1897 |
İyun ayının 22-də Şuşa şəhərinin yaxınığında yerləşən
Xanbağı kəndində anadan olmuşdur. |
1907 |
Şuşa mollaxanasında təhsil almağa başlamışdır. |
1909 |
Gəncə şəhərinə köçmüş, xalq xanəndəsi kimi Zaqafqaziyanın
bir çox şəhər və kəndlərində çıxış etmişdir. |
1911 |
Çıxış üçün Tiflis şəhərində ictimai yığıncaqar keçirilən yay
binasına dəvət edilmişdir.
|
1917-1920 |
Gəncə şəhərində musiqi tədrisinin əsasını qoymuşdur. |
Gəncə şəhəri İncəsənət İşçiləri İttifaqının sədri
seçilmişdir. |
Azərbaycan incəsənət işçilərinin I qurultayının nümayəndəsi
olmuşdur. |
1920 |
Bakıya köçmüş, Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının (o zamanar Birləşmiş Dövlət Teatrı opera truppası)
solisti olmuşdur. |
1921 |
Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. |
1927 |
Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. |
Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın
Milan şəhərinə getmişdir. |
1931 |
İtaliyada nəşr olunan “Arte Nostra” jurnalında “Azərbaycanlı
Bülbül” adlı məqalə çap edilmişdir. |
Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delli Ponti və
Rafaello Qraninin sinfini) bitirib Azərbaycana geri
dönmüşdür. |
Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə
başlamışdır. |
1932 |
Onun təşəbbüsü ilə Azərbaycan Konservatoriyası nəzdində
Zaqafqaziyada ilk xalq musiqisini öyrənən Elmi-Tədqiqat
Musiqi Kabineti yaradılmışdır.
|
1933 |
I Ümumittifaq Moskva müsabiqəsində iştirak etmiş,
müsabiqənin laureatı adını alan ilk azərbaycanlı olmuşdur. |
1934 |
R.Qlierin “Şahsənəm” operasında Aşıq Qəribin partiyasında
çıxış etmişdir. |
1935 |
İyun ayının 4-də Azərbaycan SSR-in “Əməkdar artist” fəxri
adına layiq görülmüşdür. |
1936 |
Yanvar ayının 27-də SSRİ İcraiyyə Komitəsinin qərarı ilə
“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. |
1937 |
Aprel ayının 30-da Üzeyir Hacıbəyovun “Koroğlu” operasının
ilk tamaşasında Koroğlu partiyasını ifa etmişdir. |
Vokal təhsili məsələlərinə həsr olunmuş Ümumittifaq
müşavirəsində iştirak etmişdir. |
Azərbaycan SSR Ali Soveti deputatlığına namizəd
göstərilmişdir. |
1938 |
Aprel ayının 17-də SSRİ Baş Soveti Prezidiumunun fərmanı ilə
incəsənət xadimləri arasında ilk dəfə “SSRİ Xalq artisti”
fəxri adına layiq görülmüşdür. |
Moskvada Azərbaycan incəsənəti dekadasında Üzeyir
Hacıbəyovun “Koroğlu” operasında və “Arşın mal alan”
operettasında müvəffəqiyyətlə çıxış etmişdir. |
SSRİ Baş Soveti Prezidiumunun Fərmanı ilə “Şərəf Nişanı”
ordeni ilə təltif edilmişdir. |
Tərtib etdiyi ikicildlik “Azərbaycan xalq mahnıları” kitabı
çapdan çıxmışdır. |
Ümumittifaq vokalçılar müsabiqəsində münsiflər heyətində
iştirak etmişdir. |
Martın 12-də keçirilmiş Azərbaycan Aşıqlarının II
qurultayında məruzə ilə çıxış etmişdir. |
1938-1946 |
SSRİ XKS Ümumittifaq Ali Məktəblər Komitəsinin Ali
Attestasiya Komissiyasının qərarı ilə Nəğmə kafedrası
professoru elmi rütbəsini almışdır. |
1940 |
I çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. |
1941 |
Bülbülün təşəbbüsü ilə Bakıda vokal kadrları hazırlamaq
məsələsinə həsr olunmuş Ümumittifaq müşavirəsi keçirilmişdir. |
1941-1945 |
Böyük Vətən müharibəsi illərində Zaqafqaziya və Bryansk
cəbhələrində, hərbi xəstəxanalarda, neftçilər qarşısında,
bütün gəliri ölkənin müdafiə fonduna verilən konsertlərdə
çıxış etmişdir. |
Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin Qızıl Ordunun zirehli tank qüvvəərinə və cəbhəçi ailələrinə
göstərdiyi qayğıya görə iki təşəkkür teleqramını almışdır. |
1943 |
Niyazinin “Xosrov və Şirin” operasında Fərhadın partiyasını
ifa etmişdir. |
1944 |
May ayının 1-də SSRİ Ali Sovetinin fərmanı ilə “Qafqazın
müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. |
1945 |
İyun ayının 6-da SSRİ Ali Sovetinin fərmanı ilə
“1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində şərəfli
əməyə görə” medalı ilə təltif edilmişdir. |
Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operasında Aslanın
partiyasını ifa etmişdir. |
1946 |
Fevral ayının 25-də SSRİ Ali Sovetinin fərmanı ilə “Lenin”
ordeni ilə təltif edilmişdir. |
1947-1950 |
II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. |
1948 |
Ə.Bədəlbəylinin “Nizami” operasında Nizaminin partiyasını
ifa etmişdir. |
1949 |
SSRİ Ali Sovetinin fərmanı ilə “Moskvanın 800 illik yubileyi
şərəfinə” və “Yuri Dolqoruki Moskvanın banisidir” medalları
ilə təltif edilmişdir. |
1950 |
Ədəbiyyat və incəsənət sahəsindəki xidmətərinə görə Stalin
mükafatına layiq görülmüşdür. |
1951-1954 |
III çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
|
1952 |
Əməkdar rəssam Odtekin Ağababayev kətan üzərində yağlı boya
ilə (75x60 sm) Bülbülün portretini yaratmışdır. |
1955-1959 |
IV çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. |
1957 |
400-cü dəfə Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Koroğlu
rolunda çıxış etmişdir. |
Anadan olmasının 60 illiyi, səhnə fəaliyyətinin 40 illiyi
dövlət səviyyəsində qeyd edilmişdir.
|
Anadan olmasının 60 illiyi, səhnə fəaliyyətinin 40 illiyi
münasibətilə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı ilə təltif
edilmişdir. |
Moskvada keçirilən Gənclərin və tələbələrin VI Ümumdünya
festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsində
münsifər heyətinin sədri olmuşdur. |
25 oktyabrda Moskvada keçirilən Gəncərin və tələbələrin VI
Ümumdünya festivalında yaxından iştirakına görə Azərbaycan
SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir. |
Moskvada keçirilən Gənclərin və tələbəərin VI Ümumdünya
festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsində
münsifər heyətinin sədri kimi işini müvəffəqiyyətə başa
vurduğuna görə ÜLKGİ-nin Fəxri Fərmanı ilə təltif edilmişdir.
|
1958 |
Yanvar ayının 25-də SSRİ Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif
olunmuşdur. |
SSRİ-İtaliya Dostluq Cəmiyyətinin üzvü seçilmişdir. |
SSRİ və İtaliya arasında dostluq əlaqələrinin inkişafına
görə “Haribaldi Ulduzu” ordeni ilə təltif edilmişdir. |
M.M.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının
50 illiyi münasibətilə Azərbaycan SSR Ali Sovetinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. |
1959 |
SSRİ Böyük Teatrının səhnəsində Azərbaycan incəsənəti
dekadası münasibətilə göstərilmiş “Koroğlu” operasında
sonuncu dəfə çıxış etmişdir. |
İyun ayının 9-da Azərbaycan incəsənəti və ədəbiyyatının
inkişaf etdirilməsindəki xidmətlərinə görə və Moskva
şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünüyü ilə
əlaqədar SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ikinci
dəfə “Lenin ordeni” ilə təltif olunmuşdur. |
1959-1961 |
1961-ci ilə qədər V çağırış Azərbaycan SSR Ali Sovetinin
deputatı olmuşdur. |
1961 |
Aprel ayının 27-28-də keçirilmiş Azərbaycan Aşıqlarının III
qurultayında məruzə ilə çıxış etmişdir. |
Sentyabr ayının 26-da Bakıda, qəflətən vəfat etmiş, I Fəxri
Xiyabanda dəfn edilmişdir. |
Orta İxtisas Musiqi Məktəbinə adı verilmişdir. |
1967 |
Həyat yoldaşı A.Məmmədovanın qələmə aldığı “Bülbül” kitabı
çapdan çıxmışdır. |
Anadan olmasının 70 illiyi Moskvada qeyd edilmişdir. |
Ə.İsazadənin “SSRİ Xalq artisti Bülbülün həyat və
yaradıcılığı” adlı monoqrafiyası çapdan çıxmışdır. |
1968 |
C.Cabbarlı adına “Azərbaycanfilm” kino-studiyasında “Bülbül”
sənədli filmi çəkilmişdir.2 film dəqiqləşdir |
Xəzərdə üzən gəmilərdən birinə adı verilmişdir. |
1969 |
I Fəxri Xiyabanda qəbirüstü abidəsinin açıışı olmuşdur. |
1971 |
Sumqayıt Şəhər 2 saylı musiqi məktəbinə Bülbülün adı
verilmişdir.
|
1976 |
Bakıda Memorial Ev-Muzeyinin yaranması haqqında sərəncam
imzalanmışdır. |
1982 |
İyun ayının 10-da Bakıda Azərbaycan KP MK-nın, Respublika
Nazirlər Sovetinin qərarı ilə memorial ev-muzeyinin açılışı
olmuşdur. |
1983 |
“İşıq” nəşriyyatında “BülBül” fotoalbomu çapdan çıxmışdır. |
İyul ayının 29-da Şuşada memorial ev-muzeyinin təmirdən
sonra açılışı olmuşdur. |
1986 |
Anadan olmasının 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan KP Mərkəzi Komitəsi qərar vermişdir. |
1987 |
90 illiyi münasibətilə SSRİ Rabitə Nazirliyi Bülbülün şəkli
olan poçt zərfi buraxmışdır.
|
1992 |
Dekabr ayının 4-da Bakı şəhərinin S.M.Kirov prospektinə
Bülbül prospekti adı verilmişdir. |
Sumqayıt şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyətinin
qərarı ilə Sumqayıt şəhər 2 saylı musiqi məktəbi Bülbül
adına Uşaq İncəsənət məktəbi adlandırılmışdır. |
1994 |
Şuşada ermənilər tərəfindən güllələnmiş Bülbülün,
Ü.Hacıbəyovun və Natəvanın heykəlləri Bakıya gətirilmişdir. |
1997 |
Avqust ayının 20-də Azərbaycan Respubikası Prezidenti Heydər
Əliyev anadan olmasının 100 illiyi və Bülbül adına I
Beynəlxalq Vokalçılar Müsabiqəsinin keçirilməsi haqqında
Sərəncam imzaamışdır. |
19 noyabr-1 dekabr tarixlərində Bülbülün anadan olmasının
100 illiyi münasibətilə Vokalçıların Bülbül adına I
Beynəlxalq Müsabiqəsi keçirilmişdir. |
Dekabr ayının 3-də anadan olmasının 100 illiyi dövlət
səviyyəsində qeyd edilmişdir. |
100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində
Azərbaycan Respubikasının Prezidenti Heydər Əliyev geniş
nitq söyləmişdir. |
1998 |
100 illiyi münasibətilə poçt markası buraxılmışdır. |
Haqqında çəkilən “Əbədi zirvə” sənədli televiziya filminin
ilk nümayişi olmuşdur (ssenari müəllifi Sadıq Elcanlı,
rejissor-operator Vaqif Behbudov, səs rejissoru Firudin
Hüseynov, redaktor Camal Yusifzadə). |
2000 |
18 sentyabr-1 oktyabr tarixlərində Vokalçıarın Bülbül adına
II Beynəlxalq müsabiqəsi keçirilmişdir. |
2004 |
Adilə Məmmədovanın “Bizim Bülbül – dünyanın Bülbülü” adlı
kitabı işıq üzü görmüşdür. |
2005 |
“Bülbül” adlı miniatur kitabı çapdan çıxmışdır. |
28 noyabr-8 dekabr tarixlərində Vokalçıarın Bülbül adına III
Beynəlxalq müsabiqəsi keçirilmişdir. |
2007 |
Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam
imzalamışdır. |
26 noyabr-6 dekabr tarixlərində anadan olmasının 110 illiyi
münasibətilə Vokalçıarın Bülbül adına IV Beynəlxalq
müsabiqəsi keçirilmişdir. |
2008 |
Mədəniyyət seriyası çərçivəsində xatirəsinə həsr olunmuş 100
manat dəyərində qızıl xatirə sikkələri tədavülə
buraxılmışdır.
|
2010 |
16-21 noyabr tarixlərində Vokalçıların Bülbül adına V
Beynəlxalq müsabiqəsi keçirilmişdir. |
2012 |
Oktyabr ayının 31-də Bakıda abidəsi açılmışdır. Bülbül
prospektində açılan abidənin müəllifi heykəltəraş Akif
Əsgərovdur. Açılış mərasimində Azərbaycan Prezidenti İlham
Əliyev çıxış etmişdir. |
22-26 oktyabr tarixlərində 115 illik yubileyinə həsr olunmuş
musiqi festivalı və bu festival çərçivəsində Milli musiqi
alətəri ifaçılarının və xanəndələrin Bülbül adına I
Respublika müsabiqəsi keçirilmişdir. |
29 oktyabr-4 noyabr tarixlərində anadan olmasının 115 illiyi
münasibətilə Vokalçıarın Bülbül adına VI Beynəlxalq
Müsabiqəsi keçirilmişdir. |
2013 |
“Bülbülün Memorial Muzeyi” bukleti çapdan çıxmışdır.
|
2014 |
Fotoşəkili olan poçt markası buraxılmışdır. |
Bülbül Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin
təşkilatçılığı ilə 1-6 dekabr tarixlərində Milli musiqi
alətləri ifaçıları və xanəndələrin Bülbül adına II
Respublika müsabiqəsi keçirilmişdir. |
2015 |
Sentyabr ayının 24-də Üzeyir Hacıbəyinin anadan olmasının
130 illik yubileyinə həsr olunmuş VII Beynəlxalq Musiqi
Festivaı çərçivəsində “Bülbülsayağı” musiqi layihəsinin
təqdimatı keçirilmişdir. |
Gürcüstanda abidəsi açılmışdır. |
2017 |
May ayının 11-də Azərbaycan Respubikası Prezidenti İlham
Əliyev 120 illik yubieyinin keçirilməsi haqqında Sərəncam
imzaamışdır. |