Erməni
silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və
silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və
fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci
il tarixdə saat 16 radələrində Ağcabədi şəhərinə 3 raket atmışdır.
Atılmış raketlərdən biri partlamamış, biri həyətyanı sahəyə düşərək yaşayış
evində dağıntılara səbəb olmuş, digəri isə yaşayış evinə düşmüşdür.
Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü
İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan
Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni
zamanda evə külli miqdarda ziyan dəymişdir.
İşğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi
rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin
yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan
atəşə tutması nəticəsində 04.10.2020-ci il tarixdə
saat 15 radələrində yeməkxanada olan zaman oraya top
mərmilərinin düşməsi nəticəsində Taynaq kand sakini
2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu
dağıntılar altında qalaraq həlak olmuş, çoxsaylı
mülki infrastruktur obyektlərə külli miqdarda ziyan
dəymişdir.