E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

AMEA HAQQINDA FİKİRLƏR

"Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixin də böyük səhifədir. Çox əsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir".

 

Heydər Əliyev, 

Azərbaycan xalqının Ümummilli lideri


"Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.

 

İlham Əliyev,

 Azərbaycan Respublikasının prezidenti


Azərbaycan elminin akademik korpusunun qurulması, elmi məktəblərin meydana çıxması, yeni elmi nəsillərin cəmiyyətin aparıcı qüvvələrinə çevrilməsi Azərbaycan Elmlər Akademiyasının xalqımız və ölkəmiz qarşısındakı mühüm xidmətləridir. Ölkəmizin sosial-iqtisadi inkişafında, cəmiyyət həyatının müxtəlif sahələrinin yenidən qurulmasında və inkişafında Azərbaycan Elmlər Akademiyasında hazırlanmış elm tutumlu proqramların, irəli sürülmüş təşəbbüslərin və ideyaların özünəməxsus yeri və rolu olmuşdur. Eyni zamanda, Azərbaycan elminin xarici əlaqələrinin təşkili və ölkə elminin görkəmli simalarının dünyada tanıdılması və mühüm elmi nailiyyətlərimizin beynəlxalq səviyyədə təqdim olunması da Azərbaycan Elmlər Akademiyasının xidmətləri sırasında mühüm yer tutur.

İsa Həbibbəyli,

AMEA- nın prezidenti


Azərbaycan alimləri respublikanın elmi ictimaiyyətinin tarixində həmişə hörmətlə xatırlanıb, Azərbaycan Elmlər Akademiyasının təsisçilərinə, şübhəsiz uğurlu və əvəzolunmaz fəaliyyətlərinə görə böyük qiymət verilib. Bu 80 illik şanlı yubiley Elmlər Akademiyasının möhtəşəm parlaq üfüqüdür. Biz ziyalılar, onillər öncə olduğu kimi, bu gün də adları hörmətlə çəkilən görkəmli zəka sahibləri ilə birlikdə yaşamaq və çalışmaq imkanına görə taleyimizə sonsuz minnətdarıq. Azərbaycan elminin təntənəsi onun yaranmasının 80 illik yubileyində milli mənəviyyatımızın beşiyi başında duran alimlərin əziz xatirəsi önündə baş əymək və onların layiqli işlərini bir daha yada salmaq mənəvi borcumuz və zamanın tələbidir.
 

Akif Əlizadə,

Akademik


AMEA xalqımızın intellektual potensialının formalaşmasında mühüm rol oynamışdır.

Elçin Babayev,

BDU-nun rektoru


Respublikada elm siyasətini uğurla həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyası xalqın milli və mənəvi dəyərlərinin qorunması, milli inkişafdan davamlı inkişafa doğru uzun yol qət edərək, ömrünün 80 illik müdrik çağına yetişmişdir. Bu yollar her zaman hamar olmasa da yolun sonu, bizi müstəqil və qalib Azərbaycan Respublikasının Cənubi Qafqaz regionunda yaratdığı sülh ve əməkdaşlıq reallığına çatdırmışdır.

Aqil Əhmədov 
Tarix üzrə fəlsəfə doktoru, dosent


AMEA da aparılan islahatlar təkcə akademiyanın deyil, bütövlükdə Azərbaycan elminin gələcək inkişafma yönəlmişdir. Təkcə bu gün əldə olunan nailiyyətlərlə kifayətlənmək yox, eyni zamanda həm keçmişə, həm də gələcəyə baxmaq, bütün dövrləri təhlil etmək lazımdır. Hər kəsə məlumdur ki, AMEA-nın 80 illik yubileyi yaxınlaşır. Tarixi nöqteyi-nəzərdən 80 rəqəmi o qədər də böyük deyil. Lakin mən hesab edirəm ki, bu illər ərzində Azərbaycan elmində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Həmin nailiyyətlərin qazanılmasında təkcə AMEA və onun elmi müəssisələrinin deyil, həm də respublikanın bütün elmi tədqiqat qurumları, ali təhsil ocaqları və əlbəttə ki, elmlə məşğul olan hər kəsin payı vardır.
 

Arif Həşimov,

Akademik


Azərbaycanın ən böyük elm məbədi sayılan AMEA-nın 80 illik yubileyi mühüm elmi və mədəni hadisə kimi ölkəmizdə qeyd ediləcək. Əlbəttə ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi AMEA-nın nəzdində fəaliyyət göstərən bir qurum kimi bu möhtəşəm yubileyə xüsusi diqqətlə yanaşacaq.Xatırladım ki, 2008-ci ildə çap olunmuş ensiklopediyanın “Azərbaycan” adlı xüsusi cildində AMEA-nın yaranma tarixi, inkişaf mərhələləri, elmi nailiyyətləri, həmçinin bu sahədə fəaliyyət göstərən görkəmli alimlərin yaradıcılığı əks etdirilmişdir. Həmin nəşrdə “Elm. Texnika. Təhsil” bölməsi çərçivəsində “Təbiət və texnika elmləri” və “Humanitar elmlər və biliklər” mövzuları altında təqdim edilən məqalələrdə ölkəmizdə elmin müxtəlif sahələrinin formalaşması və inkişafı geniş şəkildə işıqlandırılmışdır. Həmçinin AMEA-nın strukturunda yer alan elmi-tədqiqat institutlarının fəaliyyəti və onların töhfələri haqqında dolğun məlumatlar verilmişdir. Düşünürəm ki, həmin materiallardan istifadə etməklə, eyni zamanda, yubileyin əhəmiyyətini əks etdirən önəmli məlumatlar daxil olunmaqla xüsusi yubiley buraxılışını hazırlayacağıq. Güman edirəm ki, bu nəşr, həm AMEA-nın tarixi nailiyyətlərini, həm də onun Azərbaycan elminə və cəmiyyətinə verdiyi töhfələri əks etdirərək yubileyin əhəmiyyətini daha da artıra bilər.
 

Tofiq Nağıyev,

Akademik
 


<< Geri