E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

1997-ci il avqust ayının 20-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, professional vokal sənətimizin banisi Bülbülün anadan olmasının 100 illiyi və Bülbül adına I Beynəlxalq Vokalçılar Müsabiqəsinin keçirilməsi haqqında Sərəncam imzaladı: http://anl.az/el/emb/Bulbul/pdf/serencam-1997.pdf

1997-ci ildə keçirilən Vokalçıların Bülbül adına I Beynəlxalq Müsabiqəsi Azərbaycan vokal sənətinin tarixində yeni bir səhifə açdı.

Birinci müsabiqə Azərbaycan vokal sənətinin banisi Bülbülün anadan olmasının 100 illiyinə həsr edilmişdi. Bizim ölkəmizin vokal sənətinin inkişaf tarixində Bülbül şəxsiyyəti, demək olar ki, yeni bir dövrdür. Bülbül nadir istedadı ilə Azərbaycan xalqının əbədi sevgisini qazanıb. Beynəlxalq müsabiqənin bu görkəmli müğənninin adı daşıması, həmin müsabiqənin həm bizim, həm də qonaqlarımızın nəzərində nüfuzunu bir daha yüksəldir. Həmin sənət yarışının ilk dəfə keçirilməsinə baxmayaraq, bir sıra ölkələrdən 60-a yaxın iştirakçı toplaşmışdır.

Münsiflər heyətinin tərkibinə vokal sənətinin görkəmli mütəxəssisləri təyin edilmişdi. Onlara Beynəlxalq Musiqi Xadimləri İttifaqının Sədri SSRİ-in Xalq artisti, professor və akademik İrina Konstantinovna Arxipova Sədrlik eləyirdi. Daha sonra o zamankı münsiflər heyətinin tərkibini bir də yada salaq: Beynəlxalq Musiqi Xadimləri İttifaqının vitse-Prezidenti, Moldovanın Musiqi Xadimləri İttifaqının Sədri, SSRİ-in Xalq artisti, professor, Mariya Biyeşu; Gürcüstanın Xalq artisti, professor, Nodar Andquladze; SSRİ-in Xalq artisti, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Misuqi Xadimləri İttifaqının Sədri, professor Fərhad Bədəlbəyli; SSRİ-in Xalq artisti, professor Fidan Qasımova; Azərbaycan Respublikasının Xalq artisti, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal kafedrasının müdiri, professor Xuraman Qasımova; SSRİ-in Xalq artisti, professor Firəngiz Əhmədova; Moldova Xalq artisti, Kişineu Milli operasının baş dirijoru və bədii rəhbəri Aleksandr Samoile; SSRİ-in Xal q artisti, professor Yelena Miroşniçenko; Nyu-York "Metropoliten-opera"sının bədii şurasının üzvü, ABŞ Musiqili-ifaçılığı Cəmiyyətinin Prezidenti Nedda Kassey.

Bəli, belə bir müsabiqənin münsiflər heyətinin tərkibi də mütləq elə yüksək səviyyəli olmalı idi. Lakin, bu cür münsiflərin qarşısında çıxış etmək heç də asan məsələ deyildi.

Eyni zamanda demək istərdim ki, müsabiqə iştirakçılarının da səviyyəsi kifayət qədər yüksək idi. Bütün III turu keçmək, və hətta Laureat adını almaq o demək idi ki, vokalçı çox yüksək peşəkarlıq göstərib və sənət ustalığı məktəbi imtahanından alnıaçıq çıxıb.

Müsabiqənin keçirildiyi günlər (19.XI–1.XII) əsil incəsənət, gənclik və dostluq bayramı adlandırıla bilərdi.

Bizim üçün xüsusi xoşa gələn hadisə o oldu ki, azərbaycanlı iştirakçıları bir sıra əhəmiyyətli uğurlara çatdılar: Əli Əsgərov Qran-Pri mükafatını aldı; Həsən Enami, Qərinə Kərimova, Adil Axundov – Laureat oldular. Hətta kənc müğənnimiz Fəridə Məmmədova "Ümüd" mükafatını qazandı. Bütün bunlar Azərbaycan vokal məktəbinin parlaq qələbəsi idi.

Vokalçıların Bülbül adına I Beynəlxalq Müsabiqəsi tarixin nailiyyətinə çevrildi, lakin o xülasələr ki müsabiqədən çıxarılan nəticələr gələcəyə yönəldilməli idi.

Məhz I müsabiqənin ortaya suallar qoyduğunu fikirləşmək düzgün olmazdı: doğrusu, bu sənət bayramı həmin sualları daha kəskin qabardaraq onlara verilməsi cavabları, həllini gözləyən məsələləri bir daha kündəmə gətirdi. Hərçənd ki, müsabiqələrin başlıca məqsədlərindən biri də budur. Hətta, gələcək üçün işıqlı perspektivlərin təyini təqdirəlayiqdir: müsabiqəni 3 ildə bir keçirmək qərarı ümüd verirdi ki, ölkəmizin vokal sənəti dinamik şəkildə irəliləyəcək və müsabiqənin beynəlxalq yayımı getdikcə genişlənəcəkdir.


 

VOKALÇILARIN BÜLBÜL ADINA BEYNƏLXALQ MÜSABİQƏLƏRİ:

1. Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi - 19 noyabr – 1 dekabr 1997-ci il (Azərbaycan.-1997.- 21 noyabr)

2. Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsi - 18 setyabr 200-ci il (Azərbaycan.-2000.- 19 sentyabr)

3. Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsi - 28 noyabr - 8 dekabr 2005-ci il

4. Vokalçıların Bülbül adına IV Beynəlxalq müsabiqəsi - 26 Noyabr 2007-ci il

5. Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsi - 16-21 Noyabr 2010-cu il (Mədəniyyət.-2010.-19 noyabr)

6. Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsi - 29 Noyabrın - 4 dekabr 2012-ci il (Mədəniyyət.-2012.-31 oktyabr)

7. Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi -  Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində iyunun 4-dən 8-dək 2018-ci il tarixlərində keçiriləcək: http://www.byulbyul.az/az/ 


Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı www.byulbyul.az  saytından əldə etmək mümkündür.

 

<< Geri