1997-ci il oktyabr ayının 11-də Tbilisidə
C.Məmmədquluzadənin ev-muzeyi açılmışdır. Azərbaycanın
böyük ədibi Mirzə Cəlil 1897-1918-ci illərdə bu binada
yaşayıb-yaratmış, 1906-1918-ci illərdə məşhur “Molla
Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. Muzeydə ədibin
Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər,
fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii
filmlər, “Molla Nəsrəddin” jurnalının nüsxələri və s.
saxlanılır. Vaxtilə “Qeyrət” mətbəəsi də bu evin
zirzəmisində yerləşmişdir. |