Janr - Dram
Rejissor - Vahid Mustafayev
Ssenari müəllifi - Vahid Mustafayev
Operator - Əfşin Əlizadə
Bəstəkar - Arya Əziminejad
İstehsalçı - Bakı Film
Ölkə - Azərbaycan Respublikası
Dil - Azərbaycanca,Rusca,İngiliscə
Rəng - Rəngli
İl
- 2015
Məzmun
“Qanlı Yanvar” filmi hadisəni bizə
bir azərbaycanlı ailəsinin-Nərimanovların gözü ilə göstərir. İki qardaş, KGB
zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat
–inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb.
Dramanın mərkəzində, onları boya-başa çatdıran ANA - Xədicə xanın bir sipər kimi
dayanır. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Xədicə
xanımın sözləri ilə desək “...sadəcə onların yolları və yoldaşları ayrıdır!”
Vətən, ana və ailə məhəbbətlərinin qarşılaşdırıldığı film sonadək hər kəsin öz
həqiqətini tanıyır. Amma bütün həqiqətlərdən ali bir həqiqət də var... Qanlı
Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real
hadisələri canlandırmağa və qarşıda duran bir sıra suallara da cavab tapmağa
çalışıb - Müstəqilliyin qiyməti, Anaların və Övladların məsuliyyəti necə
hesablanır, ümumiyyətlə əlində silah olan bir kəs ədalətli ola bilərmi...