E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir. Azərbaycan ədəbiyyatının, Azərbaycan milli şüurunun inkişafında onun nə qədər böyük xidmətləri olubdur! Onun yaratdığı əsərlər neçə-neçə nəsilləri tərbiyə edib və yüksəldibdir.

Azərbaycan kino sənətinin təşəkkülü, dram və opera səhnələrinin ən yaxşı tamaşaları, parlaq publisistika və dərin professional teatr tənqidi Cəfər Cabbarlının adı ilə bağlıdır
 

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli lideri


Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.

Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qilyer onun "Şahsənəm" adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. "Qız qalası" mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şeirləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir".

 

Məmməd Əmin Rəsulzadə


“Realist kimi qəbul olunan Cəfər Cabbarlı sənətindəki romantikaya dair dərin elmi mülahizələri milli romantizm nəzəriyyəsini daha da zənginləşdirmişdir...”

 

Akademik İsa Həbibbəyli


“... O, Rusiya İmperiyası dövründə dünyaya gəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətini alqışlamışdı, ona şeirlər yazmışdı, türk xalqının şanlı tarixindən pyeslər-“ Trablis müharibəsi”, “Ədirnə fəthi”, “Bakı müharibəsi” əsərlərini yazmışdı... Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Cəfər Cabbarlıya divar saatı bağışlamışdı... Yəni,o azad bir ölkənin azad sənənkarı idi. Sonra o başqa bir bağa düşdü...”

Xalq yazıcısı Anar


Cəfər Cabbarlı Azərbaycan səhnəsinin ən parlaq yaradıcısı idi. 
 

Hüseyn Cavid.


C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir.

Səməd Vurğun

Xalq şairi.


“Cəfər Cabbarlı ilə harda, necə tanış olduğumu yada sala bilmirəm. İndi xatirələrimin vərəqlərini çevirib uzaqlarda qalmış illəri, ayları və günləri bir-bir yoxladıqca mənə elə gəlir ki, biz onunla həmişə tanış idik”.

 

Rəsul Rza 


Fəqət ölən deyil onun sənəti,

Bağlamış adına əbədiyyəti. 

 

Mikayıl Müşfiq.
 


Cəfər Cabbarlı çox iradəli adam idi. O özünü turançı müsavatçıların sərəncamına verməmişdi. Bunun üçün də özünü təzədən qurmaq işində çətinlik çəkmədi.

Məmməd Səid Ordubadi


“Cəfər Cabbarlı ilk əsərlərindən başlayaraq cəmiyyətin, dövrün, zamanın gündəlik suallarına cavab verir və bu çox əsasdır, çox mühüm məsələdir. Bu mənada Cəfər Cabbarlı həqiqətən ictimai xadimdir,ictimai- fəlsəfi düşüncə adamıdır...”

 

Akademik Nizami Cəfərov


“Cabbarlının məfkurə və sənət taleyi yeni təfəkkürün sınağından”, müstəqil Azərbaycan ədəbi düşüncəsinin mühakiməsindən uğurla çıxdı.

“Sənətdə, fəlsəfədə orta əsrlərin əzəli- əbədi problemi - ədəbi problemi – həyat və ölüm, əsarət və azadlıq, zülm və haqq münasibətləri öz təhlil və təkzibini son yüzillikdə hamıdan çox iki mütəfəkkirin dünyagörüşünlə tapdı: Caviddə və Cabbarlıda”

Prоfessоr Yaşar Qarayev


Cəfər Cabbarlı yaşayır, bir yazıçı, qələm adamı üçün ən böyük mükafat onun əsərlərinin dönə-dönə araşdırılması, xalq tərəfindən sevilməsidir. İstər sağlığında olsun, istərsə ölümündən sonra bu ali məqama çox az adam nail olub. Cəfər Cabbarlı o yazıçılardan, şairlərdəndir ki, onun yeri daim özünməxsus olub, hər zaman da öz aktuallığını saxlayacaq.

Yeqzar Cəfərli


 Cabbarlı aramızda yoxdur. Lakin onun əsərləri qəhrəmanları səhnəmizin ədəbi həyatımızın ən canlı qiymətlərini təşkil edirlər. Onun əsərləri bizim üçün bədii təhsil və öyrənmə bulağı olmasıdır. Cəfərdən bizim öyrənrənəcəyimiz çox-çoxdur.

 

Əli Nazim


 

Cəfərin əsərlərində bizi düşündürən, bizi həyəcanlandıran, bizi yaşadan məsələlərə toxunulur

Mirzə İbrahimov


Cabbarlı Qorkinin dediyi iki həqiqəti- bu günü və sabahı- təsvir etməyi bacarırdı.

Mehdi Hüseyn


Cəfərdə insanı ahənrüba kimi çəkən bir cazibə var idi. Zirək və işgüzar olan bu insan ən səmimi qayğıkeş bir yoldaş və sirdaş idi.

Seyfulla Şamilov


Cəfər öz xalqının sevimli ədibi idi. O öz diqqətəşayan əsərlərində azad və xoşbəxt xalqının yüksək arzu və amallarını tərənnüm etmişdir.

Şəmsəddin Abbasov


Cəfər Cabbarlının qoyub getdiyi zəngin xəzinənin göz qamaşdıran inciləri öz nurunu itirməyəcəkdir. Sevillər, Almazlar, Yaşarlar... böyük sənətkarı daima yaşadacaqdır.

Mərziyyə xanım Davudova


Azərbaycan səhnəsini qüvvətli əsərlərlə zinnətləndirən böyük yazıçı Cəfər Cabbarlının əsərlərində oynayarkən özümü kütləyə ən yaxın ən səmimi hiss edirdim.

 

Mirzəağa Əliyev

<< Geri