E L E K T R O N M Ə L U M A T B A Z A S I


Muzey Azərbaycan Respublikası hökumətinin 1978-ci ildə verdiyi qərarla C.Məmmədquluzadənin 1922-1932-ci illərdə Bakıda yaşadığı mənzildə, Süleyman Tağızadə küçəsi 56-da (tarixi adı Köhnə Poçt küçəsi, 64) yaradılmışdır. Muzeyin yerləşdiyi bina XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Görkəmli ədibin ev muzeyinin yeni ekspozisiyasının təntənəli açılışı 1994-cü il, dekabr ayının 28-də anadan olmasının 125 illiyi ərəfəsində olmuşdur. Ümumi sahəsi 185 kvadrat metr olan muzeyin ekspozisiyası 96 kvadrat metr sahədə yerləşdirilib və 5 zaldan ibarətdir. Fəaliyyətə başladığı 1978-ci ildən bu günə qədər muzeyin əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5000-dən yuxarı eksponat toplanıb. Əksəriyyəti “Molla Nəsrəddin” jurnalı və onun təsiri ilə Bakıda nəşr olunan satirik jurnallar (“Zənbur”, “Tuti”, “Əqrəb” və s.), ədibin şəxsi əşyalarıdır. Muzey ekspozisiyasında 400-dən yuxarı eksponat nümayiş olunur.


<< Geri