E L E K T R O N  M Ə L U M A T  B A Z A S I

 

Azadlığa gedən yollar (film, 1990)


Janr - sənədli

Rejissor - Xamiz Muradov, Tofiq Məmmədov,Ramiz Əliyev, Rövşən Almuradlı

Ssenari müəllifi - Xamiz Muradov

Operator - Köçəri Məmmədov,Nizami Abbas,Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev

Bəstəkar - Rauf Əliyev

İstehsalçı - "Salnamə" Sənədli Filmlər Studiyası

Filmin növü - tammetrajlı sənədli film

Rəng - rəngli

Vaxt - 62 dəq.

Ölkə - Azərbaycan

İl  - 1990

 

Məzmun

Film Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur.Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir.

 


<< Geri