E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

    

TƏRTƏR TERRORU

15.10.2020

 


15 oktyabr saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur, oğlu 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu və Əmirov İsgəndər Yelmar oğlu həlak olmuş, Məmmədov Fizuli Əli oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.
 


<< Geri