1945 |
-
Bakıda 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb)
daxil olmuşdur. |
1952 |
-
Şuşada ilk əsərlərini - «İki dəniz» hekayəsini və Amerika
həyatından bəhs edən pyesini yazmışdır. |
1955 |
-
Məktəbi gümüş medalla
bitirmişdir. |
-
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olmuşdur. |
1960 |
- "Azərbaycan" jurnalının dekabr nömrəsində "Keçən
ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələri
çap olunmuşdur. |
- Universiteti bitirmişdir. |
1960-1961 |
-
Nizami adına Ədəbiyyat muzeyində kiçik elmi işçi
vəzzifəsində çalışmışdır. |
1961-1962 |
-
Dövlət Radio və Televiziya Komitəsində redaktor kimi
fəaliyyət göstəmişdir. |
-
Radioda çalışdığı vaxtda «Axşam görüşləri», «Tərcümə saatı»,
«Səslər muzeyi» kimi daimi verlişlərin əsasını qoymuşdur. |
1962 |
-
Ailə həyatı qurmuşdur. |
1962-1964 |
- Moskvada Ali Ssenari kurslarında təhsilini davam etdirmiş,
ssenarist diplomu almışdır. |
1963 |
- «Bayram həsrətində» adlı ilk kitabı Bakıda nəşr edilib. |
1964 |
- Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar,
Jurnalistlər və Teatr xadimləri ittifaqlarının üzv qəbul
olunub. |
1964-1967 |
-
Dövlət Radio və Televiziya komitəsində Uşaq şöbəsinin, daha
sonra İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. |
1968 |
-
"Qobustan” incəsənət toplusunu yaratmış. |
1970-1972 |
- Bakıda
və Moskvada Rejissor emalatxanasında oxuyaraq kino rejissoru
diplomu almışdır. |
1987 |
-
Azərbaycan SSR Ali sovetinin deputatı seçilmişdir. |
1989-1991 |
-
SSRİ Xalq deputatı və SSRİ Ali Sovetinin üzvü olmuşdur. |
1991 |
- Yazıçıların
IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin
sədri seçilmişdir. |
Azərbaycan
Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar
aparmışdır |
1993 |
- Yeddi ay ( fevral-may, sentyabr-dekabr), iki semestr
İstanbulda Memar Sinan Universitetində Azərbaycan
ədəbiyyatından dərs demişdir. |
- İki qitənin ictimai xadimlərini bir araya gətirən Dialoq
Avrasiya platformunun ilk Başqanı seçilmiş, sonra bu
təşkilatın Fəxri Başqanı olmuşdur. |
1995-2000 |
-Azərbaycan Republikası Milli Məclisinin deputatı
seçilmişdir |
-Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü
olmuşdur. |
1997 |
-Yazıçıların
X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar
Birliyinin sədri seçilmişdir. |
1998 |
-Ulu
öndər Heydər Əliyev tərəfindən 60 yaşı olması münasibətilə
Azərbaycanın ən yüksək mükafatı olan İstiqlal ordeni ilə
təltif olunmuşdur.. |
Azərbaycan
Respublikasının Xalq yazıçısı adı verilmişdir |
2002 |
-
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
olmuşdur |
2011 |
-
Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə
görə bu "Heydər Əliyev" mükafatına layiq görülmüşdür |
2012 |
- Türk dünyasında ilin ədəbiyyat adamı
seçilmişdir. |
2013 |
- "Şərəf" ordeni ilə təltif edilmişdir |
2014 |
-
Yazıçıların XII Qurultayında yekdilliklə yenidən Azərbaycan
Yazıçılar Birliyinin sədri seçilmişdir. |
-
Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası
Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində
Danışan Ölkələrin Yazarlar Birliyinin ilk
sədri
seçilib. |
- MDB
ölkələri Parlament Assambleyası Anarı Çingiz Aytmatov
mükafatına layiq görmüşdür.
|
2018 |
- “Üzeyir Hacıbəyli” medalı ilə təltif olunub
|
2019 |
- Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir
qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva ilə görüşü olmuşdur
|
2021 |
- "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı
ilə təltif olunmuşdur
|
2022 |
-
Yazıçıların XIII
Qurultayında yekdilliklə yenidən Azərbaycan
Yazıçılar Birliyinin sədri seçilmişdir
|
2023 |
-
Martın 29-da Özbəkistan Respublikasının Prezidenti cənab
Şavkat Mirziyoyevin sərəncamı ilə Azərbaycan Yazıçılar
Birliyinin sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri
prezidenti, Xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim
olunub.
|