Janr - sənədli
Rejissor - Nizami Abbas
Ssenari müəllifi - Ramiz Fətəliyev
İstehsalçı - “Azərbaycanfilm” "Salnamə" sənədli filmlər studiyası
Filmin növü - sənədli film
Ölkə - Azərbaycan
İl
- 2019
Məzmun
Filmdə 1990-cı il yanvarın 20-nə keçən gecə
sovet ordu hissələrinin Bakıda həyata keçirdiyi qırğınları, faciənin dəhşətli
görüntülərini lentə almaq üçün əsl peşəkarlıq, eyni zamanda vətənpərvərlik
nümayiş etdirən kino işçilərindən söz açılır. Həmin günlərdə C.Cabbarlı adına
“Azərbaycanfilm” Kinostudiyasının və “Salnaməfilm” studiyasının operatorları
başda olmaqla çəkiliş qrupları yaradılmışdı. Onlar şəhərin müxtəlif yerlərindən
baş verən qanlı hadisələri lentə almaq üçün həyatlarını riskə atmışdırlar.
Ekran əsərində həmin müdhiş gecədə və sonra Azərbaycanın müxtəlif rayonlarında
törədilən faciələr haqqında xatirələrə və kadrarxası hadisələr barədə fikirlərə
də yer verilib.