Təbiət kimi, insan da gözəlliklə dolub-daşır.
Şərqdə həyatın təkmilləşməsi üçün yalnız hissi
aləm və fəlsəfi idrakın dərinliyi bəs olmadığı
kimi, hələ mədəni nailiyyətlər və texniki
tərəqqi də insanın mənəvi və sosial dirçəlişi
üçün kifayət deyil.
Ədəbiyyat yazıçı ilə oxucu arasında mənəvi
vasitəçi olmalıdır. O, insan qəlbinin sirlərini
və dərinliklərini öyrənməli, “söz hoqqabazlığı
və şeir dekoru sərgisinə” çevrilməməlidir.
Dünyanın dərki, əslində qəlbin dərinliklərindəki gizli qatların
oyanışı sayəsində mümkün olur.
Cəmiyyətin inkişafını qadınlarsız, elmin, texnikanın, mədəniyyətin
tərəqqisini, bir cox mühüm ictimai poblemlərin həllini qadınların
iştirakı olmadan təsəvvür etmək mümkün deyildir.
Müxtəlif ədəbiyyatlara məxsus yazıçıların əsərlərindəki aktual,
vaxtı çatmış məsələlərin ümumiliyi bir tərəfdən cəmiyyətin tarixi
inkişafından doğursa, zamanın problemləridirsə, o biri tərəfdən,
ümumiyyətlə, ədəbi tərəqqinin qanunauyğunluqlarının ifadəsi olan
beynəlmiləl ədəbi təsirin nəticəsidir.
Ədəbi əlaqələrin tarixi xalqların tarixi ilə qırılmaz surətdə
bağlıdır.
Ədəbi əlaqələr dinamik prosesdir.
Çurban hansı məsələdən danışırsa-danışsın, o həmişə mütəfəkkir,
böyük sənətkar, söz ustası və öz xalqını, bütün bəşəriyyəti hədsiz
dərəcədə sevən bir insan olaraq qalır.
Tərcümə yalnız göstərilən məqsədlər üçün deyil, o, eyni zamanda
qarşılıqlı faydalanma, qarşılıqlı öyrənmə üçün ən yaxşı vasitələrdən
biridir.
Qaranlıq və soyuq qışdan sonra təbiətin dirçəlişinin, ilıq baharın
gəlişinin rəmzi olan Novruz bayramı qədim dövrlərdən Şərq xalqlarına
yadigar qalan ən nəcib, xoş əhval-ruhiyyəli, sevimli bayramlardan
biridir. Bahar bayramı xeyirxah hisslərin, insani duyğuların,
mərdliyin və dostluğun tərənnümü bayramıdır: ruzi bayramı, əmək
bayramıdır; Novruz təmizlik, saflıq, gözəllik bayramıdır.
Hər bir cəmiyyətin, quruluşun gələcəyini həyata yeni atılan, böyüyən
və yetkinləşən nəsil təşkil edir. Bu nəsli yetişdirən isə ilk
növbədə ailədir.
Mən hər dəfə suya daş atanda, o, əmələ gələn dairələrin ortasına
düşür. Bu idiomanı belə açıqlamaq olar: Nə edirəmsə-edim, həmişə
hədəfə dəyirəm.
Məhəbbət və gözəllik elə mənəvi işıqdır ki, qəlbi nurlandırır.
Gözəllik adlı-sanlı və zəngin insanların imtiyazı deyil, o, bütün
insanlığın müqəddəs mülkiyyətidir.
Tənqidçinin vəzifəsi zövqü inkişaf etdirməkdir. Bununla da əsl
tənqidçi cəmiyyətin tərbiyəçisi və müəllimi olur.
Gündəlik qayğı ilə yaşayan insanlar çox zaman gözəlliyin yanından
ötüb keçirlər, şairin borcu onların diqqətini gözəlliyə yönəltməkdir.
Romantik şair ağlı intuisiya ilə, hisslə birləşdirir, ... dünyanı
ilhamla, “bədii şəkildə” mənimsəyir.
Romantiklərdə gözəllik və məhəbbət şairin ürəyini və təxəyyülünü
işıqlandıran mənəviyyat nurudur.
Romantiklər dünyanı ilhamla, yaradıcı şəkildə tərənnüm edir, hadisə
və predmetlərin üzərindən adilik pərdəsini götürərək, onların
arxasındakı gözəlliyi aşkara çıxarırlar.
Şair missiyası – görücü, həqiqət carçısı və peyğəmbər missiyasıdır.
Şair üçün təbiət gözəllik və ilham mənbəyi, əbədi və hər şeyi əhatə
edən həqiqətin ifadəçisidir.
Nailiyyətlər, uğurlu tapıntılar nə qədər əhəmiy-yətli olsa da, qədim
mədəniyyəti¬mizin bir çox cəhətləri kölgədə qalmış, xüsusən XII
əsrdən əvvəlki çağların ədəbi və tarixi mənzərəsi səthi mülahizələr,
sistemsiz araşdırmalar çərçivəsindən kənara çıxa bilməmişdir.
İnsanın etdiyi xeyirxahlıq zahiri mərasimlərə riayət etməkdən
yüksəkdə durur və buna görə onu mükafatlandıran Allah üçün daha
əziz, daha istəniləndir.
Ərəb dilində yazılmış bədii və fəlsəfi sənət nümunələrinin doğma
dilimizə tərcümə olunması, onların rus dilində nəşri işinin təşkil
edilməsi, dünyanın müxtəlif kitabxanalarına səpələnmiş nümunələrin
axtarılıb tapılması qarşıda duran mühüm məsələdir.
Gözəllik və humanizm həmişə romantik sənətkarın idealı olmuşdur.
Maarifçilərin əksinə olaraq, romantik şair dünyanı ilhamla, yaradıcı
şəkildə tərənnüm edir, hadisə və predmetlərin üzərindən adilik
pərdəsini götürərək, onların arxasında gözəlliyi aşkara çıxarır.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqda
həm ölkəmizdə, həm də xaricdə maraqlı monoqrafiyalar yazılmış,
tədqiqatlar aparılmış-dır. Lakin şairin yaradıcılığının kompleks,
çoxcəhətli təhlili hələ də gələcəyin vəzifəsidir.
Şihabəddin Yəhya Sührəvərdinin əsərləri orta əsr Azərbaycan
fəlsəfəsinin nadir incilərindəndir.
Xeyirxahlıq zahiri mərazimlərə ziyarət etməkdən yüksəkdə durur.
Azadlığı ər-Reyhani fövqəladə dərəcədə geniş başa düşür - bu həm
şəxsiyyət azadlığı, həm yaradıcılıq azadlığı, həm də xalqın
azadlıqdan azad olmasıdır.
...“göl məktəbi” və transsendentalizm Cübran və ər-Reyhaninin
yaradıcılığında romantik metodun təşəkkül tapmasına səbəb oldusa,
rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət isə realist Nüayməni
formalaşdırdı.
Запад должен передать Востоку научно-технические достижения, а
Восток взамен этого должен передать Западу свои богатые духовные и
философские ценности.