1920-ci il
yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər
Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında
qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi
tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin
28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini
qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan
Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu
ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib
edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Hacıbəyli Üzeyir Əbdülhüseyn oğlu. Azərbaycan
Dövlət himni (notlar)
Əhməd Cavad
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın
şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan
tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can
qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir
qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min
bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını
yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!