E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Əhməd bəy Həsən bəy oğlu Ağayev 1869-cu ildə Azərbaycanın Şuşa, Yelizavetpol quberniyasında anadan olmuşdur.

1881

Şuşada altı siniflik real məktəbinə göndərilib

1888

Gimnaziyanı bitirərək, Peterburqa getmişdir

1889

Peterburqun havası Əhməd bəyə düşmədiyindən   Parisdə Sarbon Universitetinin tarix və filologiya şöbəsində təhsilimi davam etdirmiş, həmçinin, hüquq fakültəsinə də daxil olmuşdir.

1891

 "Nouvelle Revue”lə və "Revue Bleu” adlı Paris məcmuələrində Şərqə aid məqalələri dərc olunub, həmçinin, Qafqazda, Tiflis şəhərində nəşr olunan "Kavkaz” adlı rusca nəşr olunan qəzetdə şərhləri dərc olunmağa başlamışdır.

1892

Londonda keçirilən Şərqşünaslar Konqresində (Konqres des Orientalistes) iştirak etmiş və orada şiə məzhəbinin tədqiqinə, mənbəələrinə aid məruzə oxumuşdur (Les Crijiunes de la Religion Şiite). Bu əsər Kembric Universitetində nəşr edilib.

1893

Şiə məzhəbi və qaynaqları (London) məqaləsi nəşr olunub.

1894

Təhsilimi bitirərək, Tiflisə dönmüş, "Kavkaz” qəzetində məqalələr yazmağa davam etməklə bərabər, Tiflis gimnaziyasında fransız dilindən dərs demişdir.

1896

 Şuşa gimnaziyasına fransız dili müəllimi təyin olunub.

Şuşada ilk kitabxana, qiraətxana açmış, ilk teatr tamaşaları təşkil etmişdir.

1897

 Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspi" qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəlib. Həmçinin Ə.Hüseynzadə ilə birlikdə “Həyat” qəzetinə redaktorluq edib.

1901

İslamiyyətdə qadın əsəri Tiflisdə "Kavkazski vestnik" jurnalının 3-cü sayında rus dilində çap olunub.

1905

Çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub.

1905-ci il
19 dekabrda

"İrşad" qəzetini nəşr etdirib.

1907-1909

Rus dilində "Proqress" qəzetini nəşr etdirib.

1908

"Tərəqqi" qəzetinin baş redaktoru olmuşdur.

1909

Türkiyəyə köçmüş, İstanbulda maarif sahəsində müfəttiş vəsifəsində, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışıb.

1909 oktyabr

İstanbul darülfünunda (İstanbul Universiteti) Türk-monqol tarixindən və rus dilindən dərs deyib.

"Tərcümani-həqiqət” qəzeti baş redaktoru olub.

1910

Əhməd bəy ailəsini də İstanbula köçürmüşdür.

1911

İstanbul Universitetind' filologiya fakultəsinin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakultənin dekanı seçilmişdir.

Türk Yurdu cəmiyyətinin 6 qurucusundan biri oldu.

1911 sentyabr

Türk Yurdu cəmiyyətinin çap etdirməyə başladığı "Türk yurdu” jurnalının başlıca yaradıcılarından olub.

1912

İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olub.

1914

Osmanlı Məclisi Məbusanına Afyonkarahisar bölgəsindən deputat seçilib.

1915

İstanbulda Rusiyadakı Türk – Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edib.

Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir.

Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə Rusiya imperiyasında yaşayan türk xalqlarının dözülməz vəziyyəti ilə bağlı ABŞ prezidenti V.Vilsona təqdim olunan müraciəti imzalamışdır.

1918

Xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəlmişdir.

1918 dekabr

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yarandıqdan sonra Bitərəflər fraksiyasından Zəngəzur qəzasından parlamentin üzvü seçilmış və həm Osmanlı dövlətinin Məclis-i Məbusanında Karahisar-ı Sahib nümayəndəsi,  həm də AXC Parlamentində Zəngəzur nümayəndəsi olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.

1919 may - 1921 may

İstanbulda "türk jurnalisti və Türkiyə parlamentinin deputatı" kimi təqsirləndirərək ingilis işğal qüvvələri tərəfindən həbs edilmiş, "İttihad və Tərəqqi" partiyasının rəhbərləri ilə birlikdə  Malta adasına sürgün olunmuşdur.

1921

Türkiyədə Mustafa Atatürkün başçılıq etdiyi Ankara hökumətinin mətbuat baş müdiri kimi milli hökumətinin çap-təbliğat işinə rəhbərlik etmişdir.

"Hakimiyyəti-Milliyə" qəzetinin redaktoru olub.

1921 29 oktyabr

Ankaradakı Mətbuat İnformasiya İdarəsinə (Matbuat ve İstihbarat Umum Müdürlüğü) baş müdiri vəzifəsinə təyin edilib.

1922

Yoldaşları ilə birgə yaradıcılarından biri olduğu Türk Ocaqları cəmiyyətinin fəaliyyətinin bərpa olunmasına nail olmuşdur.

1923

Türkiyə Böyük Millət Məclisinə Qarsdan millət vəkili seçilmişdir.

1924

Türk Ocaqlarının müharibədən sonrakı ilk konqresində təşkilatın Mərkəzi Komitəsinə üzv seçilmişir.

Yeni Türkiyə konstitusiyasının hazırlanmasında və qəbulunda böyük rol oynayıb

1925-1930

Ankara Yüksək Hüquq məktəbində dərs deyib.

1925

Türk Təşkilat-i Əsasiyəsi, Ankara Universiteti Hüquq Fakültəsindəki mühazirələrindən qeydləri nəşr etdirmişdir.

1927

Türkiyə Böyük Millət Məclisinə ikinci dəfə Qarsdan millət vəkili seçilmişdir.

1925-1926, 1926-1927-ci dərs illərində verdiyi mühazirələr kitab şəklində toplanaraq ərəb əlifbası ilə nəşr edilmişdir.

İstanbulda "Üç Mədəniyyət" adlı əsəri çapdan çıxıb.

1928

1925-1926, 1926-1927-ci dərs illərində verdiyi mühazirələr kitab şəklində toplanaraq təkrar latın əlifbası ilə nəşr edilmişdir.

1929

"İngiltərə və Hindistan" (İstanbul) əsəri çap olunub.

1930

"Sərbəst insanlar ölkəsində" (İstanbul) əsəri çap olunub.

1931

"Hüquq tarixi" (İstanbul) əsəri çap olunub.

1933

Dövlət və fərd "Cümhuriyyət" qəzetində "Kadro" dərgisi və Kadro hərəkatı ilə bağlı çap olunmuş məqalələrinin toplusu çap olun.

1934

XVI əsrin əvvəllərindən 1896-cı ilə qədərki İran tarixi və İran tarixində Türklərin rolu mövzusundan bəhs edən "500 ilə 1900 arasında İran" (Ankara) əsəri çap olunub.

1939

"Mən nəyəm" kitabı çap olunub.

1939 19 may

İstanbulda vəfat edib.

1941

1500 ilə 1900 arasında İran sərlövhəli əsərə 1896-cı ildən sonrakı hadisələrin əlavə edilərək genişləndirilmiş forması olan  "İran və inqilabı" (Ankara)  əsəri çap olunub.

"Könülsüz olmaz" (Ankara)    əsəri çap olunub.

1942

"İxtilalmı, inqilabmı" (Ankara)    əsəri çap olunub.

1969

"Sərbəst Firqə xatirələri" ( İstanbul)    əsəri çap olunub.

   

2019

Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalamışdır.

Bəs bizim ziyalılarımız haradadır? (Bakı)     əsəri çap olunub.
Xatirələr [Mətn]: Mühacirət ədəbiyyat xəzinəsindən (Bakı)     əsəri çap olunub.
Əhməd bəy Ağaoğlunun 150 illiyinə ithaf olunmuş Qafqazda milli məsələ [Mətn]: məqalələr və sənədlər toplusu (Bakı)     əsəri çap olunub.
Mən kiməm? [Mətn]
Şuşa, Peterburq və Paris xatirələri [Mətn]: (Atatürkə iki məktub): [Əhməd bəy Ağaoğlunun doğumunun 150-ci ildönümünə ithaf]  [Bakı]     əsəri çap olunub.


<< Geri