E L E K T R O N M Ə L U M A T B A Z A S I


C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi – Azərbaaycan SSR Nazirlər Sovetinin 1966-cı il tarixli qərarına müvafiq olaraq, 1967-ci il iyunun 12-də Naxçıvan şəhərində açılmışdır; açılış zamanı 98 eksponatı var idisə, hazırda onları sayı 19000-dən çoxdur. Muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar (o cümlədən avtoqraflı), qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur.

Ekspozisiyada: Nizami, Əcəmi Naxçıvani, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, M.P.Vaqif, Xaqani, Məhsəti, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmmədquluzadə, M.S.Ordubadi, N.Nərimanov, Hüseyn Cavid, Y.V.Çəməzəminli, Ə.Cavad, A.İldırım, A.Səhhət, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, M.Hadi, Ü.Hacıbəyov, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, müasir ədəbiyyatımızın görkəmli nümayəndələri: Ə.Vahid, S.Rəhman, Rəsul Rza, Süleyman Rüstəm, S.Rəhimov, Mehdi Hüseyn, M.İbrahimov, Ə.Vəliyev, Mir Cəlal, İ.Əfəndiyev, İ.Hüseynov, B.Azəroğlu, B.Vahabzadə, X.Rza, N.Xəzri və b.-na geniş yer ayrılmışdır. Naxçıvan torpağının yetirdiyi şair və yazıçılar: Heyran xanım, Qönçəbəyim, M.Sidqi, E.Sultanov, Ə.Qəmküsar, İ.Səfərli, A.Babayev, M.Nəsirli, H.İbarhimov, M.Araz, Ə.Əylisli, H.Razi, Kəmalə, Ə.Yusifli, H.Elsevər, E.Həbib, H.Arzulu, filoloq-ədəbiyyatşünaslar: M.Şaxtaxtlı, Ə.Şərif, Ə.Sultanlı, M.H.Təhmasib, M.Cəfər, A.Zamanov, L.Hüseynzadə, Y.Axundlu, F.Hüseynov, İ.Həbibbəyli və b.-larının yarıdıcılığı təmsil olunmuşdur.

"Torpaq uğrunda ölən varsa Vətəndir" ekspozisiyasında muxtar respublikanı erməni təcavüzündən xilas edərkən şəhid olmuş vətən övladlarının xatirəsi əbədiləşdirilmişdir.

Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarından: Ə.Əzimzadə, B.Kəngərli, M.Abdullayev, O.Sadıqzadə, E.Şahtaxtiskaya. İ.Axundov, Nəcəfqulu, T.Nərimanbəyov, yerli rəssamlardan: H.Əliyev, M.İsmayılov, M.Seyidov, N.Əliyev, Q.Bağırov, Ə.Axundov, P.Əliyeva və b.-larının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər - afişalar, proqramlar, tamaşa eskizləri, S.Mövləvi, İ.Musayev, İ.Həmzəyev, Z.Həmzəyeva, Ə.Haqverdiyev, M.Mirişli, F.Əlixanova, M.Quliyev, Ə.Qardaşbəyov, A.Şahsuvarov, Z.Əliyeva, V.Babayev, H.Qazıyeva, N.Ələkbərov və b. görkəmli sənətkarların yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş etdirilir.
 


<< Geri