E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

ÇİNGİZ AYTMATOV GÖRKƏMLİ ŞƏXSLƏR HAQQINDA


 

Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bu günkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin təcrübəsinin və humanitar dünya görüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq,
mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir! Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir.


Bizə çox xoşdur ki, Azərbaycan Prezidenti İlham Əliyev bizim üçün aktual olan məsələləri bizimlə bilavasitə müzakirə edir. Özü də iqtisadi, sosial problemlərlə, siyasətlə birlikdə.

*****

İlham Əliyev həmişə, bütün dövrlərdə Azərbaycanın dostu olub. Bu, sovet dövründə də belə olub, ...müstəqillik dövründə də... Çətin anlarda o həmişə ədalətin, sülhün,əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünü deyib.


Anar əsasən ona yaxın olan şəhər ziyalıları çevrəsindən yazır. Onun nəsrinə psixoloji dəqiqlik, yığcamlıq, kinematoqrafık görümlülük və plastiklik xasdır.


Tarix "ələyi"nin dibində qalan inciləri - dünyanın poetik söz antologiyasını vunderkindlər deyil (onların dühasını inkar etmirik), zəngin mənəvi təcrübəyə malik olan qüdrətli şəxsiyyətlər yaratmışlar. Dünyanın mədəniyyət irsinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə Füzulidən Səməd Vurğunadək neçə-neçə nəsillərin təxəyyül qüdrəti və təcrübəsi sərf olunmuşdur.


Özündən çox özgələrə yananlar, el-obalarımızı düşünənlər haqqında fikirləşəndə Şahmar Əkbərzadəni anıram.


Üzeyir Hacıbəyli  Altaydan başlayan türkdilli xalqların vüqarı - "Alatos"sudur.


Qara Qarayevin yaradıcılığı millət, din, irq fərqindən asılı olmadan kontinentin bu başından o başına qədər hər kəsi ehtizaza gətirəcək qüdrətə sahibdir. "İldırımlı yollarla" baleti on illərlə əvvəl yazılmasına baxmayaraq öz aktuallığını heç vaxt zəiflətməyib. Xeyr! Bu əsər elə indi də canlı olaraq ürəkləri ehtizaza gətirir; Afrika ölkələrində yaşayan qaraların dözülməz həyatı millətlərin ayağa qalxmasına gətirib çıxarmağa səbəb olmuşdur.


Hər bir xalq, hər bir millət özünün dahilərini sevir və onlarla fəxr edir. Amma Cəlil Məmmədquluzadə təkcə Azərbaycan xalqı üçün qiymətli deyil. Böyük sevinclə demək istəyirəm ki, mənə Cəlil Məmmədquluzadənin nəsr və dramaturgiya yaradıcılığı lakonikliyi, dilin saflığını, fikrin dəqiqliyini öyrədib.

*****

Cəlil Məmmədquluzadə yaradıcılığı Şərq nəsrinin, yeni ədəbi qüvvələrin yaranmasına böyük təkan vermişdir. Onun realist yaradıcılığı sözdən qənaətlə istifadə etməsi, əsərlərindəki realist süjet xətti müasir realist ədəbiyyatın yaranmasına kömək etmişdir.


Rəsul Rza mənim ən çox hörmət etdiyim çağdaş şairlərdən idi, böyük sənətkar və müdrik insan idi. Uzun illər boyu Moskvada yazıçıların plenum və qurultaylarında, Lenin və Dövlət mükafatları komitəsinin iclaslarında görüşlərimiz zamanı o da rəhmətliklər - Qara Qarayev, İmran Qasımov kimi mənim ən munis həmsöhbətim olurdu.


İmran Qasımov ədəbiyyatda böyük, ləyaqətli bir simadır. Onun dramaturgiyası çağdaş teatr dünyasında Azərbaycan teatrının bir adasıdır. Onun dramaturgiyanın problemləri - indiki insanların, sənin qəhrəmanlarının ictimai-estetik şüurunun böyük tarixə qovuşması ilə bağlı, zəmanə problemləridir. İmran hər cəhətdən öz dövrünün adamıdır. Həqiqət, Gözəllik, Məhəbbət, Xeyir, Ölüm - Harmoniya kimi əbədi problemlər onun yaradıcılığında aktual, çağdaş, əməli önəm daşıyır. Və bu da gözəllikdir.

*****

İmran Qasımovun işıqlı ağlı sönmüşdür. Mənim üçün İmrandan yaxın dost yox idi. Qəlbim tənha qalıb. Gözəl, həssas istedada malik alicənab bir insan həyatdan köçmüşdür. Ömrümün sonuna qədər sadiq dostumu belə tez itirdiyimə təəssüflənəcəm. Qəlbimə necə bir tənhalıq çökmüşdür.


Eyni sistemə daxil olan türk mənşəli dillərimiz bir-birinə yaxın olduğuna görə, azərbaycanlılar məni asanlıqla inandırırlar ki, indiki dövrdə Bəxtiyar Vahabzadənin yaradıcılığı orijinalda milli poetik fikrin ən böyük nailiyyətlərindən biridir. Zəngin Azərbaycan ədəbi ənənələri müqabilində bu cür nüfuz və şöhrət qazanmağın çox-çox çətin olduğunu asanca təsəvvüürümə gətirirəm. Bununla belə unutmaq olmaz ki, ənənələr yalnız və yalnız müasirliyin gərdişində, yeni yaradıcılarm yeni sözündə yaşayır.

*****

Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan, xalqımn canlı dil memarhğına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri fövqə qalxır.


Hüseynbala Mirələmov ruhən mənə o qədər yaxındır ki, tamaşaya baxdıqca elə bilirdim bu əsəri özüm yazmışam. Mən dostumu təbrik edirəm. Mən, bəlkə bir az kənar tamaşaçıyam. Amma onu deyim ki, heç də yüngül janrları, hər hansı komediyanı xoşlamıram. Mənim sevdiyim məhz “Xəcalət” kimi dərin məzmunlu, dramatik fəlsəfi əsərlərdir.


<< Geri