AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

 

M.F.AXUNDOV adına AZƏRBAYCAN

MİLLİ KİTABXANASI

 

 

 

 

 

 

 

 

31 MART

AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

(Metodik tövsiyələr)

 

 

 

 

 

 

 

 

BAKI – 2006

 

 

 

 

 

Tərtibçi:                                                B. Ələsgərov

 

 

Redaktor:                                             K. Tahirov

 

 

 

 

 

 

 

 

31 mart Azərbaycanlıların soyqırımı günüdür

(Metodik tövsiyələr). Bakı, 2006,16 səh.

 

 

 

 

 

M.F.Axundov adına Azərbaycan

Milli Kitabxanasının mətbəəsində

ofset üsulu ilə çap olunmuşdur.

Ünvan: Bakı şəh., Xaqani küç. 29

 

 

 

TARİXİMİZİN FACİƏLİ SƏHİFƏSİ

 

«Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha

başa gələ bilər.Azərbaycanlılara qarşı zaman-

zaman tördilən bu ağır cinayətləri unutmamaq, böyüyən

nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı

ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifdir».

 

Heydər Əliyev

 

Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 85 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, Irəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: «Ermənilər musəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub, sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər». Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və ancaq 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.

1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.

Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən təmamilə fərqli olduğuna görə yəqin ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının torpaqlarımızdan çıxrılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün olacaqdır.

1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyidləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyidləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran topla Təzəpir məscidi zədələnmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan «İsmailiyyə» binasına od vurub yandırmışdılar. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu.

Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət materiallar toplanıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirmişdir. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat olmuşdur.

Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. S.Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki, təki Azərbaycan deyilən dövlət yaranmasın.

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Qubaya hücum edənlər içərisində özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən David Kelovandilidən başqa, bolşevik Stiqua da olmuşdu. Onun dəstəsində min əsgər olub.

Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasıda 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.

Daşnak-bolşevik birləşmələri nəinki Quba qəzasında, hətta Cənubi Dağıstanda, Bakıdan Dərbəndə kimi böyük bir ərazidə müsəlmanların soyqırımını həyata keçirmək niyyətində idilər.

Azərbaycanın tarixindən məlumdur ki,1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan Azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırıma məruz qaldılar. Erməni cəlladları «Böyük Ermənistan» yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.

1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyası cəhətdən soyqırım kimi qiymətləndirilməlidir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə mərhum prezident Heydər Əliyevin 27 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

Fərmanda deyilir: «Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram:

1. 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə   olunsun   ki,   azərbaycanlıların   soyqırımı   ilə   bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxılsın.»

Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarmışdır.

1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur. »

 

 

 

31 MART SOYQIRIMI HADİSƏLƏRİNİN ANIM GÜNÜ

İLƏ ƏLAQƏDAR KİTABXANALARIN QARŞISINDA

DURAN VƏZİFƏLƏR

 

Xalqımızın tarixinin ağrılı və unudulmaz səhifələrindən biri olan 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Bu qanlı faciənin anım günü ilə əlaqədar olaraq kitabxanaların, mədəniyyət evlərinin, klub və digər müəssisələrinin qarşısında mühüm vəzifələr durur. Bu münasibətlə xüsusi tədbirlər planı hazırlanmalı və rəhbər orqanlarda təsdiq edilməlidir. Bununla yanaşı, respublika, şəhər, rayon kitabxanaları, o cümlədən, onların kənd filialları soyqırımla əlaqədar olaraq çap olunmuş ədəbiyyatı düzgün komplektləşdirməli, kataloq və kartotekalarda xüsusi rubrikalar açmalıdırlar və nəşr olunmuş materialları vaxtaşırı orada əks etdirməlidirlər.

Kitabxanaların əməkdaşları nəzərə almalıdırlar ki, 31 mart Azərbaycanlıların soyqırımı günü tariximizin qanlı səhifələrindən biridir. Elə buna görə də kitabxanalar müasir oxucuları və geniş ictimaiyyəti tanış etmək üçün müxtəlif kütləvi tədbirlərdən,əyani və şifahi təbliğat formalarından, foto-sərgi və kitab sərgilərindən, məruzələrdən, və s. bu kimi ənənəvi formalardan önəmli şəkildə istifadə etməlidirlər.

31 mart soyqırımına həsr olunmuş tədbirlərə hazırlıq zamanı təşkilatçılar ayrıca proqram tərtib etməlidirlər. Təşkilatçılar o cümlədən, kitabxanaçılar tədbirə hazırlaşmaqla yanaşı, görüləcək işlərin ardıcıllığını müəyyənləşdiril-məlidirlər.

Bütün bunlarla yanaşı tədbirlərin harada və nə vaxt keçiriləcəyini dəqiqləşdirməli, onun keyfiyyətli və məzmunlu olmasına fikir verməlidirlər. Təşkilatçı məruzəçiyə hazırlaşmaq üçün 31 mart soyqırımla əlaqədar olan kitabları tövsiyə etməlidir. Məruzə təşkil edilən zaman 31 mart soyqırımına aid olan kitablardan ibarət sərginin təşkili məqsədəuyğundur.

Nümunə olaraq aşağıda kitab sərgisinin təxmini sxemini veririk:

1

 
 

 

2

 

3

 
 

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 
 

 

 

 

 

 

 

12

 

13

 
 

 

 


1. Başlıq: «31 mart Azərbaycanlıların soyqırımı günüdür».

2. 31 mart Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı //Azərbaycan.- 1998.- 27 mart.

3. Azərbaycan Xalq Cümhuriyyəti.- B: Elm, 1998.- 298 s.

4. Arzumanlı V. 1918-ci il soyqırımı.- B.: Öyrətmən,

1995.-89 s.

5. Arzumanlı V. Tariximizin qara səhifələri: Soyqırım.- B.: Qartal.- 1998.- 279 s.

6. Arzumanlı V. Tarix siyasətin-siyasət tarixin dili ilə.- B.: Qartal, 1998.-442 s.

7. Çavçavadze İ. Erməni alimləri və fəryad edən daşlar.- B.: Azərbaycan, 1995.- 79 s.

8. Həbiboğlu V. Azərbaycan soyqırımının təşkilatçısı.- B.: Azərnəşr, 2001.- 310 s.

9. Həsənov Ç. Azərbaycan beynəlxalq münasibətlər sistemində: 1918-1920-ci illər.- B.: Azərnəşr, 1993.- 361 s.

10. IsgəndərovA. 1918-ci il mart qırğınının tarixşünaslığı: B.: Mütərcim, 1997.-184 s.

11. Məmmədov N. Azərbaycanda milli hərakat.- B.:Sabah, 1996.-174s.

12. Məmmədzadə M. Mart hadiseyi aliməsi.-B.: Azərnəşr,1996.-34s.

13. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən.-B.: Yazıçı, 1998.-486 s.

14. Soyqırım analardan başlayır.- B.: Gənclik , 2003.- 214 s.

15. Yaqublu N. Məmməd Əmin Rəsulzadə.-B.: Gənclik,1991.-305s.

 

Tövsiyə edirik ki, «31 mart Azərbaycanlıların soyqırımı günüdür» və onun haqqında olan materiallar mövzu kartotekası şəklində hazırlanıb oxucuların istifadəsinə verilsin. Bu zaman təşkilatçılar bu mövzuda olan kitabların müzakirəsini təşkil etməlidirlər. Bu dövr ərzində oxucular müzakirə ediləcək kitabı oxuyub onun mövzusundan irəli gələn ideya xətti haqqında söz deməyə hazır olmalıdırlar.

Kitabxanaların əməkdaşlarına tövsiyə edirik ki, 31 mart Azərbaycanlıların soyqırımının geniş kütlələrə çatdırılmasında sitat sərgisindən də istifadə etsinlər.Burada görkəmli şəxslərin, tarixçilərin fikirlərindən sitatların verilməsi məqsədəuyğundur. Sitat sərgisinin təşkili ədəbiyyatdan asılı olaraq kitabxanaçıların ixtiyarına verilır.

31 mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar olaraq uşaqlarla sual-cavab formasından da istifadə etmək məqsədəuyğundur. Sual-cavab gecəsini aşağıdakı kimi təşkil etmək olar:

• Azərbaycanlılara qarşı soyqırımı kimlər törətmişdir?

• Soyqırımı törətməkdə məqsədləri nə idi?

• Soyqırım zamanı nə qədər dinc əhali qırılmışdır?

• Soyqırım digər hansı bölgələrdə baş vermişdir?

• Soyqırımın əsas rəhbərləri kimlər idi?

• Soyqırım zamanı Bakı şəhərində hansı binalar dağıdılmışdı?

Əyani təbliğat vasitəsi olan sərğilərin təşkili zamanı, o cümlədən qəzet sərgisi maraqlı olmalıdır. Odur ki, nümunə üçün qəzet sərgisinin sxemini veririk:

 

 

 

 

 

3

 

12

 

9

 

6

 

18

 

1

 

10

 

7

 

4

 

16

 

19

 

2

 

11

 

8

 

5

 

17

 

14

 

20

 

21

 

1

 

15

 
 

 

 

 

 

13

 
 

 

 

 

 

22

 
 

 

 


1. Abbasov İ. Ermənilərin   törətdikləri soyqırım cinayətləri //Xalq qəzeti.- 2005.- 24 mart.

2. Azərbaycanlıların soyqıpım günü MDV ölkələrində qeyd edilmişdir //Azərbaycan qəzeti.- 2005.- 1 apr.

3. Əliyeva S. Unutqanlığa mənəvi haqqımız yoxdur //Xalq qəzeti.- 2005.- 4 mart. //Azərbaycan.- 2003.- 30 mart.

4. Vəliyev İ. İnsanlığa sığmayan erməni cinayəti //Azərbaycan.- 2004.- 27 mart.

5. Qazıyev Y. Ermənilərin törətdikləri soyqırımın bəzi məqamları // Xalq qəzeti.- 2002.- 31 mart.

6. Hüseynov Ə. Qanlı-qadalı Azərbaycan.- 2005.- 7 apr.

7. Xəyanətin      naqisliyin   xronologiyası   //Azərbaycan.- 2005.-10 avq.

8. Qanlı faciənin salnaməsi //Respublika. - 2002.- 28 mart.

9. Zeynalov Ə.  1918-ci ilin mart //Azərbaycan.- 2005.- 31 mart.

10. Rzalı R. Erməni vəhşilikləri qərb tarixçilərinin araşdırmalarında //Azərbaycan.- 2005.- 30 mart.

11. Əliyev İ. 31 mart // Yeni Azərbaycan.- 2003.- 29 mart.

12. Quliyev R. 1918-ci ilin mart faciəsini xalqımız heç zaman unutmayacaq //Azərbaycan.- 2003.- 29 mart.

13. Erməni faciəsinin qanlı səhifəsi //Azərbaycan.- 2005.- 1 avq.

14. Həsənoğlu A. Bu zülm yerdə qalmayacaq //Azərbaycan.- 2005.- 29 mart.

15. Quliyev M. Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət (1918-ci ilin mart qırğını) //Respublika.- 2004.-31mart.

16. Mehrəliyev N. Tarixi yaddaşın bərpası //Azərbaycan.- 2004.- 3 apr.

17. İsgəndərov A. Daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı soyqırımları //Respublika.- 2004.- 31 mart.

18. Fuad E. Bu faciə daim xatırlanmalıdır //Respublika.- 2002.- 15apr.

19. Əhmədova F. Keçmişi ibrət üçün xatırlamaq lazımdır: 1918-ci ilin mart hadisələri //Xalq qəzeti.- 2003.- 29 mart.

20. Soyqırım qurbanlarının xatirəsi yad edildi //Ədəbiyyat qəzeti.- 2005.-16 sent.

21. Həmidov H. Azərbaycanın mart soyqırımı bəşəriyyət əleyhinə cinayətdir //Azərbaycan.- 2004.- 23 iyul.

22. Cümşüdlü V. 1018-ci ilin mart faciəsi //Xalq qəzeti.- 2004.- 18 mart.

Mədəni-maarif müəssisələrində 31 mart soyqırımı ilə əlaqədar kinofilmlər və video-materiallardan istifadə etmək vacibdir. Fotosərginin təşkili də mühüm təşkilati işlərdən biridir. Fotosərginin təşkili zamanı arxiv materiallarından da istifadə məqsədəuyğundur.

Tədbirlərin keçirilməsinə kömək məqsədilə mövzu ilə əlaqədar ədəbiyyatın siyahısını veririk.

 

 

ƏDƏBİYYAT SİYAHISI

 

• «Azərbaycanlıların soyqırımı haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanı // Azərbaycan.- 1998.- 27 mart.

• Əliyev H. 31 mart Azərbaycanlıların soyqırımı günü munasibətilə Azərbaycan xalqına müraciəti //Azərbaycan .- 1999 .-31 mart.

• Əliyev İ. 31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti  //Azərbaycan.- 2005.- 30 mart.

• 31 mart Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı //Azərbaycan.- 1998.- 27 mart.

• Abdullazadə A. Qanlı yaddaş //Azərbaycan.- 1992.- N° 5.- S.6-67.-JM9 7-8.- 3-71

• Abdullayev E. Tariximizin dumanlı səhifəsi: 31mart Azərbaycanın soyqırımı günüdür //Azərbaycan.- 1998.- 31 mart.

• Abdullayev M. 31 mart Azərbaycanlıların soyqırımı günüdür//Azərbaycan.- 1999.- 31 mart.

• Abbasov E. Şamaxı müsibəti yaxud qan yaddaşımız //Azərbaycan.- 2004.-1 avq.

• Abbasov İ. Ermənilərin törətdikləri soyqırım cinayətləri //Xalq qəzeti.- 2005.- 24 mart.

• Arif Q. Azərbaycanlıların mart soyqırımının dünyaya çatdırılması //Xalq qəzeti.- 2001.- 4 mart.

• Azərbaycanlıların soyqırımı günü) //Xalq qəzeti.- 2002.- 31mart.

  Arzumanlı V. 1918-ci il soyqırımı.- B.: Öyrətmən, 1995.- 89

• Arzumanlı V.Tariximizin qara səhifələri:  Soyqırım,  B.: Qartal.-1918.-279s.

• Arzumanlı V. Qafqaz islam ordusu və Azərbaycanın erməni rus işğalından təmizlənməsi (1918) // Elturan.-1999.- N l, 2.- S.

Arzumanlı V. 1918-ci il soyqırımı.- B.: Öyrətmən,

1995.-89 s.

• Arzumanlı V. Tariximizin qara səhifələri: Soyqırım.- B.:Qartal.- 1998.-279 s.

• Arzumanlı V. Tarix siyasətin-siyasət tarixin dili ilə.- B.: Qartal, 1998.-442 s.

• Azərbaycan Xalq Cümhuriyyəti.- B: Elm, 1998.- 298 s.

• Azərbaycanlıların soyqırımı günü MDB ölkələrində qeyd olunmuşdur//Azərbaycan.- 2005.-1 avq.

• Bakıda 1918- ci il mart faciəsi //Respublika.- 2002.- 3 apr.

• Bir   ömrün   faciə   dastanı:   31   mart   soyqırım   günüdür //Azərbaycan .- 2003.- 30 mart.

• Budaqov   B.   31   mart  Azərbaycanın   soyqırımı   günüdür //Azərbaycan.- 1999.- 31 mart.

• Cümşüdlü V. 1918-ci ilin mart faciəsi //Xalq qəzeti.- 2004.- 18 mart.

Çavçavadze İ. Erməni alimləri və fəryad edən daşlar.- B.: Azərbaycan, 1995.- 79 s.

Erməni faciəsinin qanlı səhifəsi //Azərbaycan.- 2005.-1 avq.

Əhmədova  F.   Keçmişi  ibrət  üçün  xatırlamaq  lazımdır: 1918-ci ilin mart hadisələri //Xalq qəzeti.- 2003.- 29 mart.

Həbiboğlu   V.    Azərbaycan    soyqırımın   təşkilatçısı.-B.: Azərnəşr, 2001.-310 s.

Həbiboğlu V. Azərbaycanda mart soyqırımı //Dirçəliş – XXI əsr - 2004.- N 76-77.- S. 242-251.

Hacıyev H. Tarixi hadisələr aşkarlanır //Respublika.- 2004.- 31 mart.

Həmidov  H.  Azərbaycanın  mart  soyqırımı   bəşəriyyət

əleyhinə cinayətdir//Azərbaycan.- 2004.-23 iyun.

• Həsənoğlu A.  Bu zülm yerdə qalmayacaq:  Azərbaycan soyqırımı //Azərbaycan.- 2005.- 29 mart.

Həsənov Ç. Azərbaycan beynəlxalq münasibətlər sistemində: 1918-1920-ci illər.-B.: Azərnəşr,1993.-363 s.

Hüseynov  Ə. Qanlı-qadalı illər: Azərbaycan soyqırımı //Azərbaycan .- 2004.- 2 apr.

Xəyanətin və naqisliyin xronologiyası //Azərbaycan.- 2005.- 10 avq.

İsgəndərov A.1918-ci il mart qırğının tarixşünaslığı: B.: Mütərcim, 1997.- 184 s.

  İsmayıllı D. Tariximizin qanlı səhifələri //Bakı.-2001.- 23 mart.

• Qanlı faciənin salnaməsi // Azərbaycan .- 2005.- 10 avq.

• Qarabağlı S. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror bütün bəşəriyyətə qarşı cinayətdir: 31 mart Azərbaycanlıların soyqırımı günüdür //Azərbaycan .- 2005.-

7 avq.

Qasımov  İ. 1918-ci  il mart soyqırımı məkrli siyasətin nəticəsi idi //Respublika.- 2004.- 31 mart.

• Qazıyev Y. Ermənilərin törətdikləri soyqırımın bəzi məqamları (31 mart Azərbaycanlıların soyqırımı   günüdür) //Xalq qəzeti.- 2002.- 31 mart.

• Quliyev M.  Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət (1918-ci il mart qırğını) //Respublika.- 2002.- 15 apr.

Qurbanov Ş. Azərbaycanın mart soyqırımı //Azərbaycan.- 2001.- 13mart.

• Məmmədov N. Azərbaycanda milli hərəkat.- B.: Sabah, 1996.- 174 s.

• Məmmədzadə M. Mart hadiseyi aliməsi.-B.: Azərnəşr, 1996.- 34 s.

• 31 mart 1918-ci ildə ermənilər Bakıda soyqırım törətdilər //Yeni Azərbaycan.- 2003.- 29 mart.

• Rzalı R. Erməni    vəhşiliklərinin    qərb    tarixçilərinin araşdırmalarında //Azərbaycan.- 2005.- 31 mart.

• Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən.-B.: Yazıçı, 1998.-486 s.

• Soyqırım analardan başlayır.- B.: Gənclik, 2003.- 214

• Vəliyev İ.İnsanlığa sığmayan erməni cinayəti //Azərbaycan.- 2004,- 27 mart.

• Yaqublu N. Məmməd Əmin Rəsulzadə.- B.: Gənclik, 1991.-305 s.

• Zeynalov Ə. 1918-ci ilin mart qırğını //Respublika.- 2002.-

28 mart.