E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

C.Cabbarlı Ev mukafatinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və “BP” şirkətinin sponsorluğu ilə “Cəfər Cabbarlı Mükafatı” ilk dəfə 2001-ci ildə təsis olunmuşdur. Mükafat böyük yazıçının 100 illiyi münasibəti ilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilmişdi.

“Cəfər Cabbarlı Mükafatı”nın ilk qalibləri C. Cabbarlının “Aydın” tamaşasının rejissor işinə görə resp. xalq artisti Mikayıl Mirzə, “Sevil” operasında Balaş obrazına görə resp. xalq artisti Azər Zeynalov, Sevil obrazına görə resp. əməkdar artisti Zemfira İsmayılova olmuşdu.

https://cafarcabbarli.weebly.com/muumlkafat.html

<< Geri