Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi ilə bağlı şəhərin Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsində ölkəmizin Serbiyadakı səfirliyinin və şəhər meriyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.Tədbir Belqrad şəhər merinin müavini xanım İrena Vuyoviçin və səfir Eldar Həsənovun Bəxtiyar Vahabzadə küçəsi yazılmış lövhənin üzərindən örtüyü götürmələri ilə başlanıb.Tədbir çərçivəsində Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə Bəxtiyar Vahabzadənin serb dilinə tərcümə edilmiş şerini səsləndirib.