E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır.

1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb.

 Azərbaycan SSR Nazirlər Sovetinin 20.04.1959 tarixli qərarı ilə kinostudiyaya C.Cabbarlının adı verildi. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.

Rəsmi saytı: http://www.azerbaijanfilm.az/haqqimizda/22-azrbaycanfilmin-qsa-tarixi.html   

<< Geri