20 Yanvar abidə-kompleksi — Bakıda 1990-cı il 20 yanvar
faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks.
1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə
ucaldılmış bu kompleks Bakı şəhərinin Yasamal
rayonundakı "20 Yanvar" dairəsində yerləşir. Kompleksin
tikintisinə 2009-cu ilin oktyabrında başlanıb.
Azərbaycan paytaxtında "20 Yanvar abidə-kompleksi"nin
açılışı 20 yanvar 2010-cu ildə olmuşdur. Abidənin
açılışını Azərbaycan prezidenti İlham Əliyev edib.
Kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə
kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə
8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət
Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad
Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı
həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum
prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si
Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni
zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil
olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib