E L E K T R O N M Ə L U M A T B A Z A S I


Görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabr ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.


1947

Bakıda 132 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur.

1957

Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir

1957-1961

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil almış və bu fakultəni fərqlənmə diplomu ilə bitirmişdir.

1962

S.M.Kirov adına Azərbayca Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin “Yaxın Şərq xalqları ədəbiyyatı tarixi” kafedrasında aspiranturaya qəbul olunmuşdur

1964

“Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi “Azərbaycan” jurnalında dərc olunmuşdur.

1966 Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir.

“Qələmlər birliyi və Mixail Nüaymə" adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizadi adına layiq görülmüşdür.

1966-1976

Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi vəzifəsində çalışmışdır.

1971-1973

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi olmuşdur.

1973-1992

Azərbayca Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı tarixindən dərs demiş, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir.

1974

Filologiya elmləri namizədi M. Qarayevlə birlikdə “İnsan və quş” adlı hekayələr məcmuəsini tərcümə edərək çap etdirmişdir.

1975 Bakıda “Cübran Xəlil Cübran: (həyat və yaradıcılığı)” adlı kitabı “Elm” nəşriyyatında çap olunmuşdur.

Moskvanın “Наука” (Elm) nəşriyyatında "Qələmlər birliyi və Mixail Nüaymə" adlı kitabı nəşr olunmuşdur.

1976-1988

Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda “Ərəb filologiyası” şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1979-1981

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin redaktoru vəzifəsində çalışmışdır.

1979

Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən rus dilinə tərcümə edərək Moskvada “Vostoçnı almanax” jurnalında çap etdirmişdir

1981

Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazılılar Birliyi) üzvlüyünə qəbul edilmişdir.

1983

Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur.

Moskva şəhərində görkəmli şərqşünas- alim, akademik İ.Y.
Kraçkovskinin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfransda çıxış etmişdir.
Bakı şəhərində keçirilən Şərqşünasların II Ümumittifaq konfransında «Ərəb-məhcər ədəbiyyatının əsas istiqamətləri» mövzusunda məruzə ilə çıxış etmişdir .
1987

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü seçilmişdir.

Almaniyanın Qall şəhərində dünya şərqşünaslarının II simpoziumunda geniş məruzə ilə çıxış etmişdir.
1988 Tbilisi şəhərində “Yeni ərəb ədəbiyyatının formalaşmasında ədəbi əlaqalərin rolu” adlı doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülmüşdür.
1988-1991

Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutda elmi işlər üzrə direktor müavini vəzifəsindəişləmişdir.

1989

Poltava şəhərində Mixail Nüaymənin 100 illiyinə həsr olunmuş elmi konfransda əsas məruzə ilə çıxış etmişdir.

1991

Mart ayında SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə
professor elmi rütbəsi verilmişdir.

1991-1992

Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor vəzifəsində çalışmışdır.

1992

May ayında Bakıda keçirilən Ümumittifaq şərqşünaslarının II konfransında məruzə ilə çıxış etmişdir.

Sentyabrın 19-da Bakıda vəfat etmişdir.
Fəxri Xiyabanda dəfn edilmişdir.
1999 Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 60 illik yubileyi keçirilmişdir.
Anadan olmasının 60 illiyi münasibətilə elmi sessiya keçirilmişdir.
2002 “Elm” nəşriyyatında Aida İmanquliyevanın «Cübran Xəlil Cübran» monoqrafiyası və "Qələmlər birliyi” və Mixail Nüaymə" ali məktəblər ücün dərs vəsaiti çapdan çıxmışdır.
Nərgiz Paşayevanın A.İmanquliyevaya həsr etdiyi “Dünya deyilən sənmişsən...” foto albomu işıq üzü görmüşdür.
2004 Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 65 illik yubileyi keçirilmişdir.
65 illik yubileyi münasibətilə Bakıda “Şərq-Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı beynəlxalq elmi konfrans təşkil olunmuşdur.
Oktyabr ayının 10-da 65 illiyinə həsr olunmuş, “Sinema-Lümyer-klub”un istehsalı olan “Ayın köl-gəsi” adlı sənədli filmin təqdimatı keçirilmişdir (rejissor Gülbəniz Əzimzadə, ssenari müəllifi Nərgiz Paşayeva, prodüser Tamerlan Şalbarov, operatorlar Elşən Əliyev və Əli Kərimov).
2006 Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim Aida İmanqluyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının təqdimatında Fondun prezidenti Mehriban Əliyeva çıxış etmişdir.
2007 “Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabı “Modern arap edebiyatının usta kalemleri” adı ilə İstanbulda türk dilində çapdan çıxmışdır.
2008 Oksford Universitetinin “İbn Arabi” Cəmiyyətində görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
2009 Anadan olmasının 70 illik yubileyi qeyd olun-muşdur
Bakıda şərqşünas alimin yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilmişdir.
9-11 oktyabr tarixində Bakıda professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş “ Şərq və Qərb: ortaq mənəvi dəyərlər elmi-mədəni əlaqələr”mövzusunda Beynəlxlaq İbnül-Ərəbi Simpoziumu keçirilmişdir.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun Aida xanım İmanquliyevanın 70 illik yubileyinə həsr etdiyi "Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə" kitabı çapdan çıxmışdır.
Gəncədə görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirə muzeyi yaradılmışdır.
2010 Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş “Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri” adlı müsabiqə keçirilmişdir.
2011 Professor Aida İmanquliyevanın "Seçilmiş məqalələr"i Ukrayna dilində işıq üzü görmüşdür.
2012 Aida İmanquliyevanın Belarus dilinə tərcümə edilmiş «Məqalələr, tərcümələr» kitabı Kişinyovda çapdan çıxmışdır.
2014 10-11 oktyabrda Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş "Şərq xalqları ədəbiyyatı: Ənənə və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilmişdir.
2015 Beynəlxalq Mətbuat Mərkəzində “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası” mövzuda konfrans və görkəmli şərqşünas alim Aida İmanquliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayiş olunmuşdur.
2016 132-134 nömrəli Təhsil Kompleksində “Unudulmaz məzun - Aida İmanquliyeva” (1947-1957)” adlı kitab nəşr edilmişdir.
2017 10 oktyabrda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarlarını ziyarət etmişdir.
2018 İctimai Televiziyada Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Vasif Məmmədzadənin quruluş verdiyi "Aida İmanquliyeva" sənədli-bədii televiziya filmi istehsal edilmişdir.
2019 Anadan olmasının 80 illik yubileyidir..
Azərbaycan Dillər Universiteti tərəfindən “Aida İmanquliyeva və Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” adlı məqalələr toplusu çap olunmuşdur.

80 illik yubileyi münasibətilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Azərbay­can şərqşünaslıq elminin əbədiyaşar siması. Aida İmanquliyeva – 80” adlı metodik tövsiyələr hazır­lanıb nəşr edilərək respublikanın bütün kitabxana­larına göndərilmişdir

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Aida İmanquliyeva. Biblioqrafiya” kitabını nəşr etmişdir

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Aida İmanquliyeva” Elektron Məlumat Bazası hazırlanıb İnternetdə yerləşdirilmişdir;

Anadan olmasının 80 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-in şəhər, qəsəbə, kənd kitabxana filialları üçün “Elmin parlaq ulduzu – Aida İmanquliyeva” adlı metodik vəsait tərtib etmişdir


<< Geri