E L E K T R O N M Ə L U M A T B A Z A S I

POÇT MARKASI


İsveçrədə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.
Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“AG) arasında razılaşma əldə edilib.
Azərbaycanın İsveçrədəki səfirliyindən yayılan məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb.
Qeyd edək ki, İsveçrə hökumətinin bu addımı təqdirəlayid haldır və İsveçrə hökumətinin dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən poçt markalarının buraxılması o deməkdir ki, bu faciə haqqında məlumatlar həmin markalar vasitəsilə bütün dünyaya yayılacaq. Azərbaycanın qəhrəmanlıq səhifəsi olan 20 yanvar tarixini əks etdirən markalar məktubların üzərində ünvan-ünvan dolaşacaq.



<< Geri