Oktyabrın 28-də
saat 13:00 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə
şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin
yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından
istifadə edilməklə zərbələr endirilib. Nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın
insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız
vəziyyətə düşüb.