2016-cı il Mart ayının 15-də Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana və Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti ilə birgə multikulturalizm ili ilə əlaqədar olaraq bölgələrdən toplanmış “Qurani-Kərim” kitablarından ibarət  “Qədim tarixi Quran kitabları” adlı sərginin açılış mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru  prof. Kərim Tahirov açaraq qonaqları salamladı. Multikulturalizm ili ilə əlaqədar  Milli Kitabxanada artıq ikinci tədbirin keçirildiyini vurğuladı və kitabxanada “Multikulturalizm Azərbaycanın həyat tərzidir”  adlı guşənin fəaliyyət göstərdiyini bildirdi.

Quranın İslam dininin müqəddəs və ən əsas kitabı olduğunu vurğulayan K.Tahirov 70 il zaman kəsiyində insanların dindən uzaqlaşmadığını, hər zaman ALLAHA sitayiş etdiklərini, inanc yeri kimi Qurana  and içib sığındıqlarını bildirmişdir. Quran kəliməsinin mənasının oxumaq, qiraət etmək demək olduğunu, Quranın insanları sülhə, ədalətə, mehribanlığa, dostluğa, elmə dəvət edən səmavi kitab olduğunu söyləmişdir.

Çıxışçılar: Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, “İbrət” ictimai-dini redaksiyanın sədri Hacı Atif İsmayılov, Heydər məscidinin  Axundu, Bakı İslam Universitetinin rektoru  Hacı  Sabir Həsənli, Məşədi  Dadaş  məscidinin Axundu  Hacı  Şahin  Həsənli və b. öz çıxışlarında  Respublika Qadınlar Cəmiyyətinin “İbrət” ictimai-dini redaksiya ilə birlikdə araşdırmalar aparmasından, Azərbaycanın bölgələrində qorunan qədim tarixə malik  “Qurani- Kərim” kitablarının toplanmasından, Quranın bütün müsəlman əhli üçün vacibliyindən irəli gələrək bu  kitabların araşdırılması və qorunması haqqında apardıqları müzakirələrdən, sərginin vacibliyindən, əhəmiyyətindən və s. danışdılar.

Tədbir iştirakçılarının böyük marağına səbəb olan sərgi 3 gün davam etmişdir. 

 

http://www.anl.az/new/az/news-view/212



<< Geri