E L E K T R O N  M Ə L U M A T  B A Z A S I

Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyinə həsr edilmiş "Bülbül 120" Musiqi Festivalı.

Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” Musiqi Festivalı işə başlayıb.

Festival AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin giriş sözü ilə açıq elan edilib. Rektor Siyavuş Kərimi festival iştirakçılarını təbrik edib və onlara iki gün davam edəcək müsabiqədə uğurlar arzulayıb.

Daha sonra AMK-nın Heydər Əliyev Muzeyi, Kitabxana və Giriş hissə də daxil olmaqla 3 əsas məkanda müsabiqəyə start verilib. İki saat davam edən müsabiqədə 100-ə yaxın iştirakçı dinlənilib.

Dekabrın 19-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” Musiqi Festivalının ikinci günü keçirilib.

Festivalın ikinci günündə incəsənətin müxtəlif janrları üzrə kollektivlər, rəqqaslar və musiqiçilər çıxış ediblər.

AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Festival izləyiciləri əvvəlcə AMK Nəznində İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə şagirdlərin 20-dan çox yağlı boya və qarışıq texnika janrlarında çəkdikləri rəsmlər nümayiş olunub. Böyük maraq doğuran rəsmlərdə əsasən görkəmli müğənni, SSRİ xalq artisti Bülbülün portretləri yer alıb.

Daha sonra İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət rəqs qrupunun, Özbəkistan və Qazaxıstan Respublikasından dəvət olunmuş musuqi kollektivlərinin, həmçinin AMK-nın “Tələbə xoru”nun proqram üzrə çıxışları izlənilib.

Festivalın keçirildiyi müddətdə, 3 fərqli məkanda AMK-nın təyin etdiyi münsiflər heyəti tərəfindən 100-dən çox müsabiqə iştirakçısı dinlənilib.

FOTOALBOM

 

<< Geri