bəyə təşəkkürlərimi bildirirəm. Bu təşəbbüsün müəyyən korrektələrlə gələn illərdə də davam etdirilməsini istəyirəm. Həm də yaxşı olar ki, digər kanallarımız da bu istiqamətdə, yəni Ramazanın, dinimizin, orucun təbliği və öyrədilməsi yönündə müəyyən addımlar atsınlar. Demək olar ki, hazırda bütün telekanallarımız sənətçilər arasındakı söz-söhbət, qalmaqallar haqda kifayət qədər proqramlar yayınlayırlar. Hətta bəzi telekanallar, demək olar ki, ancaq bu istiqamətdə hazırladıqları proqramlarla reytinq qazanıblar. Nə olar, Ramazanda da hamı bu cür xeyir işlərdə yarışsın.

İftar süfrəsinə qonaq olduğum bütün sənətçilərə, ümumiyyətlə, iftar süfrəsi açmış hər kəsə səmimi təşəkkürlərimi çatdırır və onlar üçünAllah-Təala süfrənizin bərəkətini artırsın” deyə dua edirəm.

 

Ehsan deyil, ehsanın ziddidir

 

Arzusunda olduğum o mənzərəni bu il Bakının küçələrində görə bilmədim. Ramazanda bir müsəlman şəhərinin bəzəyi küçələrdə qırulmuş iftar çadırlarıdır. Bu çadırlar zahiri görüntüdən daha çox, mahiyyəti, islami düşüncəni, Allaha təslimiyyətin dərəcəsini göstərir. Əgər küçələrdə iftar çadırları azanla başlayacaq o saatı gözləyirlərsə, demək, o şəhərin insanları ibadət ruhuna varmışlar, ya da ən azı varmaq istəyindədirlər. Amma çox üzülərək söyləyim ki, Ramazan ayı boyunca şəhərimizdə gördüyüm çadırların heç biri iftar çadırı deyildi, deyildiyinə görə, ehsan çadırı idi. Açıq ifadə edim ki, mübarək Ramazanda kimsə gündüz çadır qurub yemək paylayırsa, özünə də, ölüsünə də zülm etmiş olurbunun adını ehsan qoymaq olmaz. Çünki Allah əmrinə qarşı çıxırsansa, əməlin də ehsan deyil, ehsanın ziddi nədirsə, elə odur.

 

Bizdə elə olaydı...

 

Bir çox müsəlman ölkələrində qurulmuş iftar çadırlarınaiftar zamanı insanların bir-birini süfrəyə dəvət etməsinə tamaşa etdikcə içimdən keçən istək, duyğu o oldu ki, kaş bizdə də belə olaydı. Bu ayın zövqünü, dadını, gözəlliyini insanlar xeyirxah duyğularla hiss edərlər.

Bir şəhərdə iftar süfrəsi açılmışdıinsanlar hər biri öz masasını, kətilini küçəyə çıxarıb baş-başa düzmüş, evdə yeyiləcək nə varsa hamısını ora daşımışdı. Bütöv bir şəhər mənim gözümə bir ev, hətta bir süfrə kimi göründü. Hər kəs də gətirdiyindən başqalarına pay verməyə çalışırdı. Yoldan ötənləri sevgi dolu bir coşqu ilə, bir qədər ərklə qolundan tutaraq süfrə başına oturdurdular: kimsə bu süfrənin yanından nəsibsiz keçməsin. O qədər səmimi, o qədər gözəl göründü ki o mənzərə mənə, ifadə eləməyə söz tapmıram. İnsanı bir-birinə sevdirən, xalqı birləşdirən, bütövləşdirən, aradakı uçurumları dolduran ən gözəl mənzərə idi. deyim, kaş bizdə elə olaydı.

 

Kim neynirsə, özünə edir

 

Bu mübarək ayda kimimiz oruc tutdu, kimimiz Allah bilir işlərlə məşğul oldu. Amma bütün ruhumla əmin olduğum bir həqiqət var ki, kim neyləyirsə, özünə eləyir. Yəni insan öz bəlasını israrla istəmədikcə Allah-Təala onun bəlasını başına endirmir. Yolları da özümüz seçirik, hansı yolun hansı mənzilə varacağını irəlicədən bildiyimiz halda. Bəzi alimlər deyirlər ki, cəhənnəmdə od-zad yoxdur, hər kəs içində yanacağı odu özü ilə aparır. Qurani-Kərimdə də cəhənnəmdən danışılarkən “yanacağı daşlar insanlar olanifadəsi işlədilir. Mən o alimlərin bir qədər yuxarıda yer almış fikirlərinə münasibət bildirmək səviyyəsində və iddiasında olmasam da bu fikrin bir ədalətə işarət etdiyinə bütün varlığımla əminəm.

 

Məcnun olma, Fərhad ol

 

Ömrümüzdən bir Ramazan daha keçib sonsuzluğa yol aldı. Doğrusu, qədər düşünsəm deyə bilmirəm ki, Ramazanmı bizdən keçdi, yoxsa biz Ramazandanmı. Amma nəticə hər olursa-olsun, həyatımızdakı sayılı Ramazanlardan biri azaldı. Görəsən bundan sonra  qismətimizdə neçə Ramazan qalır hələ? qismətimizdə varsa, biz o Ramazanları ürəyimiz istəyən kimi ibadətlə, orucla, namazla, duayla yaşaya, idrak edə biləcəyikmi? Hər halda bizə düşən o duyğuyla yaşamaq, Allah-Təalanın verdiyi imkanları Ona ibadətə yönəltməyə çalışmaqdır. Dua edək ki, Uca Rəbbimiz bizi bir-birindən xeyirli Ramazanlara qovuşdursun. Həyatımızı Ona ibadətlə süsləsin, Öz mərhəmətindən, Rəsulunun şəfaətindən mərhum qoymasın! Amin!

Yazımı da bu Ramazanda eşitdiyim bir zarafatla tamamlamaq istəyirəm:

Kimi Mövlaya aşiqdir, kimi Leylaya. Əgər Mövlaya aşiq deyilsənsə, Ona bağlanmırsansa, bir dünya gözəlinin sevdasına bağlanmısansa, Məcnun kimi sevmə, Fərhaq kimi sev. Məcnun olub səhrada avara-avara dolaşma, Fərhad kimi külüng götürüb dağ yar ki, bəlkə, kəndə su gəldi.

 

 

Əli Çərkəzoğlu

 

Zaman.- 2009.- 24-25 sentyabr.- S.  9.