E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

(1899-1934)

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının

110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olmuşdur.

1907-1914

Əvvəlcə Bakıda 7 – ci “Rus – tatar məktəbi”ndə , sonra Alekseyev adına 3 – cü ali-ibtidai məktəbdə ilk təhsilini almışdır.

1915

Bakı sənaye ( politexnik ) məktəbinin elektrik-mexanika şöbəsinə daxil olmuşdur. Həmin məktəbi o , 1920 – ci ildə bitirmişdir.

1915 – ci ildən başlayaraq eyni zamanda həm şe’r , həm hekayə , həm də dram əsərləri yazmağa başlamışdır. İlk dəfə həmin ilin 3 aprelində “Bahar” adlı şe’ri “Məktəb” jurnalının 6 – cı nömrəsində dərc edilmişdir.

“Babayi – Əmir” , “Tuti” , “Qurtuluş”, “Bəsirət”, “Dirilik” kimi jurnal və qəzetlərdə fəal iştirak etmişdir.

“Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş” dramını yazmışdır.

1916

“Nəsrəddin şah” pyesini yazmağa başlamış,həmin əsəri 1918 – ci ildə tamamlamışdır.

1917

“Solğun çiçəklər” pyesini yazmışdır.”Nəsrəddin şah” və “Solğun çiçəklər” inqilabdan əvvəl teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuşdur.

1919

 

“Aydın” pyesini yazmağa başlamış, əsəri 1921 – ci ildə bitirmişdir.

1920

“Kommunist” qəzeti redaksiyasında çalışmışdır.O, 1927 – ci ilədək “Kommunist” qəzetinin fəal əməkdaşı, yazıçısı və mütərcimi olmuşdur.

1921

“Oktay eloğlu” pyesini yazmağa başlamış, əsəri 1922 – ci ildə tamamlamışdır.

“Aydın” və “Oktay eloğlu” pyesləri ilk dəfə 1922 – 1923 – cü illərdə Azərbaycan səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

1922

“Qız qalası” poemasını yazmışdır.

Əsər 1923 – cü ildə tamamlanmış və həmin ildə “Maarif və mədəniyyət” jurnalında dərc olunmuşdur.

1924

 “Od gəlini” tarixi dramını yazmağa başlamış,əsər üzərində 1927 – ci ilin sonunadək dörd il işlənmişdir.

”Od gəlini” 1928 – ci ildə tamaşaya qoyulmuşdur.

Teatr məktəktəbində oxumuşdur.

1925

Azərbaycan Dövlət Universitetinin Şərq fakultəsinə daxil olmuşdur.

Şekpirin “Hamlet” faciəsini Azərbaycan dilinə tərcümə etmişdir.

1928

“Sevil” dramını yazmışdır. Əsər həmin ildə tamaşaya qoyulmuşdur.

L.N.Tolstoyun “Uşaqlıq” povestini Azərbaycan dilinə tərcümə etmişdir..

1929

Azərbaycan Dövlət Dram Teatrında bədii hissə müdiri vəzifəsində işə başlamışdır.

Zaqafqaziya xalqlarının mədəni birliyi aylığında iştirak etmiş,Ermənistan və Gürcüstanda olmuşdur.

1930

“Almas” pyesini yazmışdır. Əsər həmin il tamaşaya qoyulmuşdur.

Moskva,Leninqrad və Qazan şəhərlərində keçirilən Azərbaycan Dövlət Dram Teatrı ilə Ümumittifaq sənət olimpiadasında iştirak etmişdir.

1931

“1905 – ci ildə” dramını bitirmişdir. Əsər həmin ilin oktyabr ayında tamaşaya qoyulmuşdur.

 

 

1932

“Yaşar” və “Dönüş” pyeslərini yazmışdır. Hər iki pyes 1932 – 1933 – cü il teatr mövsümündə Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

Şekspirin “Otello” faciəsini Azərbaycan dilinə tərcümə etmişdir.

“Azərbaycan SSR Əməkdar incəsənət xadimi” adı verilmişdir.

 

1934

“Firuzə” hekayəsini yazmışdır.

Sovet yazıçılarının I Ümumittifaq qurultayında iştirak etmişdir. Qurultayda Ümumittifaq Sovet Yazıçıları İttifaqı İdarə hey’ətinin üzvü seçilmişdir.

1934 – cü il dekabr ayının 31 – də Cəfər Cabbarlı Bakı şəhərində ürək xəstəliyindən vəfat etmişdir.

<< Geri