20 yanvar metrostansiyası — Bakı Metropolitenin ikinci
(Yaşıl) xəttində olan stansiyası. "İnşaatçılar" və "Memar
Əcəmi" stansiyaları arasında yerləşir. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş
qanlı hadisənin şərəfinə adlandırılıb. Əvvəllər stansiya
"11-ci Qızıl Ordu Meydanı" adlanırdı.
Stansiya 1985-ci il dekabrın 31-də "Elmlər Akademiyası"
— "Memar Əcəmi" 9 kilometrlik buraxıcı hissəsinin
tərkibində açılıb. Stansiyanın tərtibatı əsasən 20
Yanvar hadisələrinə həsr olunub.
Yeraltı keçidlər şəhərin Tbilisi prospektinə çıxır.
|