Aprel ayının 15-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Kitabxanası birgə Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimini keçirmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdiyini xatırladaraq Azərbaycanın multikulturalizmin beşiyi olduğunu qeyd edib, Milli Kitabxanada bu istiqamətdə növbəti tədbirin keçirdiyini söylədi. O, uzun illərdir ölkəmizdə tolerant həyat tərzi mövcudluğundan, hər zaman azsaylı xalqlara, onların milli mənəvi dəyərlərinə, adətlərinə hörmətlə yanaşıldığından danışdı.
Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev respublikamızın müxtəlif azsaylı xalqların yaşadığı tolerant və multikultural məkan kimi tanındığını, bu sahədəki uğurların dünyada yüksək qiymətləndirildiyini, Azərbaycanın tarixən fərqli mədəniyyətlərin qovuşduğu, çoxsaylı xalqların dinc yanaşı yaşadıqları ölkə kimi multikulturalizm sahəsində böyük təcrübə əldə etdiyini söylədi və son illər ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsini Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə əlaqələndirdi.
Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla (kitabın elmi redaktoru) kitab haqqında danışarkən “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitab olduğunu, bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” yaxın gələcəkdə işıq üzü görəcəyini, oxucuya təqdim olunan bu kitabda klassik şair və yazıçılarımzı tamam yeni bir rakusda görəcəklərini söylədi, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlərin əsrlər boyu əcdadlarımızın canında, qanında yaşadığını qeyd etdi.
Çıxışçılar: Ardahan Universitetinin rektoru Ramazan Korkmaz, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli (kitabın rəyçisi), AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu (kitabın tərtibçisi), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə (kitabın rəyçisi), AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov bu kitabda Azərbaycan ədəbiyyatının 1920-ci ilə kimi yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlərin toplandığını, ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, gözəllərə sonsuz ehtiramın təsvirinin, tərənnümünün faktlarla öz təsdiqini tapdığını söylədilər.
Tədbir iştirakçıları “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı geniş kitab sərgisi ilə tanış oldular.
http://www.anl.az/new/az/news-view/224
|