Cəlil Məmmədquluzadə 1869-cu il 10
fevralda Naxçıvan şəhərində Məmmədqulu Məşədi Hüseynqulu
oğlunun ailəsində anadan olmuşdur. |
1875-1876 |
Molla Əli Hüseynzadənin tərbiyəsi altında böyümüşdür. |
1876-1879 |
Hacı Molla Bağır Məmmədovun məktəbində oxumuşdur.
|
1879-1982 |
Üçsinifli Naxçıvan şəhər məktəbində təhsil almışdır.
|
1880
|
20 iyunda atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Tatar şöbəsinə
qəbul olunması üçün seminariyanın direktoru D.D.Semyonova
ərizə ilə müraciət etmiş, lakin 11 yaşı olduğuna görə ərizə
qəbul olunmamışdır.
|
1881
|
10 iyulda atası ikinci dəfə Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasına müraciət etmiş, 12 yaşı olduğuna görə onu
yenidən qəbul imtahanlarına buraxmamışlar.
|
1882
|
21 iyunda atası üçüncü dəfə Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasına oğlunun 16 yaşında olduğunu təsdiq edən doğum
haqqında şəhadətnamə təqdim etmiş və qəbulla əlaqədar
ərizə ilə mürciət etmişdir. |
2 iyulda Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında
imtahanlara buraxılmasına icazə verilmişdir. |
Avqust ayında Zaqafqaziya (Qori) Müəllimlər Seminariya-sında bütün imtahanlardan
uğurla keçərək seminariyanın hazırlıq sinfinə daxil olmuşdur. |
Avqust ayında Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında
bütün imtahanları uğurla verərək seminariyayanın hazırlıq
sinfinə daxil olmuşdur.
|
1883-1884 |
Əla və yaxşı qiymətlərlə hazırlıq sinfinin aşağı və yuxarı
mərhələlərində oxumuşdur.
|
1885 |
Oktyabrin 30-da seminariyanın birinci və əsas sinfində
təhsil almışdır. |
1886 |
Seminariyanın ikinci sinfində təhsilini davam etdirir,
seminariya nəzdindəki ibtidai məktəbdə S.Vəlibəyovun
rəhbərliyi altında pedaqoji təcrübə keçmişdir. |
1887 |
Seminariyanın üçüncü sinfində təhsilini davam etdirir, 7
iyulda təhsilini müvəffəqiyyətlə başa vuraraq və ibtidai
məktəblərdə müəllim işləmək hüququ qazanmışdır. |
7 avqustda Qafqaz Tədris İdarəsi rəisinin göstərişi
ilə M.Uluxanlı kənd məktəbinə müəllim təyin olunmuşdur. |
13 oktyabrda müvəqqəti olaraq Naxçıvan qəzasının
Şərur-Dərələgəz mahalının Baş Noraşen məktəbinə müəllim
vəzifəsinə göndərilmişdir. |
1888 |
İrəvan-Yelizavetpol Quberniyası Xalq Məktəblərinin direktoru
D.D.Orlova teleqram göndərərək, Baş Noraşen kənd məktəbində
daimi işdə saxlanmasını xahiş etmiş və müsbət cavab
almışdır. |
1889 |
İlk qələm əsəri olan “Çay dəsgahı” alleqorik dramını
yazmışdır.
|
M.F.Axundovun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və
dərviş Məstəli şah cadükuni məşhur” komediyası tamaşaya
qoyularkən əsərdəki Müsyo Jordan rolunu oynamışdır. |
1890
|
13 yanvarda Naxçıvan qəzasının Şərur-Dərələgəz mahalının
Baş Noraşen məktəbinin müəllimi vəzifəsindən azad
edilmişdir.
|
15 yanvarda Nehrəm ikisinifli kənd məktəbinə müəllim
vəzifəsinə təyin olunmuşdur. |
1891 |
Naxçıvan teatrının tamaşalarında aktyor və rejissor kimi
iştirak edir. |
1892 |
Nehrəm kəndində “Kişmiş oyunu” adlı birpərdəli
pyesini yazmışdır. |
1893
|
2 fevralda bacısı Səkinəni və Nehrəm kəndindən 8 qızı
məktəbə cəlb etdiyinə görə İrəvan-Yelizavetpol quberniyası
Xalq Məktəbləri müdriyyətindən yazılı təşəkkür almışdır. |
22 noyabrda İrəvan-Yelizavetpol quberniyası xalq
müəllimlərinin sahə qurultayında iştirak etmişdir. |
1894 |
“Danabaş kəndinin əhvalatları” əsərinin “Bir yüngülvari
müqəddimə”, “Eşşəyin itməkliyi” və “Xitamə” hissələrini
yazmışdır. |
1895
|
Nehrəm kəndində Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur.
İyulun 10-dan 25 avqusta qədər məzuniyyət götürərək
Peterburqa getmiş, burada “Novoye vremya” qəzetinin
redaktoru ilə görüşmüşdür. |
1896 |
Müəllimliyini davam etdirməklə bərabər, Naxçıvanda keçirilən
mədəni-maarif tədbirlərində yaxından iştirak emişdir; |
Nehrəmdə məktəbin nəzdində ölkəşünaslıq muzeyi yaratmış-dır. |
1897
|
10 iyunda öz xahişi ilə Nehrəm kənd məktəbində müəllim
vəzifəsindən işdən azad olunmuşdur.Naxçıvan şəhərinə
köçmüşdür. |
12 avqustda İrəvan Qəza Polis İdarəsində tərcüməçi
işləmişdir.
|
Qızı Münəvvər anadan olmuşdur; |
Həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. |
1898 |
İrəvana getmiş, orada mütərcimlik və vəkillik etmişdir. |
1899 |
May ayının 1-də Naxçıvan şəhər polis pristavının
köməkçisi vəzifəsinə keçirilmişdir. |
1900 |
Naxçıvanda inzibati işini davam etdirmiş,
tərcüməçiliklə məşğul olmuşdur; |
İyun ayının 13-də mayor Şəfi ağa Kərim Sultanın qızı, Məmmədqulu bəy Kəngərlinin
bacısı Nazlı xanımla (əsl adı Zeynəbağa xanımdır) evlənmişdir. |
1901 |
Yanvar ayında İrəvana gedərək, burada vəkil
vəzifəsində işləmək üçün imtahan vermişdir.
|
İstefaya çıxmış, Naxçıvan şəhər polismeysterinin aşağı
rütbəli kiçik köməkçisi vəzifəsində işləmişdir. |
1902 |
7 martda “Kaspi” qəzetinin 53-cü sayında “İrəvan” (
müxbirimizdən) adlı ilk məqaləsi dərc olunmuşdur. |
28 martda “Kaspi” qəzetinin 82-ci sayında “İrəvan” adlı
Dəlmə bağları ilə əlaqədar ikinci məqaləsi dərc olunmuşdur.
|
1903
|
“Poçt qutusu” hekayəsini yazmışdır.
|
12 noyabrda Tiflisdə “Şərqi-Rus” qəzetinin redaktoru və
naşiri Məhəmməd ağa Şahtaxlı ilə görüşmüş, M.Şahtaxlı onu
öz redaksiyasına işə dəvət etmişdir.
|
1904 |
“Şərqi-Rus” qəzetində “Poçt qutusu” (№5-6), “Kişmiş oyunu”
(№64) hekayələrini, L.N.Tolstoyun “Zəhmət, ölüm və naxoşluq”
(№7), “Arvad” (№63-64) əsərlərinin tərcüməsini, bir cox
publisistik məqalələrini dərc etdirmişdir. |
26 noyabrda “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru təyin
olunmuşdur. |
“Şərqi-rus qəzetində Tiflisdə öz təşəbbüsü ilə
müsəlman pansionu və məktəb açdırmaq haqqında məqalə ilə
çıxış etmişdir.
|
Həyat yoldaşı Nazlı xanım vəfat etmişdir. |
1905
|
10 yanvarda Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyətinin katibi
seçilmişdir.
|
Ömər Faiq Nemanzadə və tacir Məşədi Ələsgər Bağırovla
müştərək “Şərqi-Rus” qəzetinin mətbəəsini alıb,
“Qeyrət” mətbəə-nəşriyyatını təşkil etmişlər.
|
10 martda “Qeyrət” mətbəəsinin ilk nəşriyyat
fəaliyyəti başlanmış və “Poçt qutusu” hekayəsi ayrıca
kitabça şəklində nəşr edilmişdir.
|
22 apreldə ilk dəfə olaraq Azərbaycan dilində Rusiya
Teleqraf Agentliyinin xəbərləri çap olunmuşdur. |
10 mayda Cəlil Məmmədquluzadə Qafqaz canişininə ərizə
yazaraq “Novruz” adlı qəzet çıxarmağa icazə istəmişdir.
Rəsmi icazə aldıqdan sonra öz fikrini dəyişmişdir.
|
İyul ayında Tiflisdə “Usta Zeynal” hekayəsini yazmışdır.
|
5 avqustda “Tiflisski listok” qəzetində ilk dəfə “Yeni
ibtidai məktəbdə tatar dili” adlı məqaləsini çap
etdirmişdir.
|
13 oktyabrda “Vozrojdeniye” qəzetində Müsəlman həyatı”
şöbəsinin əməkdaşı olmuşdur.
|
Vaxtaşırı “Tiflisski listok”, “Kaspi”, “Vozrojdeniye”,
“Kavkazski raboçi listok” qəzetlərində məqalə ilə çıxış
etmişdir. |
Həmidə xanım Cavanşirlə tanış olmuşdur; |
Atası Məşədi Məmmədqulu kişi və anası Sara Məşədi Baba qızı
vəfat etmişlər. |
1906
|
21 fevralda “Molla Nəsrəddin” satirik-yumoristik jurnalının
nəşri üçün Tiflis Qubernatoruna ərizə ilə müraciət etmişdir. |
4 martda Tiflis Qubernatorunun dəftərxanası tərəfindən
“Molla Nəsrəddin” jurnalının nəşrinə icazə haqqında
şəhadətnamə verilmişdir. |
7 apreldə “Molla Nəsrəddin” jurnalının ilk sayı çapdan
çıxmışdır.
|
“Usta Zeynal” hekayəsini ayrıca kitabça halında çap
edilmişdir.
|
Noyabr ayında “İranda hürriyyət” hekayəsini yazmışdır. |
1907
|
Şuşanın Kəhrizli kəndində təşkil edilmiş məktəbdə
“Molla Nəsrəddin” adlı kitabxana təşkil etmişdir.
|
15 iyunda “Ölülər” pyesi üzərində işləməyə başlamışdır. |
Tiflis xalq universitetləri cəmiyyətinin Azərbaycan şöbəsində məruzə ilə çıxış
etmişdir; |
Həmidə xanım Cavanşirlə kəbin kəsdirmişdir. |
1908 |
Mirzə Cəlil və Həmidə xanımın ilk övladı Midhət anadan olmuşdur; |
Şair Hacıağa Fəqirin “Fatı” mənzuməsinə görə məsuliyyətə cəlb olunmuş, məhkəməyə
çağırılmışdır. |
1909
|
12 iyunda “Ölülər” kamediyasını yazıb qurtarmışdır.
|
Avqust ayının 27-də “Ölülər” pyesini tamaşaya qoymaq üçün icazə almışdır; |
Sentyabr ayının 11-də “Zaqafqaziya” qəzetində “Ölülər” pyesi haqqında
H.Minavazovun rəyi dərc olunmuşdur. |
İyul ayında Tiflis Xalq Universitetinin Müsəlman şöbəsinə
sədr seçilmişdir. |
1910 |
Payızda Qarabağa getmişdir. |
İyun ayının 9-da Məhəmmədəli Sidqini Naxçıvandan Tiflisə
dəvət edib “Molla Nəsrəddin”in redaktor köməkçisi təsdiq
etmişdir; |
İyul ayında Tiflis Xalq Universitetinin Müsəlman şöbəsinə
sədr seçilmişdir; |
1911 |
May ayının 11-də Mirzə Cəlilin və Həmidə xanımın ikinci
övladı Ənvər anadan olmuşdur. |
1912 |
“Poçt qutusu” yenidən ayrıca kitabça halında çap olunmuşdur.
Uzun müddətə Kəhrizliyə köçmüşdür.
|
1913
|
11 yanvarda Tiflis Qubernatorundan “Molla Nəsrəddin”
jurnalının çapını “Gürcü Nəşriyyat Şirkəti” mətbəəsindən
“Şərq” mətbəəsinə köçürmək üçün icazə istəmişdir.
|
18 yanvarda Əliqulu Nəcəfovun “Molla Nəsrəddin” jurnalına
redaktor təyin edilməsi haqqında Tiflis Qubernatoruna ərizə
ilə müraciət etmişdir. |
20 fevraldan “Molla Nəsrəddin” jurnalı Cəlil Məmmədquluzadə
və Əliqulu Nəcəfovun redaktorluğu ilə nəşr olunmağa
başlamışdır. |
Avqust ayında Şuşada “Ölülər” əsəninin ilk oxunuşu
keçirilmişdir. |
1914
|
İyun ayında “Quzu” hekayəsini yazmışdır.
|
12 oktyabrda Cəlil Məmmədquluzadə və Əliqulu Qəmküsar
jurnalın 21-ci sayında dərc edilmiş “Gimnazist” şerinə görə
məhkəməyə cəlb olunur və müvəqqəti olaraq “Molla Nəsrəddin”
jurnalının nəşrini dayandırılmışdır. |
1915 |
“Molla Nəsrəddin” jurnalının redaktorları məhkəmənin qərarı
ilə məsuliyyətdən azad edilmişlər. |
1916 |
“Molla Nəsrəddin” jurnalının yenidən nəşrə başlaması üçün
icazə alınmışdır. |
29 apreldə “Ölülər” əsəri ilk dəfə Bakıda Tağıyev teatrında
tamaşaya qoyulur, bununla əlaqədar ədib Kəhrizlidən Bakıya
gəlir.
|
Mayın 14-də Aşqabada getmişdir.
|
11 iyunda “Ölülər” əsəri Daşkənddə tamaşaya qoyulmuşdur. |
1917
|
İki il fasilədən sonra “Molla Nəsrəddin” jurnalını yenidən
nəşr etdirməyə başlamışdır. |
“Ölülər” pyesi Naxçıvan Dram Cəmiyyəti tərəfindən səhnəyə
qoyulmuşdur.
|
1918
|
“Konsulun arvadı” hekayəsini yazmışdır.
|
Dekabr ayında Şuşaya getmişdir. |
1919 |
Fevral ayında Şuşada “Anamın kitabı” əsərini yazmışdır. |
“Molla Nəsrəddin” jurnalının ikinci redaktoru Əliqulu Qəmküsar qətlə
yetirilmişdir; |
Kəhrizlidə
yaşamış, yerli həvəskarların iştirakı ilə “Ölülər” pyesi Şuşada, X.Natəvanın
mülkündə tamaşaya qoyulmuş-dur. |
1920 |
Şüşada “Kamança” pyeslərini yazmışdır. |
1920 iyun-
1921 may |
Ailəsi ilə birlikdə Təbriz şəhərinə köçmüşdür. |
1921 |
19 fevralda “Molla Nəsrəddin” jurnalı Təbrizdə nəşr
olunmuşdur. |
30 apreldə Naxçıvan İnqilab Komitəsinin sədri Mirzə Abbas
Qədimov Əliheydər Qarayevin tapşırığı ilə Təbrizə teleqram
vuraraq ədibi Bakıya Xalq Təhsili Komissarlığına məsul işə
dəvət etmişdir. |
1 mayda “Ölülər” komediyası Təbrizdə tamaşaya qoyulmuşdur.
|
27 iyunda Azərbaycan Xalq Maarif Komissarlığına məsul işə
təyin olunmuşdur. |
15 yanvarda “Anamın kitabı” pyesi Bakıda, D.Bünyadzadə adına
teatrda səhnəyə qoyulmuşdur. |
11 mayda Bakıda “Molla Nəsrəddin” gecəsi
keçirilmişdir. |
“Lal” pyesini başa çatdırmışdır. |
1922 |
Az.K(b)P Rəyasət Heyətinin icazəsilə noyabr ayının 2-də
“Molla Nəsrəddin”in birinci sayı çapdan çıxmışdır; |
“Yeni yol” qəzetinə müvəqqəti olaraq redaktor təyin olun-muşdur. |
1923 |
Yanvar ayının 15-də “Anamın kitabı” pyesi Bakıda,
D.Bün-yadzadə adına Teatrda səhnəyə qoyulmuşdur; |
May ayının 11-də Bakıda “Molla Nəsrəddin” gecəsi keçiril-mişdir. |
1924 |
Cəlil Məmmədquluzadə Yeni Əlifbanın hazırlanması üzrə
komitəyə üzv seçilir və yeni əlifbanın təbliği üçün
S.Ağamalıoğlunun başçılığı ilə təşkil olunmuş nümayəndə
heyətinin tərkibində Krım, Orenburq, Daşkənd, Ufa və Kazana
ezam olunmuşdur. |
1925 |
2 iyulda “Ölülər” yazıçı Mömincan tərəfindən özbək
dilinə tərcümə edilib, Daşkənddə səhnəyə qoyulmuşdur. |
1926 |
Cəlil Məmmədquluzadə I Türkologiya qurultayında iştirak
etmişdir. |
12 apreldə “Kamança” əsərini tamaşaya qoyulmaq üçün Bakı
Tənqid-Təbliğ Teatrına təqdim etmişdir. |
“Dəli yığıncağı” pyesi başa çatdırılmışdır. |
20 oktyabrda AK(b)P Komitəsi Azərbərbaycan mətbuatının 50
illik yubileyinin keçirilməsi ilə əlaqədar təşkil etdiyi
beş nəfərlik komissiyaya üzv seçilmişdir.
|
1927
|
4 yanvarda Bakı Türk İşçi Teatrında “Anamın kitabı”
pyesinin (quruluşçi rejissor A.A.İvanov) ilk tamaşası
olmuşdur.
|
Əbdürrəhim bəy Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illiyin-də çıxış etmişdir; |
28 yanvarda Ş.Rustaveli adına teatrda “Ölülər” (quruluşçu
rejissor İ.İsfahanlı) pyesinin tamaşası olmuşdur.
|
20 martda V Azərbaycan Sovetlər qurultayında
H.Sultanovun təklifi ilə ədib Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsi üzvlüyünə namizəd seçilmişdir. |
Bakıda “Bəlkə də qaytardılar” hekayələr kitabı çap
olunmuşdur. |
“Ölülər” pyesi Kazan şəhərində tamaşaya qoyulmuşdur
(tamaşanın quruluşçu rejissoru və İsgəndər rolunun ifaçısı
Qasım Şamil)
|
26 sentyabrda Lənkəran şəhərində keçirilən Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinin çeşinci çağırış ikinci
sessiyasında çıxış etmişdir. |
1928 |
Moskva Dramaturqlar və Bəstəkarlar Cəmiyyətinə üzv
seçilmişdir.
|
12 martda M.F.Axundovun abidəsinin təməlinin qoyuluşunda
təbrik nitqi söyləmişdir.
|
14 apreldə Azərbaycan SSR Xalq Komissarlar Şurasının
qərarı ilə “Molla Nəsrəddin” jurnalının redaktoruna
(C.Məmədquluzadəyə) fərdi təqaüd təyin edilmişdir.
|
Noyabr ayında “Ucuzluq” hekayəsini yazmışdır. |
1929
|
Azərbaycan yazıçıları nümayəndə heyətinin tərkibində
Yerevana getmişdir.
|
Azərbaycan KP MK-nın 9 aprel 1929-cu il tarixli plenumun-da “Molla Nəsrəddin”
jurnalının Mübariz Allahsızlar Cə-miyyətinin orqanı kimi fəaliyyətini davam
etdirməsi haqqında qərar qəbul olunmuşdur; |
Yayda müalicə üçün Borjomi şəhərinə getmişdir; |
“Ər “ pyesi üzərində çalışmışdır; |
Mətbuatda haqqında tənqidi məqalələr çap edilmişdir. |
1930 |
Yayda müalicə üşün Borjoma getmişdir. |
Noyabr ayında müalicə üçün Kislovodskiyə getmişdir. |
Dekabr ayında Kislovodcrbdən Bakıya gəlmişdir. |
1931 |
Azərbaycan SSR Xalq Maarif Komissarlığına məktub
göndə-rərək “Molla Nəsrəddin” jurnalının nəşrinə dövlət
yardımı göstərilməsini xahiş etmiş, müsbət cavab ala
bilməmişdir; |
“Molla Nəsrəddin” jurnalının nəşri dayandırılmışdır; |
“Ər “ pyesini tamamlamışdır; |
“Əlyazmalarını yandırmışdır. |
1932 |
Yanvar ayının 4-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. |
1939 |
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər
İnstitutu fəaliyyətə başılamışdır. |
1965 |
Naxçıvan Dövlət Musiqili Dram Teatrına Cəlil
Məmmədquluzadənin adı verilmişdir. |
1966 |
Azərbaycan SSR Nazirlər Soveti qərarı ilə Naxçıvan
Muxtar Respublikasında Ədəbiyyat Muzeyi yaradılmış, qərara
əsasən muzeyə Cəlil Məmmədquluzadənin adı verilmişdir.
|
Cəlil Məmmədquluzadənin 100 illik yubileyi ilə əlaqədar
olaraq SSRİ poçt markası buraxılmışdır. |
1967 |
İyun ayının 12-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar
Republikası Ədəbiyyat muzeyinin açılışı olmuşdur. |
100 illik yubileyi qeyd edilmişdir. |
Keçmiş Astraxan rayonu Cəlil Məmmədqulu-zadənin şərəfinə
Cəlilabad adlandırılmışdır. |
1974 |
Naxçıvan şəhəri Heydər Əliyev prospekti və İstiqlal
küçəsinin paralelində Cəlil Məmmədquluzadənin (heykəltaraş
M. Mirqasımov) heykəli ucaldılmışdı |
1976 |
Ümummilli lider Heydər Əliyev Bakıda C.Məmmədqulu-zadənin ev-muzeyinin
yaradılması ilə əlaqədar “Azərbaycan ədəbiyyatı və incəsənəti görkəmli
xadimlərinin xatirə muzey-lərini yaratmaq haqqında” 16 iyun 223 №-li qərar qəbul
etmişdir. |
1978
|
Bakıda Azərbaycan Respublikası Prezidentinin qərarı ilə
Süleyman Tağızadə küçəsi 56 ünvanında, ədibin 1920-1932-ci
illərdə yaşayıb-yaratdığı mənzildə Cəlil Məmmədquluzadənin
ev-muzeyi yaradılmışdır. |
1982 |
1976-cı il Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradıl-ması haqqında qərarının
icrası ilə əlaqədar Bakı şəhəri Süleyman Tağızadə küçəsi 56 ünvanında ədibin
1920-1932-ci illərdə yaşayıb-yaratdığı bina boşaldılmış, 3 mindən çox eksponat
toplanmışdır. |
1986 |
Babək rayonunun Nehrəm kəndində Cəlil Məmmədquluzadənin
Xatirə muzeyi yaradılmışdır. |
1987 |
Şərur rayonunun Cəlilkənd kəndində Cəlil Məmmədquluzadənin
xatirə muzeyi yaradılmışdır. |
1994
|
28 dekabrda Bakıda Cəlil Məmmədquluzadənin 125 illik
yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin iştirakı ilə ev-muzeyinin açılışı olmuşdur.
125 illik yubileyində Azərbaycan Respublikası Prezidenti Heydər
Əliyev məruzə ilə çıxış etmişdir;
Cəlil Məmmədquluzadənin 125 illik yubileyi ilə əlaqədar
olaraq Azərmarka MMC tərəfindən poçt markası hazırlanmışdır.
|
1997 |
Tbilisidə Cəlil Məmmədquluzadənin ev-muzeyi açılmışdır. |
1998
|
19 iyun Prezident Heydər Əliyev Cəlil Məmmədquluzadənin
Naxçıvanda ev-muzeyinin yaradılması haqqında sərəncam
vermişdir. |
1999
|
13 oktyabrda Naxçıvanda Prezident Heydər Əliyevin iştirakı
ilə Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı
olmuşdur.
Ev-muzeyinin açılışında Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyev məruzə ilə çıxış etmişdir. |
2003 |
Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Cəlil
Məmmədquluzadə küçəsində ədibin V. Nəzirov tərəfindən
hazırlanmış büstü qoyulmuşdur. |
2006 |
Cəlil Məmmədquluzadənin 125 illik yubileyi ilə əlaqədar
olaraq Azərmarka MMC tərəfindən poçt markası təkrar
hazırlanmışdır.
Yanvar ayının 1-də Azərmarka MMC tərəfindən “Azərbaycanın
görkəmli yazıçısı Cəlil Məmmədquluzadə” sözləri yazılmış
poçt markası buraxılmışdır. |
2009
|
6 fevral Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti
Sərəncam qəbul etmişdir.
|
Fevral ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi
sədri “Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr
olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
sərəncam imzalamışdır;
İyun ayının 10-da 140 illik yubileyi ilə əlaqədar Azərmarka
MMC tərəfindən poçt markası buraxılmışdır. |
Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ilə əlaqədar
Azərmarka MMC tərəfindən poçt markası hazırlanmışdır. -iyun
ayında Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri barədə elmi
konfrans keçirilmişdir. |
Oktyabr ayında Naxçıvanda Cəlil Məmmədquluzadə və demokratik
ədəbi-ictimai fikir” mövzusunda beynəlxalq simpoziumun
keçirilmişdir.
|
2013 |
15 fevralda Cəlil Məmmədquluzadənin Cəlilkənd kəndində
Xatirə Muzeyinin yaradılması haqqında Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabineti qərar qəbul etmişdir.
|
2014
|
Cəlil Məmmədquluzadənin anadan olmasının 145 illik yubileyi
qeyd edilmişdir. |
2016 |
Cəlil Məmmədquluzadənin “Nerimas” (“Nigarançılıq”) əsəri
Litvada çap olunmuşdur.
Akademik Milli Dram Teatrında “Ölülər” əsərinin 100 illiyi
qeyd olunmuşdur. Tamaşadan əvvəl akademik İsa Həbibbəyli
məruzə ilə çıxış etmişdir.
|
2018 |
Filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın "Cəlil
Məmmədquluzadənin şeir yaradıcılığı" adlı monoqrafiyası
çapdan çıxmışdır.
|
2019 |
17 yanvar Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti
Sərəncam qəbul etmişdir.
Nazirlər Kabinetinin 7 may tarixli 211 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Əsərləri dövlət varidatı elan edilən müəllif-lərin və
dövlət varidatı elan edilən filmlərin siyahısına” Cəlil
Məmmədquluzadənin adı daxil edilmişdir;
Yanvar ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri “Cəlil Məmmədquluzadənin 150 illik yubile-yinə həsr
olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam
imzalamışdır;
Özbəkistanda akademik İsa Həbibbəylinin müqəddiməsilə “Poçt
qutusu” adlı hekayələr kitabı çap olunmuşdur;
Bolqarıstanda akademik İsa Həbibbəyli müqəddiməsi ilə əsərləri
çap olunmuşdur;
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Cəlil
Məmmədquluzadə ‒ 150” adlı metodik tövsiyələr hazırlanıb nəşr
edilərək respublikanın bütün kitabxanalarına göndə-rilmişdir;
150 illik yubileyi münasibətilə M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanası “Azərbaycanın görkəmli şəx-siyyətləri”
seriyasından “Cəlil Məmmədquluzadə. Biblioqra-fiya” kitabını
nəşr etmişdir;
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərə-findən
“Cəlil Məmmədquluzadə” Elektron Məlumat Bazası hazırlanıb
İnternetdə yerləşdirilmişdir.
Anadan olmasının 150 illik yubileyi münasibətilə F.Köçərli adına
Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri,
MKS-in şəhər, qəsəbə, kənd kitabxana filialları üçün “Qoca
Şərqin güzgüsü – Mirzə Cəlil” adlı metodik vəsait tərtib
etmişdir.
Milli Kitabxanada böyük Azərbaycan yazıçısı və görkəmli ictimai
xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik
yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans
keçirilmişdir.
|