2016-cı il Fevral ayının 9-da Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasi
ilə birgə mədəniyyət və turizm müəssisələri üçün
multikulturalizm ilinin açılışı münasibətilə
“Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı geniş
kitab sərgisinin təqdimatını keçirmişdir.
Mədəniyyət müəssisələrinin və aparıcı kitabxanaların
nümayəndələrinin iştirakı ilə Milli Kitabxanada keçirilən
tədbiri kitabxananın direktoru prof. Kərim Tahirov açaraq
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
Sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan
edilməsinin əhəmiyyətindən, Azərbaycanda multikulturalizmin
səviyyəsindən, multikulturalizmin respublikamızda artıq
alternativi olmayan həyat tərzinə çevrilməsindən, illərdir
ölkəmizin çoxsaylı milli azlıqlar üçün doğma vətənləri
olduğundan danışmışdır. Sərgi haqqında ətraflı məlumat verən
K.Tahirov sərginin ilin sonunna kimi guşə kimi fəaliyyət
göstərəcəyini, daim yeni ədəbiyyatla zənginləşəcəyini
bildirmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və
nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Aslan Cəfərov
Nazirliyin multikulturalizmlə bağlı keçirdiyi tədbirlərdən
danışmışdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika
şöbəsinin müdiri Nəriman Qasımzadə çıxış edərək
Multikulturalizm Mərkəzinin yaradılmasının müasir dövrdə
respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq
prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi
olduğunu söyləmişdir. O, qeyd etmişdir ki, Prezident İlham
Əliyevin “Multikulturalizmin dünyada alternativi yoxdur.
Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq” sitatına
əsaslanan Mərkəz fəaliyyətini bu istiqamətdə qurur və
silsilə tədbirlər keçirir, müxtəlif dillərdə kitab çapı ilə
məşğul olur. O kitablardan çoxu artıq bu sərgidə öz əksini
tapmışdır.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı sərgi ilə tanış
oldular. 25 dildə çap olunmuş ədəbiyyatdan ibarət sərgi
tədbir iştirakçılarının böyk marağına səbəb oldu.
http://www.anl.az/new/az/news-view/198
|