AVROPA ŞURASININ "MİLLİ AZLIQLARIN MÜDAFİƏSİ HAQQINDA" ÇƏRÇİVƏ KONVENSİYASINA UYĞUN OLARAQ AZƏRBAYCAN RESPUBLİKASININ QƏBUL ETDİYİ ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏSİ İLƏ BAĞLI İLKİN HESABATININ HAZIRLANMASI VƏ TƏQDİM EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına Azərbaycan Respublikasının qoşulmasını nəzərə alaraq və həmin Konvensiyanın müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilkin hesabatın hazırlanmasını və Azərbaycan Respublikası Hökuməti adından Avropa Şurasının Baş katibinə təqdim olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilkin hesabatının hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İşçi qrupunun üzvləri:

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 Baxış Zeynalov – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini 

İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini

 Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

 Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 Ağadadaş Məmmədov - Dövlət Statistika Komitəsi sədrinin müavini 

Müzəffər Maşayev - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının milli siyasət şöbəsinin böyük məsləhətçisi

 Səməd Bayramzadə - Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri

 2. İşçi qrupuna tapşırılsın ki, üç ay müddətində bu Sərəncamın 1-ci bəndində göstərilən ilkin hesabatın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən ilkin hesabatın hazırlanıb baxıldıqdan sonra həmin Çərçivə Konvensiyasında nəzərdə tutulmuş qaydada Avropa Şurasının Baş Katibinə göndərilməsini təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 3 noyabr 2001-ci il 
№ 823


<< Geri