Janr - Sənədli, Tarixi
Rejissor - Aydın
Dadaşov
Ssenari müəllifi - Sadıq Elcanlı
Operator - Ələkbər Muradov, Eldar Məmmədov (II)
İstehsalçı - "Azərbaycantelefilm"
Filmin növü - Sənədli Televiziya Filmi
Rəng - Rəngli
Ölkə - Azərbaycan
İl
- 1994
Məzmun
Film 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələrindən bəhs
edir. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları qanunsuz olaraq Bakı
şəhərinə yeridildi. Şəhərin yüzlərlə dinc əhalisi odlu silahdan, zirehli
texnikadan açılan atəşlərə məruz qaldılar. O günlər yüzlərlə günahsız insanlar
şəhid oldular. Həmin gün 20 yanvar hadisəsi SSRİ rəhbərlərinin şovinist
maskalarını açıb ifşa etməklə yanaşı, Azərbaycan tarixini ən parlaq
səhifələrindən biri oldu. 20 yanvar Azərbaycan xalqının azadlığa, müstəqilliyə
doğru ən böyük addımlarından biri idi. Nə qədər ki, Azərbaycan dövləti azaddır,
müstəqildir, bir o qədər də şəhidlərimizin ruhu şad olacaqdır.