AMEA Rəyasət
Heyətinin binası - İSMAİLİYYƏ
İsmailiyyə binasını Bakı
milyonçusu Musa Nağıyev dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.
Venesiya qotikası üslubunda inşa etdirilmiş sarayın memarı polyak İ.K.Ploşkodur.
Azərbaycanın müstəqillik ideyaları ilk dəfə məhz bu binada səslənib. 1918-ci
ilin mart hadisələrində isə bina ermənilər tərəfindən yandırılıb.
-
AMEA Əsas binası (XX əsrin 60-cı illəri)
Azərbaycan Milli Elmlər
Akademiyası və onun elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin
60-cı illərində memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmişdir. Binalar
klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirib.
-
AMEA Əlyazmalar İnstitutu - Tağıyevin Qızlar Məktəbi
Tağıyevin qızlar məktəbi binasının layihəsi 1892-1904-cu illərdə Bakının
baş memarı olmuş İ.V.Qoslavskının əməyinin məhsuludur. Bina qotik üslubda
tikilib. O zaman belə bir məktəb nəinki Bakıda və Rusiyada, hətta bütün İslam
aləmində yox idi. Bina 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə
verilib.
1918-1920-ci illərdə isə bu binada Azərbaycan Demokratik Cümhuriyyətinin
Parlamenti yerləşib.