E L E K T R O N  M Ə L U M A T  B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR 20 YANVAR HAQQINDA


20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi. 

 ***

1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqi-qətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həya-tında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. 

***

20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbay-canın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstün-dəki qandır.

Heydər Əliyev,

Azərbaycan xalqının Ümummilli lideri


Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müs-təqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhid-lərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qur-ban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır. 

***

20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəh-rəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda can-larından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

***

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Mən o dəhşətli gündə yaxınlarını itirmiş bütün insanlara bir daha başsağlığı verirəm. Şəhidlərimizin ruhu əbədi yaşayacaq və yaşamalıdır. 

İlham Əliyev,  

Azərbaycan Respublikasının Prezidenti


20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

Mübariz Qurbanlı,

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

 


Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir.

 Nizami Cəfərov,
akademik
 


Bu xalq artıq öz azadlığına gedən yoldadır və bu xalqı artıq durdurmaq mümkün deyil. O çətin günlərdə canını verən şəhidlərimizin qarşısında borcumuz ondan ibarətdir ki, hər birimiz, hər bir vətəndaşımız dövlətimizə, vətənimizə, müstəqilliyimizə daha da çox sahib çıxaq, onu daha da inkişaf etdirək. Bu bizim 20 Yanvar şəhidlərimiz başda olmaqla, bütün şəhidlərimizin qarşısında ən önəmli borcumuzdur. Nur içində yatsın bütün şəhidlərimiz.

Qənirə Paşayeva,
siyasi elmlər doktoru, professor


20 Yanvar faciəsi baş verəndən sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ona görə də, hesab edirəm ki, 20 Yanvar şərəf və ləyaqət tarixidir. Bir təsəllimiz var ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddur. Azadlığımız uğrunda mübarizə öz məntiqi nəticəsinə çatdı, xalqımız öz dövlətinin müstəqilliyini yenidən bərpa etdi. Bu gün müstəqil dövləti-mizlə hər bir vətəndaşımız qürur duyur.

Fəzail İbrahimli,
tarix elmləri doktoru, professor


1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə Qanlı 20 Yanvar faciəsi xalqı-mızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

 Elçin Əhmədov,
siyasi elmlər doktoru, professor


Azərbaycan xalqı 20 Yanvar faciəsini böyük tarixə, dövlətçilik anlayışına malik olan bir xalq kimi qarşıladı. Bəlkə də, hər hansı başqa bir xalq olsaydı, bu hadisələrdən uzun müddət özünə gələ bilməzdi. Respublikadakı hakimiyyət dəyi-şikliyinə baxmayaraq, xalq Vətən uğrunda şəhid olanların xati-rəsinə qırx gün matəm saxladı. Bu, sadəcə, matəm deyildi. Mövcud quruluşa, zorakılığa etiraz, yeni mübarizəyə hazırlıq idi. 20 Yanvar Azərbaycan xalqını daha da mətinləşdirdi, hədəflərini daha da aydınlaşdırdı.

Kərim Şükürov,
tarix elmləri doktoru, professor


O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik övladlarını qan gölündə tapdı. Bu - Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.

 Cavanşir Feyziyev,
fəlsəfə üzrə fəlsəfə doktoru


Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb. Ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa silahı olmayan, əli bağlı, lakin faciələrin içində də mənəvi gözəllik və mərdliyini itirməyən qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur bir xalq qalıb!

Sabir Rüstəmxanlı,
xalq şairi


20 Yanvar milli qəhrəmanlıq günümüzdür. O gün sanki, xalqımız ayıldı, yaxşı mənada dəyişdi, özü də bir gecənin içində... Ən böyük qazancımız isə müstəqillik oldu.

 Rafiq Səməndər,
əməkdar jurnalist


Biz bu hadisələri törədənləri dünya qarşısında cavab-dehliyə səsləməliyik. Görəcəyimiz bütün işlər buna hesablan-malıdır. Təkcə 20 Yanvar və ya Xocalı faciəsi ərəfəsində deyil, hər gün bu istiqamətdə iş aparmalıyıq. Hər gün Azərbaycanda Qarabağ Günü, 20 Yanvar Günü, Xocalı Günü olmalıdır. Bizim hər günümüz belə keçməlidir. Biz bunu bütün dünyaya təqdim etməli, bütün dünyada təbliğ etməliyik.

 Nurəddin Mehdixanlı,
xalq artisti 


<< Geri