E L E K T R O N M Ə L U M A T B A Z A S I

ŞƏHİDLƏR XİYABANI


Bakının Səbail rayonunda inzibati ərazi, vətənin azadlığı yolunda qəhrəmancasına həlak olanların dəfn edildiyi xiyaban

Burada 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı, türk əsgərləri, 1990-cı ilin Yanvar hadisələri zamanı və Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş azərbaycanlılar dəfn edilib.

Vaxtilə Çəmbərəkənd adlanan bu ərazidə ermənilərin 1918-ci ilin martında Bakıda törətdikləri soyqırımı qurbanları basdırılmışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, bu məzarlıq ləğv edilərək yerində "Dağüstü Park" adlanan əyləncə mərkəzi salınmışdı. 1990-cı ilin qanlı yanvar hadisələri zamanı həlak olanlar burada dəfn edildikdən sonra ərazi Şəhidlər Xiyabanı adlandırılıb.



<< Geri