E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Cəfər Cabbarlının vaxtilə yaşayıb-yaratdığı ev indi muzey kimi fəaliyyət göstərir. Muzey ədibin 80 illik yubileyi münasibəti ilə 1982-ci il martın 20-də açılıb. Mədəniyyət ocağında 8000-dən çox eksponat qorunub saxlanılır.

Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir.

Həmçinin dramaturqa görkəmli şəxsiyyətlərin bağışladığı hədiyyələr, C.Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər ekspozisiyanı zənginləşdirir.

Muzey tərəfindən ədibin sözlərinə bəstələnmiş mahnılardan ibarət “Azad bir quşdum” diski buraxılıb. Eyni zamanda C.Cabbarlının 100 illik yubileyi ilə əlaqədar "Cəfər Cabbarlı mükafatı" təsis olunmuş və bir çox sənətçilərə təqdim edilmişdir.

Hal-hazırda muzeyə Qəmər Seyfəddinqızı rəhbərlik edir

<< Geri