2022-ci il iyunun 6-da Türkiyənin paytaxtı Ankara şəhərində
poeziya dünyamızın nadir simalarından biri, vətənpərvər şair və
ictimai xadim, Dövlət Himnimizin sözlərinin müəllifi Əhməd
Cavadın adına küçənin açılışı olub. Küçəyə Əhməd Cavadın adının
verilməsi istedadlı şairimizin anadan olmasının 130 illiyi ilə
bağlı Türkiyədə keçirilən tədbirlər çərçivəsində xalqımızın
böyük oğlunun adının əbədiləşdirilməsi məqsədilə həyata
keçirilib.