Aida xanım unudulmaz bir
şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan
qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləmişdir. Yüksək savadlı,
ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl,
bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır
olan bir qadın idi. Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq
dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda,
o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, islam aləmində yayılmasına
nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün
arzuları artıq reallıqdır və respublikamızın müsəlman ölkələri islam dünyası ilə
nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyası
əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu
gün də yaşayır və dövlətimizə xidmət edir.
Mehriban
Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun
xoşməramlı səfiri
Görkəmli şərqşünas
alim, fililofiya elmləri doktoru, professor Aida İmanquliyeva
Azərbaycanın elm tarixində dərin izlər salmış, şərəfli ad
qazanmışdır.
Aida xanım İmanquliyeva özünün sanballı əsərləri ilə Azərbaycan
şərqşünaslıq elminin inkişafına qiymətli səhifələr əlavə etmişdir.
O, Azərbaycan şərqşünaslıq eiminə yeni elmi istiqamət yaratmağa
müvəffəq olmuşdur. Azərbaycan elmində ərəb mühacirət ədəbiyyatının
tədqiq edilib öyrənilməsi professor Aida İmanquliyevanın adı ilə
bağlıdır.Ərəb mühacir ədəbiyyatının əsas iatiqamətlərinə və tanınmış
şəxsiyyətlərinə həsr edilmiş sanballı əsərləri ilə Aida İmanquliyeva
böyük ənənələri olan Azərbaycan şərqşünaslıq elmini yeni ideyalar,
mövzular və ədəbi şəxsiyyətlərlə zənginləşdirmişdir.
Akif Əlizadə,
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik
O doğrudan da
parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi
demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək
vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadir və
parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin
daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir
harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm
prinsiplərə malik bir insan idi. O doğrudan da göründüyü qədər
təbiətən gözəl idi. O, goründüyü kimi olmağı bacaran və olduğu kimi
görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa
etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və
başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu
zaman kəsiyində həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti heç bir
zaman azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman
azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman azalda
bilməz.
***
Ömür anidir, keçicidir, bəlkə də fanidir, həyat isə daimidir,
əbədidir. Ömrü ölçə bilən meyarlar var - saatlar, günlər, aylar,
illər var. Ömür bir nəfərə - təkə bağlıdır, həyat isə
külli-bəşəriyyətə, cəmə bağlıdır. Ömür aydındır, cünki ömrün əvvəli
də var, sonu da. Amma həyat aydın deyil. Çünki həyatın nə əvvəlini
bilən var, nə də sonunu. Bu, həmişə belə olub və belə də olacaq.
Çünki ömür konkret, həyat isə abstraktdır. Yaranan nə varsa, bu iki
vəhdətin qanunu arasında yaşayır. Elə insanlar olur ki, onların ömrü
qısa olsa da, qurtarsa da, həyatı davam edir. Biz onları görmürük,
səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları
görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda,
qanımızda, ürəyimizdədir və o surət bizi hec vaxt tərk etmir.
Nərgiz
Paşayeva,
akademik
Aida xanımı tanıyanlar onun böyük zəhmətkeş və həddindən ziyadə
özünə qarşı tələbkar bir alim olduğunu yaxşı bilirdilər. Aida хашшш
qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir.
Bütün bu deyilənlərin arxasında yüksək insani keyfiyyətlərə malik,
təvazökar, mehriban, xeyirxah, gözəl, xanım-xatın bir azəri qadını
və anası obrazı dururdu ki, bu da ona bütün həmkarlarının ehtiramını
və məhəbbətini qazandırmışdı.
Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və
çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni
əlaqələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii
cərəyanların təşəkkül tapması tədqiq olunub ki, bu da nəinki ərəb
ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə
tədqiqi üçün çox mühüm zəmin yaratdı.
Bu baxımdan Aida xanım İmanquliyevanın əsərləri nəinki milli
Azərbaycan, yaxud keçmiş sovet, hətta cəsarətlə demək olar ki, bütün
dünya ərəbşünasbğına qiymətli bir hədiyyədir.
Ziya Bünyadov,
akademik
Azərbaycan şərqşünaslığında yeni dövrün ərəb ədəbiyyatı araşdırıcısı
və ərəb dili üzrə ilk elmlər doktoru olan Аida хаnım İmanquliyeva
müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq məktəbin
əsasını qoydu.
***
Aida İmanquliyeva özündən sonra zəngin irs qoyub, onun fundamental
tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib.
***
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi
əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk alimdir. O, Şərq və
Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən
hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni
tərəqqini şərtləndirən amillərə istinad edirdi. Alimin tədqiqatları
nəticəsində mütləq bir həqiqət müəyyənləşmişdir: Şərqin bir çox
ölkələrinin müasir inkişafı bir həqiqəti ortayaqoyur - Qərbin mədəni
dəyərləri o zaman yerli zəmində kök sala və onu zənginləşdirə bilər
ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz
edilsinlər. Aida xanımın çoxsaylı elmi əsərlərində Qərb və Şərq
mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii
üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb
ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin
aspektdə tədqiqi üçün çox mühüm zəmin yaradır.
Gövhər Baxşəliyeva,
AMEA akad.Z.M.Bünysdov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
Aida
İmanquliyeva çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün
varlığı milli kökə, xalqa bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində
xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru
irəliləməsi kimi nəcib niyyətlər daim özünü qabarıq göstərmişdir.
Elmi tədqiqatlarını əsl alimtəəssübkeşliyi ilə aparan, ərəb
filologiyası sahəsində özünəməxsus məktəb yaradan görkəmli alim ərəb
ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni
rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə
tanıtmışdır. Bununla da o, ərəb və Azərbaycan ədəbiyyatları arasında
möhkəm körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə
çalışmışdır.
***
Cəsarətlə demək
olar ki, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən
görkəmli, ən sanballı tədqiqatçısıdır.
***
Aida xanım
İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental
tədqiqatçılarından biri kimi şərq-şünaslıq tarixinə əbədi daxil olan azsaylı
mütəxəssislərdəndir.
Vasim Məmmədəliyev,
akademik
Aida
İmanquliyevanın elmi yaradıcılığı həqiqətən çox əvəzsiz, qiymətli və
dəyərlidir.O, elmdə də, ictimai fəaliyyətində də, şəxsi həyatında
da həmişə olduğu kimi görünürdü. Alimin fundamental əsərləri
“Mixail Nüaymə” və "Qələmlər birliyi”, "Cübran Xəlil Cübran”, "Yeni
ərəb ədəbiyyatının korifeyləri”, yerli və xarici nəşrlərdə çoxsaylı
məqalələri həm bizim vətən elminin görünən birfəslini, həm də bu gün
çox vacib olan elmi axtarışların mənəvi əsasını təşkil edir.
***
Aida
İmanquliyevanın elmi əsərləri onun dərin, humanist
şəxsiyyətinin təzahürüdür. O, çox gözəl, zəhmətkeş, elmli
bir Azərbaycan xanımı olmaqla yanaşı, həm də zahiri görünüşü
ilə hamının diqqətini çəkmiş və ömrününsonunacan əsl
Azərbaycan xanımına məxsus ləyaqətli davranış normalarını
gözləyən bir qadın, nümunəvi ana kimi yaddaşlarda qalmış,
ürəklərdə köksalmışdır.
Nərgiz Axundova,
akademik
Aida xanım öz peşəsinin vurğunu idi. O, öz səmimi,
mehriban ailəsini sevir, övlad qayğısı ilə yaşayırdı. Aida xanım elini, obasını,
vətənini sevir, xalqımızı, elmimizi yüksək səviyyəli beynəlxalq konqreslərdə
vüqar, şərəf və ləyaqətlə təmsil edirdi.
Bəkir Nəbiyev,
akademik
Azərbaycanın, millətimizin XX yüzillikdə tarixi
uğurlarmdan biri, məncə, Azərbaycan qadınlığıdır, ictimai-siyasi, mədəni həyatın
bütün sahələrində fenomen kimi qərarlaşmış müasir Azərbaycan qadınıdır. Əgər
Azərbaycan xalqının XX əsrdə ən layiqli 100 qadınının siyahısı tərtib olunsa,
bunlardan biri Aida xanım İmanquliyevadır.
Cəmil Quliyev,
akademik
Əziz xatirəsini sonsuz hörmət və məhəbbətlə yad
etdiyimiz böyük insan, istedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan
Aida İmanquliyeva da məhz elmimizin, mədəniyyətimizin həmin qızıl dövrünün
yetişdirdiyi görkəmli nümayəndələrindən olmuşdur. Aida xanım istedadlı alim,
çağdaş ərəb ədəbiyyatının bilicisi, bu sahə üzrə Azərbaycanda ilk qadın elmlər
doktoru idi.Mixail Nüaymə”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı
korifeyləri” kimi tədqiqat əsərləri öz elmi əhəmiyyətini və dəyərini qoruyub
saxlamaqdadır.
Fəraməz Maqsudov,
akademik
O aktiv bir vətəndaş-alim, elmi ictimaiyyətin
hörmətini qazanmış nüfuzlu elm xadimi idi.
***
Aida xanım eyni zamanda istedadlı və bacarıqlı bir
elm təşkilatçısı idi. O yalnız Azərbaycan ədəbiyyatşünaslığının deyil,
ümumiyyətlə milli şərqşqnaslıq elminin inkişafında əhəmiyyətli rol oynamışdı.
***
Aida İmanquliyevanın qələmi yazıçı qələmi idi və
məsələ yalnız onda deyildi ki, o Azərbaycan Yazıçılar İttifaqının üzvü idi,
Mixail Nüaymə, Cübran Xəlil Cübran, Əmin ər Reyhani kimi məşhur ərəb
yazıçılarının bədii əsərlərini Azərbaycan dilinə gözəl tərcümə etmişdir.
Elçin Əfəndiyev,
Xalq yazıçısı
Dünya şərqşünaslığı tarixində xüsusi yeri olan
görkəmli alim, professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq
fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca
gözlərimiz önündə xeyirxah, nəcib və mütəfəkkir bir insan, mədəni-intellektual
qadın obrazı canlanır.
Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm
edirdi. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa
can atan birinsan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub.
Çoxşaxəli yaradıcılığa malik, ictimai həyatda da geniş fəaliyyət dairəsinə sahib
olan Aida xanım bütün bunların fövqündə ailə ocağının müqəddəsliyini, Şərq
qadınına məxsus olan incə ruhu qoruyan gözəl həyat yoldaşı, övlad sevgisi ilə
yaşayanmehriban ana, qayğıkeş nənə, əsl xanım, zərif qadın idi. Bəlkə də elə bu
xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın -
ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin,
ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və
ədəbiyyatını öyrənməyə sərf edərək özünün şəxsiyyəti və yaradıcılığı timsalında
dünənimizlə bu günümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb.
Azərbaycanın elm tarixində əhəmiyyətli rolu olan görkəmli alim Aida İmanquliyeva
istedadlı şəxsiyyət və ictimai xadim kimi ədəbiyyatımızda, eyni zamanda, fəlsəfi
təfəkkürdə dərin iz qoyub.
***
Gözəl alim olan Aida İmanquliyeva istedadlı
tərcüməçi, mahir ədəbiyyatşünas, natiq idi. Həmkarları onu böyük mütəffəkir,
görkəmli ictimai xadim və müdrik filosof kimi tanıyırdılar.
Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlətKomitəsinin sədri,
siyasi elmlər doktoru, professor
Dünyasını çox vaxtsız dəyişən görkəmli alimin nəinki
şərqşünaslıq, ümumən elm haqqında çox maraqlı və gərəkli fikirləri, planları var
idi.
Ağamusa Axundov,
akademik
Bakı Dövlət Universitetinin böyük ənənələri olan
Şərqşünaslıq fakultəsinin dünya şöhrətli alimləri sarasında bir parlaq şəxsiyyət
də var. Bu, elmimizin inkişafında müstəsna xidmətləri olan, ləyaqətli ziyalı,
görkəmli alim, filolofiya elmləri doktoru, professor Aida xanım İmanquliyevadır.
Düz 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini fəlsəfı
düşüncələrinin işığında araşdıran, Şərq-Qərb dəyərləri kontekstində tədqiqata
cəlb edən, «Köç yolu»ndan keçənlərdən soraq verən Aida xanım hələ ötən əsrin
70-ci illərində, sərhədlərin qapalı olduğu, imperiyanın at oynatdığ dövrdə
vətəndaş ziyalı, qüdrətli alim kimi öz sözünü deyərək, insanları, dövlətləri
Böyük Köç Yoluna İpək Yoluna səsləmişdi.
Hissin və düşüncənin, müdrikliyin və uzaqgörənliyin, vətən, torpaq sevgisinin və
ilahi eşqin işığında qələmə aldığı əsərlərlə o, bir növ Şərqin böyük qələm və
fikir sahiblərindən, Şərqdə mələklərin qanadında yerə endirilən, şərqli
Məhəmmədin ruhundan cücərən Qurani-Kərimdəki «Qələm surəsi»ndən danışmaqla «Böyük
Köç Yolunda» işıq paylayan babalanmızm qüdrətindən söhbət açırdı.
«Su axan yerdən bir də axar» hikmətinə tapınan Aida xanım Şərq düşüncəsi, Şərq
təfəkkürü və şərqli məhəbbəti ilə Azərbaycan elminin, mədəniyyətinin ləyaqətli
təmsilçisi olmuşdur.
«Gəlimli, gedimli, son ucu ölümlü dünya» da heç kos əbədi deyil. Əbədi olan amal
və əməldir. Aida xamm özünün amalı, əməli, fitri istedadı, akademik təfəkkürü,
sanballı əsərlərilə köçdü yaddaşlara!
Abel Məhərrəmov,
Akademik
Onun qədim Misir mənşəli adı – Aida sonradan C.
Verdinin eyni adlı operasında təsvir edilən məhəbbətə sədaqətli, eşqini hər cür
mənafelərdən yüksək tutan safürəkli, fədakar qadın obrazına çevrilmişdir.
Bəxtiyar Vahabzadə,
Xalq şairi
Böyük fəxrdir ki, Aida xanım xalqıımzın ilk
ərəbşünas qızı, alimi, elmlər doktoru idi. Şərq mədəniyyəti və ədəbiyyatının
dərin bilicisi, mahir tədqiqatçısı və qeyri-adi təbliğatçısıdı.
Teymur Bünyadov,
akademık
O, qısa və parlaq ömür yaşadı.
İnsafsızca gödək olan bu ömür payı ərzində həmin illərə
sığmayacaq qədər çoxlu və gərəkli işlər gördü.
Öz həyat yolu qısa olsa da, elmdə özündən sonra bitmədən davam
edəcək bir yol yaratmağa nail oldu.
***
Aida xanım mətni şərqli kimi duyma, avropalı kimi
araşdırmaq vərdişini də müasir Azərbaycan ərəbşünaslığında bərqərar edən, Avropa
oriyentalistikası modellərini şərqşünaslıq araşdırmalarımızda işlək ünsürə
çevirən başlıca simalardandır.
Rafael Hüseynov,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik
Şərq dəyərlərini Aida xanım yalnız
fililoq-mediyevist kimi təmsil etmirdi. Bütün xanımlıq məlahəti, qənirsiz
gözəlliyi ilə o, Şirinin, Leylinin özü idi. Hər halda ən azı Şərqşünaslıq
İnatitutunun “Şərq gözəli”, “Bakılı Liylisi” Aida xanım idi...
Yaşar Qarayev,
AMEA-nın müxbir üzvü
O, sözə vurğun olmuş, özü də bir
şeirkən
Elmi kimi gözəldir, Nəsir qızı Aida!
Təvazökar, zəhmətkeş, axtarışdan yorulmaz,
Ərəbşünas qızların dan ulduzu Aida !
Əkrəm Cəfər,
Dilçi, ədəbiyyatşünas, pedaqoq.
Aida İmanquliyeva öz genetik-fərdi xüsusiyytləri ilə
də Şərq və Qərbin vəhdətini simvolizə edirdi. Zahiri görkəmi ilə Şərqin
şeriyyətini, ülviyyətini təcəssüm etdirən Aida xanım öz elmə bağlılığı, rasional
düşüncəsi, təşkilatçılıq keyfiyyətləri ilə və ən başlıcası, sözün əsil mənasında
müasirliyi ilə çağdaş Qərb sivilizasiyasını təmsil edirdi. Gendən gələn Şərq
mahiyyəti ilə, müasir zamanın tələbatlarından gələn Qərb keyfiyyətlərinin
vəhdəti ona məhz vəhdətin özünü tədqiqat probleminə çevirmək səlahiyyəti
vermişdi.
Səlahəddin Xəlilov,
Fəlsəfə elmləri doktoru, professor
Mən Mehriban xanımı görəndə, sanki Aida
İmanquliyevanı görürəm... Aida xanım Azərbaycanın qadınlıq simvolu və əsl Şərq
gözəli idi.
Habil Əliyev,
Xalq artisti
Aida xanımın ailəsi bütün Azərbaycan ailələri üçün
nümunə idi. Bu gün onun ruhu şaddır, ona görə ki, gözəl əməllərini onun gözəl
qızları layiqincə davam etdirirlər. Aida xanım Azərbaycanımıza ölkəmizin adını
yüksəklərə qaldıran Mehriban xanım kimi övlad bəxş edib, mən Mehriban xanımı
Aida xanımın çox böyük əsəri kimi qiymətləndirirəm.
Ramiz Quliyev,
Xalq artisti
Onun elmi yaradıcılığının ana xəttini Qərb və Şərq
mədəni əlaqələrinin sintezinin təşkil etməsi, Şərqin neçə-neçə yazarlarının
əsərlərini dilimizə tərcümə etməsi, bir ictimai xadim, elm təşkilatçısı olaraq,
Şərşünaslıq İnstitutunun direktoru kimi fəaliyyət göstərərək münasibətlərin,
əlaqələrin qovşağı olması da sanki tale tərəfindən bu yaradıcı, məhsuldar insana
bəxş edilən bu həyat missiyasının – mənəvi körpü olmaq missiyasının ifadəsidir.
Afaq Əsədova,
fəlsəfə elmləri doktoru