|
|
1934 |
·
6 yaşında olarkən “Gənc Leninçi “ qəzetinə ilk müsahibəsini
verib. |
1938 |
·
Atası Torequl Aytmatov güllələnib. |
1948 |
· Frunze
şəhərindəki Qırğızıstan
Kənd Təsərrüfatı
İnstitutuna daxil olub. |
1952-1953 |
· İlk hekayələri olan
"Qəzetçi Dzyuyo", "Aşim", "Biz irəli gedirik" əsərlərini
1952–1953-cü illərdə qələmə alıb. |
1952 |
· Qırğız
dilində “Qəzetçi Dzyuyo” – hekayəsini qəzetdə dərc etdirib.
|
1953 |
· “Atəş” adlı hekayəsini qəzetdə dərc etdirib. |
1953 |
· Qırğızıstan
Kənd təsərrüfatı İnstitunu bitirib.
|
1953-1956 |
· Qırğızıstan
SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib.
|
1956 |
·
Moskvada
Qorki
adına Ali Ədəbiyyat
kursuna yazılıb. |
1958 |
·
Moskvada
Qorki
adına Ali Ədəbiyyat
kursunu
bitirib. |
1958 |
·
"Oktyabr"
jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə
tərcüməsi dərc olunub. |
1958 |
·
Ç.Aytmatovu məşhurlaşdıran “Cəmilə”
povesti “Yeni gün”
qəzetində nəşr edilib.
|
1958 |
· Moskva
Dövlət Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olunub. |
1958 |
·
Kommunist Partiyası
sıralarına qoşulub. |
1958-1960 |
· “Литературний
Кыргызыстан” jurnalının baş redaktoru
işləyib.
|
1960-1965 |
·
“Правда”
qəzetinin Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri
vəzifəsində çalışıb. |
1962-1986 |
·
Qırğızıstan
Kinematoqrafçılar Birliyinə rəhbərlik edib.
|
1963 |
·
Yazıçının
"Köşək gözü" (1961), "İlk müəllim"(1962) povestlərinin yer
aldığı "Dağ və səhraların povestləri" toplusu 1963-cü ildə Lenin
Mükafatına layiq görülüb. |
1966 |
· SSRİ
Ali Sovetinə üzv seçilib. |
1967 |
·
SSRİ
Yazıçılar İttifaqının İdarə Heyətinə üzv seçilib.
|
1968 |
·
Qırğızıstanın
xalq yazıçısı
adı ilə təltif olunub.
|
1968 |
·
“
Əlvida Gülsarı” povesti SSRİ Dövlət Mükafatına layiq
görülüb.
|
1970 |
·
Müəllifin
"Ağ gəmi", "Köçəri quşların göz yaşları", "Erkən gələn
durnalar", "Dəniz kənarıyla qaçan alabaş" əsərləri çap olunub.
|
1970 |
·
"Erkən
gələn durnalar" və "Dəniz kənarıyla qaçan alabaş" povestləri
İtaliyanın Etruriya Mükafatına layiq görülüb.
|
1974 |
·
Qırğızıstan
SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
|
1978 |
·
Sosialist
Əməyi Qəhrəmanı
ali mükafatı ilə təltif olunub.
|
1980 |
·
İlk
romanı “Gün var əsrə bərabər” nəşr edilib.
|
1984 |
·
Avropa
Elm və
Sənət Akademiyasının üzvü seçilib.
|
1985 |
·
Bəxtiyar
Vahabzadənin 60 illik yubileyində iştirak etmək üçün Bakıya
səfər edib.
|
1990-1994 |
·
SSR-nin
və sonradan Rusiyanın
Lüksemburqdakı
səfiri vəzifəsində
çalışıb.
|
1994-2006 |
·
Qırğızıstanın
Benilüks Dövlətlərində (Belçika, Lüksemburq, Niderland) və
Fransada səfiri, o cümlədən NATO və YUNESKO-da səlahiyyətli
nümayəndəsi olub.
|
1995-ci
il 9aprel |
·
Ümummilli
lider Heydər Əliyev görkəmli yazıçı Çingiz Aytmatovla Abay
Kunanbayevin 150 illik yubileyində görüşüb
|
1997 |
·
Sumqayıt
Dövlət Dram Teatrında Firudin Məhərrəmov Ç.Aytmatovun "Dəniz
kənarıyla qaçan Alabaş" povestinin motivləri əsasında "Ümid
sahili" tamaşasını səhnələşdirib.
|
2003 |
·
Bakıda
Keçirilən Birinci Beynəlxalq Rus Kitab Festivalı zamanı
Azərbaycana səfər edib.
|
2004 |
·
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına
əsasən Çingiz Aytmatovun iki cildliyi nəşr edilmiş və bu
görkəmli yazıçının “Gün var əsrə bərabər”, “Ağ gəmi”, “Dəniz
kənarıyla qaçan Alabaş”, “Əlvida, Gülsarı” və b. əsərləri
tərcümə edilərək buraya daxil edilib.
|
2006 |
·
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2006 - cı il sentyabrın
15-də Prezident sarayında Bakıda keçirilən Birinci beynəlxalq
rus kitabı festivalında Çingiz Aytmatovu qəbul edib.
|
·
"İlin
avtoqrafı" kitabının buraxılışında iştirak edib. |
2008 |
·
Azərbaycana
növbəti dəfə səfər edib.
|
2008-ci
il 25 fevral |
·
Prezident
İlham Əliyev Yazıçını “Dostluq” ordeni ilə təltif edib.
|
2008-ci
il fevral ayında |
·
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti
sayəsində Bakı şəhərində "Çingiz Aytmatov həftəsi" keçirilib.
|
2008-ci
il 28 fevral |
·
Azərbaycan
Atatürk Mərkəzində Çingiz Aytmatovun 80 illik yubileyi təntənəli
şəkildə qeyd olub..
|
2008-ci il 10 iyul |
·
Almaniyanın
Nürnberq xəstəxanasında dünyasını
dəyişmişdir.
Çingiz Aytmatov
Bişkek yaxınlığındakı Ata-Beyt memorial kompleksində dəfn
olunub.
|
2009 |
·
Qırğızıstanda
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sədri
Nüsrət Məmmədovun təşəbbüsü ilə hazırlanmış “Mən Manasın
oğluyam” (tərtibçi: Südabə Sərvi) kitabı qırğız dilinə tərcümə
olunub.
|
2013-cü
il dekabrın 18-də |
·
Akademik
Milli Dram Teatrında dünya şöhrətli sənətkar olan Çingiz
Aytmatovun 85 illiyinə həsr olunmuş təntənəli tədbir təşkil
olunub.
|
2014 |
·
Aytmatovun
ev-muzeyi Bişkekdən səkkiz kilometr aralıda Çon-Arık kəndində
yaradılıb.
|
2014 |
·
Aeroflot
yeni Boeing 737-800 təyyarələrindən birinə Çingiz Aytmatovun adı
verilib.
|
2014 |
·
İbrahim
İlyaslı və Təranə Quliyevanın tərcüməsində Çingiz Aytmatovun
Azərbaycan dilinə “Hekayələr” toplusu tərcümə edilib.
|
2015 |
·
Bişkekdə
Mira prospektinin adı dəyişdirilərək Çingiz Aytmatov prospekti
adlandırılıb.
|
2018 |
·
Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY "Çingiz Aytmatov ili" elan
etdi və bu istiqamətdə Azərbaycanda geniş fəaliyyət proqramı
həyata keçirilib.
|
2018 |
·
Daşkənddə
küçələrdən birinin adı dəyişdirilərək, Çingiz Aytmatovun adı
verilib.
|
2018 |
·
Qırğızıstanda Çingiz Aytmatovun 90 illik yubileyi
ilə əlaqədar poçt markası
buraxılıb.
|
2018 |
·
Qırğızıstanda Çingiz Aytmatovun 90 illik yubileyi
ilə əlaqədar poçt markası
buraxılıb.
Kassandra damğası” əsəri 2018-ci ildə “Elm və təhsil”
nəşriyyatında işıq üzü görüb.
|
2023 |
·
95
illiyi ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyinin təklifi
əsasında “Çingiz Aytmatov – türk ruhunun qələbəsi” kitabı
filologiya elmləri doktoru Elnarə Akimovanın ön sözü və
tərtibatçılığı ilə işıq üzü görüb.
|
2023 |
·
“Dağlar yıxılanda” (tərcüməçi: Nəriman Əbdülrəhmanlı) nəsr
toplusu azərbaycan dilində nəşr edilib. Qırğızıstanın
Azərbaycandakı səfirliyinin dəstəyi ilə işıq üzü görəcək kitabın
rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli,
mətndəki şeirlərin tərcüməçisi İlqar İlkindir. Nəşrə “Ön söz”ü
isə böyük yazıçının oğlu, Beynəlxalq Ç.Aytmatov Fondunun
prezidenti Eldar Aytmatov yazıb.
|
2023 |
·
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər
Əliyev İli” çərçivəsində Çingiz Aytmatovun 95 illiyi
münasibətilə “Ana Tarla” kitabı Azərbaycan dilində nəşr olunub.
|
2023 |
·
Türkiyənin
Elazığ şəhərində Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi
məqsədi ilə parkın və büstün açılışı olub.
|