Dünyada hər bir kəs üçün sözdən böyük
yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, ama söz qalır.
Qələmin müqəddəs vəzifəsi xalqın
xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm
sahibinin amalı!
Biz yazıçı millətik, bizə dünyanı yaxşıca tanımaq, təcrübə görmək
lazımdır.
Bircə dənə dünyada bilik qalsın, elm qalsın, maarif qalsın.
Sözün doğrusunu danışmaq da bir hünərdir.
Vətən, vətən, vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu
dairələrdən kənar bəni-noi bəşər üçün özgə nicat yolu yoxdur.
Kim ki, insanı sevər, aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.
Yazə yazə dərdimi aləmdə kağız qoymadım,
Axırı bir guşeyi divara yazdım dərdimi
Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu
qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahu-Əkbər, Allahu
Əkbər”. Və bundan sonra dəxi böyüdükcə hər gün hər saat sağ və
soldan eşitdiklərim sözlərin içində labüd gərək “Allahu Əkbər”olaydı.
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi
məhz budur.
Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün
hardansa “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə
keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə.
Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza
aynanı və diqqət ilə baxın camalınıza.
Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi
ilə deyərdim: - Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə
qadir sözüm, ana dilim var.
Yaşasın elə bir hökümət ki, onun tərbiyəsi altında millətlərin
bir-birinə olan ədavətinin yerində onların məhəbbəti və
mehribançılığı möhkəm bir yer tutdu.
Ləkə pis şeydir. Bunun pisliyi iki babətdəndir:
Biri budur ki, bir ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var,
o yerə düşəndə, çirkin ləkədən savayı o yeri yavaş-yavaş deşib yırta
da bilər.
Dünyada tək bircə qüvvə var ki, cəmi sair qüvvələr ona tabedirlər: O
da insanların yoldaşlıq zəhməti.
Cümhuriyyət, yəni latınca “Respublika” elə bir hökümətə deyirlər ki,
orada məmləkətin idarəsi camaatın öz öhtəsində və ixtiyarındadır.
Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərtləri var, odur ki,
cümhuriyyət seçkisinə dörd üzvlü, yainki dörd hissəli seçki də
deyilir. Bu şərtlərin əvvəlincisi ümumilikdir, yəni məmləkətdə
yaşayan nüfuzun cəmisi seçkidə iştirak etməlidir. İkincisi seçkinin
müsəvi olmağıdır; yəni səslərin bərabərliyi. Üçüncü şərt seçkinin
düzbədüzlüyüdür. Dördüncü şərt seçkinin gizli olmağıdır; yəni səs
sahibi səsini elə gizli verə ki, bir kəs xəbərdar olmaya ki, aya bu
kimə rəy verdi.
Cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır.
Bu azadlıq da neçə qismdir. Əvvələn etiqad azadlığı: yəni hər bir
fərd keyfi istədiyi dinə sitayiş etməyə, yainki bir dindən əl çəkib,
qeyri bir dini qəbul etməyə azaddır. İkinci yığıncaq azadlığı: yəni
camaatın bir yerə cəm olmağına heç bir sürətdə maneçilik ola bilməz.
Üçüncü birləşmək azadlığıdır. Dördüncü çap eləmək, beşinci danışmaq,
altıncı siyasi partiyalar düzəltmək və yeddinci dilbir olub,
həmtədbir olmaqdır.
Yaşasın elə hökumət ki, onun tərbiyəsi altında millətlərin
bir-birinə olan ədavətlərinin yerində onların məhəbbəti və
mehribanlığı möhkəm yer tutur!
“Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı.
Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə
yırğalaya-yırğalaya Sizə türk dilində lay-lay deyirdi... Hərdən bir
ana dilində danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə
eybi var?
Bir millət ki, özünün, məscidinin, millətinin qədrini bildi, ona
qəyyum lazım deyil.
Ay dünyanın zəhmətkeşləri, indi ki güclülər sizi ayaqlamaq üçün
bir-biri ilə əlbir olublar, sizin də bircə çarəniz birləşmək və
birləşib onlara qarşı çıxmaqdır!
“Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla
Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin
məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.
Hər bir şey dünyada tərəqqi eləyən kimi, teatrımız da, şəkk yox
tərəqqi edə gərək.
“Tolstoy! Bu bir addır ki, insanlıq adı ilə adlanan cəmi məxluqun
yanında altmış ildən bəri ehtiram ilə çəkilib. Milyonlarla
zəhmətkeşlər, kəndlilər, yavan çörəkdən ötrü gecə-gündüz çalışanlar
bu adla özlərinə təsəlli veriblər. Molyonlarla üdəbalar, şüəralar,
müsənniflər, mühərrirlər bu ad sahibin vacibül-ehtiram biliblər. Bu
noyabr ayının 7-də hamı gördü ki, bu ad sahibi, yəyəni qraf Lev
Tolstoy insaniyyət aləminə xidmət etməkdən istefa verdi. Hamı gördü
və eşitdi ki, bir ucu Amerikadan, Asiyadan tutmuş Afrika və ümum
Avropa aləmində bu istefadan naşi nə qiyamət qopdu.
|