Aşıq Ələsgər
Alməmməd oğlu 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının
Ağkilsə kəndində anadan olmuşdur. |
|
‒ Atası Alməmməd kişi ailəsi böyük olduğundan Ələsgəri 14
yaşında Kərbəlayi Qurban adlı bir varlıya nökər vermiş,
Ələsgər onun həyətində 4 il nökərçilik etmişdir; |
‒ Aşıq Ələsgər xüsusi təhsil ala bilməmiş, lakin sənətin
sirlərini böyük ustad Aşıq Alıdan öyrənmişdir. Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə ilə yanaşı
İrəvanda, Naxçıvanda, Qazaxda, Qarabağda, Gəncədə də
məşhurlaşmış, Göyçə aşıq məktəbinə rəhbərlik etmişdir. |
1918‒1921 |
‒ Daşnakların türklərə qarşı törətdiyi qırğın
nəticəsində Göyçə mahalının var‒yoxu talanmış, əhali öz
dədə‒baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur
olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan Aşıq Ələsgər sonra
Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. |
1921 |
‒ Aşıq Ələsgər Ağkilsəyə qayıtmış, ömrünün son
illərini doğma kəndində yaşamışdır. |
1926 |
‒ Mart ayının 7-də doğulduğu
Ağkilsə kəndində vəfat etmiş və
burada da dəfn edilmişdir. |
1927
|
‒ İlk mətbu əsərləri ‒ “Dağlar”, “Bizim dağlar”
şeirləri “Yeni kənd” jurnalında (№3) çap olun-muşdur. |
1934 |
‒ Hümmət Əlizadənin tərtib etdiyi “Aşıq Ələsgər” adlı
kitabı çap olunmuşdur. |
1971 |
‒ Osman Sarıvəllinin “Qüdrətli şair, ustad sənətkar”
adlı kitabı nəşr edilmişdir. |
1972 |
‒ Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə anadan
olmasının 150 illik yubileyi Moskvada qeyd olunmuşdur; |
‒ Göyçənin Ağkilsə kəndində büstü qoyulmuşdur. |
1975‒1980 |
‒ 1939-cu ildən təsis edilmiş Respublika Xalq Yaradıcılığı
Evi Aşıq Ələsgərin adını daşımışdır. (yanvar 2019-cu il
tarixdən Azərbaycan Res-publikası Mədəniyyət Nazirliyinin
Mədəniyyət üzrə Elmi‒Metodiki və İxtisasartırma Mərkəzi.) |
1987 |
‒
Nizaməddin Onk və İslam Ələsgərzadənin tərtib etdikləri
“Göyçəli Aşıq Ələsgər” adlı kitab Türkiyədə çap olunmuşdur. |
1993 |
‒ Muxtar Qaradaşlının tərtib etdiyi “Gözüm bir alagöz xanıma
düşdü: say-seçmə şeirlər” adlı kitab “Yazıçı” nəşriyyatında
işıq üzü görmüşdür.
|
1997 |
‒ Eldar
İsmayılın tərtib etdiyi “Aşıq Ələsgər. Hikmət dünyası” adlı
kitab çap olunmuşdur. |
1998 |
‒ Anadan
olmasının 175 illiyi Azərbaycanın hər yerində böyük təntənə
ilə qeyd olunmuşdur. |
1999 |
‒ İslam
Ələsgərin tərtib etdiyi “Aşıq Ələsgər. Əsərləri,
dastan‒rəvayətlər, xatirələr” adlı kitab “Şərq-Qərb”
nəşriyyatı tərəfindən çap edilmişdir; |
‒ İslam
Ələsgərin “Haqq aşığı Ələsgər” mono-qrafiyası çapdan
çıxmışdır |
2002 |
‒ Bakıda
Hüseyn Həsənov tərəfindən “Aşıq Ələsgər Muzeyi”
yaradılmışdır. |
2006 |
‒ Şəkər
Qasımovanın “Aşıq Ələsgər şeirinin lek-sik‒üslubi
xüsusiyyətləri” adlı kitabı nəşr olunmuşdur. |
2007 |
‒ İslam
Ələsgərin “Ələsgər ocağı ilə bağlı yara-dılmış
dastan‒rəvayətlər haqqında” adlı kitabı işıq üzü görmüşdür. |
2008 |
‒ Qabil
Zimistanoğlunun tərtib etdiyi “Aşıq Ələsgər. Bütün əsərləri”
adlı kitab nəşr olunmuşdur. |
2009 |
‒ Qabil
Zimistanoğlunun tərtib etdiyi “Aşıq Ələsgər. Bütün əsərləri”
adlı kitab nəşr olunmuşdur. |
2011 |
‒ M.F.Axundov adına Milli
Kitabxananın əməkdaşları tərəfindən “Aşıq Ələsgər‒190”
biblioqrafiyası tərtib olunmuşdur; |
‒ A. Qurbaninin tərtib etdiyi “Adım
Ələsgərdir, Göyçə‒mahalım...” adlı kitab işıq üzü görmüşdür; |
‒ İslam Ələsgərin tərtib etdiyi
“Aşıq Ələsgərin hikmət dünyası” adlı kitab çap olunmuşdur; |
‒ Anadan olmasının 190 illik
yubileyi Heydər Əliyev Sarayında təntənə ilə qeyd olunmuşdur; |
‒ Gədəbəydə
“Aşıq Ələsgər adına Aşıq Məktəbi” açılmışdır; |
‒ Azərbaycan
Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər” ili elan
etmişdir |
2012 |
‒ Musa
Nəbioğlu Azərbaycan Aşıqlar Birliyinin “Ustad aşıqlarımız”
seriyasından olan “Aşıq Ələsgər” adlı kitabı tərtib
etmişdir. |
2013 |
‒ Hacı Loğman
Babacanlının “Aşıq Ələsgər. O, eşq pərvanəsi deyil, eşqin
əbədiyanar Şamıdır!” adlı kitabı işıq üzü görmüşdür; |
‒ Gədəbəydə Gədəbəy Aşıq Musiqisi Məktəbinin qarşısında
ucaldılmışdır. |
2014 |
‒ Aşıq Ələsgərin “Bütün əsərləri” işıq üzü
görmüşdür; |
‒ “Can” deməklə
candan can əskik olmaz...: Seçilmiş əsərləri” çap
olunmuşdur. |
2017 |
‒ Məhərrəm Hüseynovun “Aşıq
Ələsgərin söz ümmanı” və “Linqvistik təhlilin elmi-metodik
əsasları: Aşıq Ələsgərin dili əsasında” kitabları işıq üzü
görmüşdür; |
‒ Hüseyn İsmayılovun “Aşıq Ələsgər”
monoqrafiyası çapdan çıxmıçdır; |
‒ Xaçmaz şəhərindəki
Şəxsiyyətlər muzeyinin önündəki parkda Aşıq Ələsgərin büstü
ucaldılmışdır. |
2018 |
‒ Qazax
şəhərində xatirəsinə ucaldılmış büstü ucaldılmışdır. |
2019 |
‒
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may, 211
nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında
əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına
daxil edilmişdir. |
2021, 18 fevral |
‒ Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “Aşıq Ələsgərin 200
illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam
imzalamışdır; |
‒ “Dədə
Ələsgər Ocağı” İctimai Birliyi təssi olunmuşdur |