E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) ev muzeyi - tanınmış Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey Bakı şəhəri, Səbail,Bülbül,15 ünvanında yerləşir.


Bülbülün yaşadığı evin
fasadına vurulmuş barelyef

Tarixi

Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır.

1977-ci il, iyulun 1-də Bülbülün Memprial muzeyinin direktoru vəzifəsində onun xanımı A.R.Məmmədova təyin olundu.

Bülbülün Şuşada anadan olduğu evin maketi

1982 ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial muzeyin tənətnəli açılıışı oldu.

Ekspozisiyası

Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Filialları: Bülbülün Şuşada yerləşən ev muzeyi. Amma, 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdir.

<< Geri