E L E K T R O N  M Ə L U M A T  B A Z A S I

 

“Əbədi məşəl” abidə-kompleksi


Rəsmi sənəd

Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi Məşəl” Abidə Kompleksinin ucaldılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 5 avqust 1998-ci il // Azərbaycan.- 1998.- 6 avqust. S.3.


Haqqında

Əbədi məşəl — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi

“Əbədi Məşəl” monumenti 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamına əsasən layihələndirilmiş və tikilmişdir.

8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir.

Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi, hava kimi şəfaflığı bağışlayır. Gecə səmasında parlayan qızılı rəngli günbəz şəhər üzərində uçan Azərbaycanın müstəqilliyi uğurunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.



<< Geri