E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR

 AZƏRBAYCAN ORDUSU

HAQQINDA


Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!

***

Qəhrəman ordumuz Azərbaycan Respublikasının müstəqilliyinin təminatçısı olmuşdur və
gələcəkdə də olacaqdır.

***

Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!

***

Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin,
dövlətimizin dayağıdır.

 

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının Ümummilli lideri

 


Ordumuzun gücü Azərbaycan xalqının ona olan inamında və dəstəyindədir. Hər bir Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir.

***

Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır.

***

Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır.

 

İLHAM ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 


Bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və vətənə hədsiz sevgisidir.

***

Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir.

 

MEHRİBAN ƏLİYEVA,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 


Azərbaycan Ordusu həm NATO standartlarına, həm də öz təlimatlarımıza, daxili qanunlarımıza uyğun təşkil olunmuş bir ordudur.

 

MUSA QULİYEV,

Millət vəkili

 


Azərbaycan Ordusu hər zaman suverenliyimizin müstəqilliyimizin keşiyində durub. Biz bununla hər zaman fəxr edə bilərik.

 

AYDIN MİRZƏZADƏ,

Millət vəkili

 


Şəxsi heyəti milli-mənəvi dəyərlərlə silahlanan ordu ən güclü ordudur. Mən deyərdim ki, hər bir ziyalının ordusunun yanında olması onun vətəndaşlıq mövqeyidir, vəzifə borcudur, şərəfli missiyasıdır.

 

MÖHSÜN NAĞISOYLU,

Dilçi alim, Filologiya elmləri doktoru, Professor


 

 

<< Geri