Muzey C.Məmmədquluzadənin Naxçıvan şəhəri, İdris
Məmmədov küçəsində yerləşən evində, ulu öndər Heydər
Əliyevin
1998-ci il 19 iyun tarixli sərəncamı ilə yaradılmışdır.
Muzeyin
açılışı 1999-cu il 13 oktyabr tarixində baş tutmuş və
açılış mərasimində ulu öndər Heydər Əliyev şəxsən
iştirak etmişdir.
Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası şərq
memarlıq üslubunda tikilmiş XIX əsrə aid olan yaşayış
evidir. Muzeydə
böyük Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus
şəxsi
məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı
müasirlərinə aid
tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin
əsərləri və şəxsi
kitabxanası muzeyin eksponatları kimi nümayiş etdirilir. |